Dünya
Qonşu ölkənin bu fəaliyyəti "Ginnnes"ə düşdü
Gürcüstan şərabçılığı dünyada ən qədim şərabçılıq kimi Ginnesin rekordlar kitabına daxil edilib. Bu barədə RİA Novosti-yə istinadən xəbər verilir. Qeyd olunur ki, rekord bir qrup alimin paytaxt Tbilisidən 50 kilometr məsafədəki iki qədim qəsəbədə arxeoloji qazıntılarından sonra kitaba salınıb. Qazıntı zamanı aşkarlanan tapıntıların bizim eradan əvvəl 6000-5800 illərə aid olduğu təxmin edilir.
Keçmiş baş nazir həbs edildi
Misirin keçmiş baş naziri Əhməd Şefik Birləşmiş Ərəb Əmirliklərində həbs edilib. Gələn il prezidentlik postuna keçiriləcək seçkilərə namizədliyini irəli sürəcəyini elan edən Ə.Şefik ölkəsinə geri qaytarılacaq.
Müqəddəs Məryəm kilsəsi bombalandı
Şənbə günü silahlı qruplaşmalar atəşkəs rejimini pozub və Suriya paytaxtının xristianlar yaşayan Bab-Tuma məhəlləsini minaatanlardan atəşə tutublar. Mərmilərdən biri Müqəddəs Məryəm kilsəsinin yanına düşüb. İlkin məlumata görə, nəticədə 3 nəfər yaralanıb, binaya maddi ziyan dəyib.
Şirniyyat da siqaret qədər zərərli imiş
Hollandiyalı araşdırmaçılar hesab edir ki, şirniyyat da siqaret qədər ziyanlıdır. Amsterdam Səhiyyə Xidmətinin rəhbəri Paul Van der Velpen düşünür ki, şirniyyatlar və şəkərli qidalar asılılıq yaradan təhlükəli maddələrdir: “Şirniyyat sevənlər onun təhlükəsindən xəbərdar olmalıdır. Çünki şirniyyat siqaret və alkoqollu içkilər kimi asılılıq yaradır və onu əldə etmək çox asandır. Çoxlarının düşündüyü kimi şirniyyatı tərgitmək asan deyil”.
İŞİD-in minlərlə silah və texnikası ələ keçdi
Suriyanın SANA agentliyi Deyr-əz-Zor vilayətində Əl-Aşar, Sabihan və Əs-Səlhiyə kəndlərində İŞİD terrorçularından götürülən silah və texnikanın görüntülərini yayıb. Suriya ordusu terrorçulardan bir neçə min atıcı silah (Kalaşnikov avtomatı və tüfənglər), həmçinin iriçaplı tank əleyhinə pulemyotlar və 130 mm-lik M-46 topu götürüb.
Nigeriyada terror: 17 ölü, 47 yaralı
Nigeriyada marketdə törədilən terror aktı nəticəsində azı 17 nəfər ölüb, 47 nəfər yaralanıb. Partlayış Nigeriyanın Biu şəhərinin şimalındakı marketlərdən birində baş verib. Yerli KİV partlayış üçün 3 gənc qızdan istifadə olunduğunu haqqında məlumat yayıb. Onlardan birinin üzərindəki partlayıcı qurğu işə düşməyib və polis onu həbs edib.
Özündən 31 yaş kiçik sevgilisinin dünyaya gəlməsinə ŞAHİDLİK ETDİ
Murat Boz 4 MİLYONA EV ALDI
Tanınmış türkiyəli müğənni Murat Boz İstanbulun Levent bölgəsində görüntülənib. İfaçı avtomobilində paparatsilərin obyektivinə tuş gəlib. Verilən sualları cavabsız qoyan Muratın avtomobilinin ön tərəfində “lüks məhəllə”lərə giriş-çıxışı kartının olması isə diqqətdən yayınmayıb.
Sarkisyan gizli şəkildə Azərbaycana GƏLDİ - Məxfi görüşün ŞOK SƏBƏBLƏRİ
Ermənistan prezidenti Serj Sarkisyan gizli şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. Sarkisyan Xankəndində qondarma rejim tərəfindən qəbul edilib. Məlumata görə, Ermənistan prezidenti Azərbaycanla təmas xəttində vəziyyəti öyrənmək üçün hərbiçilərlə müşavirə keçirib.
Qüdsü İsrailin paytaxtı elan edəcək
ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüds şəhərini İsrailin paytaxtı elan etməyi planlaşdırıb. Bu barədə Reuters agentliyi ABŞ prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, bununla belə Tramp ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini təxirə salacaq.
Əfsanəvi futbolçular Putinlə görüşdə
Rusiya prezidenti Vladimir Putin DÇ-2018-in püşkatma mərasimindən əvvəl əfsanəvi futbolçular Pele, Diyeqo Maradona, Ronaldo və Ronaldinyo ilə görüşüb.
Fransada terror qurbanı olduğunu iddia edən şəxs həbs edildi
Fransanın Versal şəhər məhkəməsi 2015-ci ilin noyabrında Parisin “Bataklan” konsert zalına hücum zamanı özünü terrorçuların əməlindən zərər çəkmiş şəxslərdən biri kimi qələmə verən kişi 6 ay müddətinə azadlıqdan məhrum edilib.
QANLI AİLƏ MÜNAQİŞƏSİ - Kişi həyat yoldaşını və övladlarını güllələdi
Türkiyənin Zonquldağ bölgəsində ailə münaqişəsi zəminində kişi sabiq həyat yoldaşını və qızını qətlə yetirib. Ailə üzvləri arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman silaha əl atan kişi sabiq həyat yoldaşını, qızını və oğlunu güllələyib. Hadisə yerinə polis və təcili yardım çağırılıb.
Lavrov və Tillerson dekabrın 7-də Vyanada görüşəcək
ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 7-də Vyanada görüşəcək. Bu barədə Dövlət Departamentinin nümayəndəsi məlumat yayıb.
Messiyə qardaşından pis xəbər
“Barselona”nın argentinalı ulduzu Lionel Messinin qardaşı Matias qəzaya düşüb. O, Argentinanın Rozario şəhərindəki Parana çayında qayıqla gedərkən qum topasına çırpılıb.














