Dünya

İnternetdə ilk virus nə vaxt aşkarlanıb?

4 Noyabr 2017 10:33

1988-ci il noyabrın 2-də dünyada ilk dəfə internetin virusla yoluxdurulması faktı aşkara çıxarılıb. Həmin gün ABŞ ərazisində altı min serverin – internetə qoşulan bütün kompüterlərin 10 faizinin işini iflic edən “Morris” adlı virus yaranıb. Virus “Unix” sistemli kompüterlərin “sendmail” və “fingerd” proqramlarının məlum boşluqlarından istifadə etməklə və mini-lüğətdən istifadəçi parollarını seçməklə onları yoluxdurub. Sonradan məlum olub ki, virusun müəllifi Kornel Universitetinin aspirantı Robert Morrisdir.

Sərhəddə atışma -  Həlak olanlar var

4 Noyabr 2017 09:02

İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışmada 8 iranlı sərhədçi həlak olub. Sərhədçilərlə terrorçular arasında atışma İran- Türkiyə sərhədində, Çaldıran bölgəsində baş verib. Rəsmi məlumata görə, atışma zamanı terrorçular ağır itki verib. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir.

Atatürk Olimpiya Stadionunun ÇL-2020-nin final qarşılaşmasına namizədliyi irəli sürüldü

4 Noyabr 2017 06:52

Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunun UEFA Çempionlar Liqasının 2020-ci ildə keçiriləcək final qarşılaşması üçün namizədliyi irəli sürülüb. Bu barədə Avropa futbol qurumu (UEFA) məlumat yayıb. UEFA həmçinin bu görüş üçün Portuqaliyanın "Benfika" klubunun "Estadio da Luz" stadionunun da namizəd olduğunu açıqlayıb.

Rusiyanın 30 vətəndaşına qarşı sanksiya - Kanadadan

3 Noyabr 2017 20:55

Kanada Rusiyanın 30 vətəndaşına qarşı sanksiya tətbiq edib. Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. Sanksiyalar Venesuela və Cənubi Sudan vətəndaşlarına da qarşı tətbiq edilib.

Misir ehramında gizli otaq aşkarlandı - FOTOLAR

3 Noyabr 2017 20:42

Alimlər Misirdəki Xeops ehramında gizli otaq aşkarlayıb. Yaponiya, Fransa və Misirdən olan bir qrup alim ehramda apardıqları araşdırmalar zamanı uzunluğu 30 metrə yaxın olan naməlum boş otaq barədə elmi məqalə yazıblar. Bu barədə məlumatı “Nature” jurnalı dərc edib. Tədqiqat zamanı alimlər içəriyə daxil olmadan ehramda boşluqları göstərməyə imkan verən myuon radioqrafiyası metodundan istifadə ediblər. Otağın hansı məqsədlə tikildiyi hələlik məlum deyil.

Smartfonların rüblük tədarükü 400 milyon ədədi ötüb

3 Noyabr 2017 19:55

“Counterpoint Research” analitik şirkəti hesabat təqdim edərək dünya smartfonlar bazarının rüblük tədarük həcminin 5 faiz artaraq 400 milyon ədədi üstələməsini açıqlayıb.

İlk oyun smartfonu buraxılıb

3 Noyabr 2017 19:50

“Razer” şirkəti Londonda keçirilən təqdimatda oyun həvəskarları üçün nəzərdə tutulan ilk “Razer Phone” smartfon modelini təqdim edib.

Faciəvi şəkildə qətlə yetirilən Vatan Şaşmaz haqqında ŞOK BİLGİLƏR

3 Noyabr 2017 19:45

Məşhur türkiyəli müğənni Nihat Doğan keçmiş sevgilisi Filiz Aker tərəfindən faciəli şəkildə qətlə yetirilən Vatan Şaşmaz haqqında Türkiyəni şoka salacaq məlumatlar var. Müğənninin açıqlamasına görə, bu məlumatlar istintaqa məlum olarsa cinayətin istiqaməti dəyişəcək.

Hollivud ulduzundan qaçqınlara DƏSTƏK

3 Noyabr 2017 19:40

Avstraliyaya qaçaq yollarla daxil olmağa çalışan miqrantların yerləşdirildiyi və rəsmi olaraq bağladılan Manus adasında məşkunlaşan qaçqınlara məşhur Hollivud ulduzu Russell Crovdan dəstək gəlib. Olaylar.az bildirir ki, məşhur aktyor adadakı altı miqranta ev və iş tapaçağını bildirib. Aktyor rəsmi tvitter səhifəsindən adada miqrantlara qarşı aparılan siyasəti tənqid edib. Avstraliya rəsmiləri adaya verilən qaz, su, elektrikdə uzunmüddətli fasilələr yaradıb. Adaya qida ehtiyatlarının göndərilməsində də problemlər var.

Virtual pul oğurlayan virus aşkarlanıb

3 Noyabr 2017 19:16

“Kasperski laboratoriyası” şirkətinin ekspertləri istifadəçilərin elektron pul kisələrindən kriptovalyuta oğurlayan virus aşkarlayıblar. Virus pulları istifadəçi vəsaitləri bir kriptovalyuta kisəsindən digərinə köçürən zaman oğurlayır. İstifadəçi tranzaksiyanın həyata keçirilməsi zamanı “kopyala və qoy” funksiyası vasitəsilə vəsaiti alan şəxsin pul kisəsinin identifikasiya nömrəsini “kopyalayır”. Bundan sonra qurğuların mübadilə buferini izləməyə başlayan “CryptoShuffler” adlanan virus aktivləşir. Ehtimal edilən pul kisəsi ünvanını aşkarlayan proqram onu öz hesab nömrəsi ilə dəyişərək pulları birbaşa cinayətkarlara köçürür.