Şok: Ermənistandan Türkiyəyə yeni ərazi iddiası

Ermənistanın ən radikal siyasi partiyası olan Daşnaksütyun Partiyasının beynəlxalq məsələlər üzrə baş katibi Giro Manoyan, Şərqi Anadolu və Cənub-şərq bölgələrindən başqa, Türkiyənin Qara dəniz regionunda yerləşən Tokat və Giresun vilayətlərinin də Ermənistana verilməsini vacib sayıb.

Göksəl Gülbəy: "Ermənilər indi də Türkiyənin Tokat və Giresun vilayətlərini istəyirlər"

Ermənistanın ən radikal siyasi partiyası olan Daşnaksütyun Partiyasının beynəlxalq məsələlər üzrə baş katibi Giro Manoyan, Şərqi Anadolu və Cənub-şərq bölgələrindən başqa, Türkiyənin Qara dəniz regionunda yerləşən Tokat və Giresun vilayətlərinin də Ermənistana verilməsini vacib sayıb.

Bu barədə məlumatı Newscenter.az-a Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey verib.

Bildirib ki, Giro Manoyan Tokat və Giresunun Ermənistana aid olduğunu iddia edib: "Manoyan bildirib ki, Türkiyə həmin əraziləri Ermənistana təhvil verməlidir". ASİMDER rəhbəri deyib ki, bundan başqa ermənilər Ərzurum, Ağrı, Ərzincan, Sivas, Van, Hakkari, Muş, Bitlis, Şırnak, Batman, Siirt, Diyarbəkir, Mardin, Elazığ, Malatya, Bingöl, Amasiya, Tokat və Giresuna iddialıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31