Dünya
Ermənistan Rusiyadan yenə “İsgəndər”lər alır?
Xəbər verildiyi kimi Ermənistan Rusiyadan silah almaq üçün 100 milyon dollarlıq yeni güzəştli kredit müqaviləsi imzalamağa hazırlaşır. Müdafiə naziri Vigen Sərkisyan deyib ki, həmin kredit silahlı qüvvələrin “strateji çəkindirmə təyinatlı silahlarla” təchizatına sərf olunacaq.
İndoneziyada nəhəng meymun növü tapıldı
İndoneziyanın Sumatra adasında “Tapanuli” adlı yeni meymun növü kəşf edilib. Elm adamları bu adada yaşayan azsaylı oranqutanları araşdırıb və onların daha öncədən məlum olmayan “böyük meymun” növü olduğunu təsbit edib.
Məşhur müğənni 7 saat gözəllik salonunda
Məşhur türkiyəli müğənni Yıldız Tilbə Serdar Ortaçın “Yaralı yarım” mahnısına klip çəkdirir. Olaylar.az bildirir ki, müğənni klipi üçün 7 saat gözəllik salonunda vaxt itirməli olub.
Samanyolu kanalının yayım qrupu rəhbərinə 31 İL CƏZA
Bir müddət öncə bağlanan Samanyolu kanalının yayım qrupunun rəhbəri Hidayət Karaca ilə birgə kanalın həbs olunan 23 əməkdaşı barəsində məhkəmə qərarı verilib. Olaylar.az bildirir ki, məhkəmə Hidayət Karacana terror təşkilatına dəstək verməkdən 18 il, saxta sənədlərdən 9 il, vəzifə səlahiyyətlərindən istifadə etməkdə ittiham edərək 4 il həbs qərarı verib. Hidayət Karaca toplam 31 il azadlıqdan məhrum edilib.
Şok: Ermənistandan Türkiyəyə yeni ərazi iddiası
Ermənistanın ən radikal siyasi partiyası olan Daşnaksütyun Partiyasının beynəlxalq məsələlər üzrə baş katibi Giro Manoyan, Şərqi Anadolu və Cənub-şərq bölgələrindən başqa, Türkiyənin Qara dəniz regionunda yerləşən Tokat və Giresun vilayətlərinin də Ermənistana verilməsini vacib sayıb.
Putin kəşfiyyat qrupunu göndərdi - TƏMİZLƏMƏ BAŞLADI
Rusiya prezidenti Vladimir Putin Donbasa Federal Təhlükəsizlik Xidmətinin (FTX) zabitlər qrupunu göndərib. Bu haqda feysbuk səhifəsində Ali Radanın üzvü, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk bildirib. Deputat qeyd edib ki, qrupda Rusiya “LXR” və “DXR”də ciddi təmizləmələri planlaşdırır.
Türkiyədə "itən" gəmidən daha 3 nəfərin meyidi tapıldı
İstanbul sahillərində bir neçə gün əvvəl batmış yük gəmisinin heyət üzvlərindən bu gün daha 3 nəfərin meyidi tapılıb. Məlumata görə, gəminin qalan üzvlərinin axtarışları davam etdirilir.
ABŞ-Meksika sərhədində tikilən divarın qiyməti açıqlandı: İNANILMAZ MƏBLƏĞ - VİDEO
Meksika ilə sərhəddə divarın tikintisi 18 milyard dollara başa gələcək. Bu haqda ABŞ prezidenti Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsində deyib. “Deyirdilər ki, divar 40 milyard dollara başa gələcək. Amma bunun yarısından da az məbləğdən söhbət gedir. Düşünürəm ki, 18 milyard dollar və daha az məbləğə əla divar olacaq”, - Tramp bildirib. Prezident izah edib ki, dağlar və çaylar ABŞ-la Meksika arasında təbii baryer olacaq və bu yerlərdə divar lazım deyil.
Son qalasını itirdi - İŞİD-ə AĞIR ZƏRBƏ
Suriya Deyr-ez-Zor şəhərini İŞİD terror təşkilatından tamamilə təmizləyib. Bu haqda Suriya ordusunun açıqlamasında deyilir. Hazırda İŞİD döyüşçüləri Suriya-İraq sərhədinə dar bir bölgədə qalıb. Sərhədin İraq tərəfində mühasirə vəziyyətində olan İŞİD Fərat çayı hövzəsində kiçik bir yaşayış məntəqəsinə nəzarət edir.
Ermənistanda həbsxana əməkdaşı rüşvətə görə həbs olunub
Ermənistanda “Razdan” islah-əmək müəssisəsinin əməliyyat qrupunun rəhbəri Vaqe Axonyan rüşvətə görə həbs olunub. O, 2015-ci ildə 1500 dollar rüşvətin alınmasında vasitəçilik edib. V.Axonyana qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Pekində müsəlmanlara qarşı REPRESSİYA
Çinin şimal -qərbində yaşayan uyğur və qazax türklərinə qarşı kütləvi repressiyalar başladılıb. Son bir həftə ərzində 3000 mindən çox qazax və uyğur türklərinin həbs edilərək naməlum yerlərə aparıldığı bildirilir.
İspaniya məhkəməsi Kataloniyanın 8 məmurunu həbs etdi
Kataloniya hökumətinin keçmiş 8 üzvü həbs edilib. Məmurların həbsi İspaniya milli məhkəmə palatasının qərarına əsasən baş verib. Həbs edilənlər arasında muxtar vilayətin rəhbərinin sabiq müavini Oriol Junkeras da var.
Ermənistan parlamentində baş verən terror aktının təşkilatçılarından biri həbsdə ölüb
18 il əvvəl Ermənistan parlamentində baş verən terror aktının əsas iştirakçılarından biri olan Eduard Qriqoryan ölüb. Bu barədə “news.am” saytına Ermənistan Ədliyyə Nazirliyinin cinayət-icraat idarəsinin mətbuat xidmətinin rəhbəri Qor Qleçyan məlumat verib. O bildirib ki, E. Qriqoryanın ürəyində güclü ağrılar olub. O, təcili tibbi yardımla “Erebuni” tibb məntəqəsinə çatdırılıb və orada ölüb. Ölümün səbəbi məhkəmə tibbi ekspertizadan sonra məlum olacaq.
Yunanıstan sahillərində miqrantları daşıyan qayıq batıb
Yunanıstan sahillərində miqrantları daşıyan qayıq batıb. Məlumata görə, hələlik bir nəfərin meyidi tapılıb. Dörd nəfərin xilas edildiyi məlumat verilib.
Fransanın Yeni Kaledoniya əyaləti müstəqillik referendumu keçirəcək
Avropada əyalətlərin müstəqil dövlət olma arzusu davam edir. İndi də Fransa regionlarından biri müstəqillik statusu əldə etmək niyyətindədir. 2018-ci ildə Fransanın Yeni Kaledoniya əyaləti müstəqillik referendumu keçirəcək.














