Dünya
İraqda zəlzələ
İraqda 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İraqın Ərbil şəhərindən 74 km şərqdə, ocağı isə 100 km dərinlikdə yerləşib.
Türkiyəli model evli baş nazirdən 5 aylıq hamilədir
Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salındı
Qeyri-sabit hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salınıb. “Domodedovo” aeroportunda 21, “Şeremetyevo”da 77, “Vnukovo”da isə 5 uçuş təxirə salınıb, 3-ü isə ləğv edilib. “Şeremetyevo” hava limanında 35 uçuş ləğv edilib.
Rza Zərrab və qohumlarının əmlakına həbs qoyuldu
İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakına həbs qoyulmasına dair qərar qəbul edib. İstanbul Respublika Prokurorluğu Terrorla Mübarizə Bürosu Rza Zərrab və yaxınları barədə araşdırmalara başlayıb. CNN Türk siyahıda 23 nəfərin adının olduğunu bildirib.
“Google Maps” proqramı “iPhone X” üçün optimallaşdırılıb
“Google Maps” proqramı 4.41 versiyasınadək yenilənib və indi “iPhone X” smartfonunun təsvir ölçüsünü dəstəkləyir. “iPhone X” qurğusunun təqdim edilməsindən bir ay sonra “Google Maps” proqramı üçün “Super Retina HD” təsvir ölçüsünü dəstəkləyən yeniləmə çıxarılıb. “Google”un proqramçıları öz səhvlərini düzəldiblər və proqramın işini təkmilləşdiriblər.
Argentina əlini üzdü: Axtarışlar dayandırıldı
Argentina hökuməti okeanda yoxa çıxmış “San-Juan” sualtı qayığının ekipajının xilas olunması üzrə əməliyyatları dayandırır. Sualtı qayığın axtarışı isə davam etdiriləcək.
Ucuz “Apple iPad” planşeti təqdim olunacaq
"Apple" şirkəti hazırda 9,7 düym diaqonallı yeni nəsil "iPad" planşetlərinin hazırlanması üzərində çalışır. Qurğu qiymətinin ucuz olması ilə seçiləcək. Bu barədə insayderlərin məlumatında deyilir.
“iOS” və “Android” üçün “Microsoft Edge” brauzeri təqdim edilib
"Microsoft" şirkəti oktyabrda "iOS" və "Android" mobil əməliyyat sistemləri üçün "Edge" mobil brauzerinin ön baxış versiyasını təqdim etmişdi. İndi "Edge" brauzerinin yekun versiyası "iOS" və "Android" əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün əlçatan olub.
Yeni proqram fotoşəkili animasiyaya çevirəcək
ABŞ-ın "Mug Life LLC" şirkəti fotoşəkillərdən animasiya yaradan eyniadlı proqram təqdim edib. Kompüter görmə və üçölçülü modelləşdirmə texnologiyaları əsasında yaradılan əlavədən "Apple" qurğularının istifadəçiləri yararlana bilərlər.
Alimlər insan yaddaşını 30% yaxşılaşdıran qurğu hazırlayıblar
Yeni ixtira yaddaşla problemi olan insanlara alsqeymer və demensiya xəstəliyi ilə mübarizədə kömək edəcək.
Qabaqcıl “Android” smartfonları üçün yeni prosessorun xüsusiyyətləri məlum olub
İnternetdə yeni “Qualcomm Snapdragon 845” prosessorunun texniki xüsusiyyətləri dərc olunub. Çipin əksər qabaqcıl “Android” sistemli smartfonlara quraşdırılması nəzərdə tutulur.
“Blackview BV9000 Pro” smartfonu istifadəçini üzündən tanıyacaq
Bu yaxınlarda “Blackview” smartfonlar sırası yeni “BV9000 Pro” modeli ilə genişlənib. Bu, “IP68” standartı üzrə hazırlanan və suyun altında işləyə bilən mühafizəli qurğudur. Bundan başqa, modeldə son dövrün bütün əsas yenilikləri quraşdırılıb: tərəflərinin nisbəti 18:9 təşkil edən genişformatlı ekran, qoşa kamera və tutumlu akkumulyator. Smartfon üzün skan edilməsi ilə blokdan çıxarma funksiyası ilə təchiz ediləcək.
Artırılmış və virtual reallıq bazarında ikiqat artım gözlənilir
“IDC” şirkətinin analitikləri gələn ilin yekununa görə artırılmış və virtual reallıq (AR və VR) həllər bazarında ikiqat artım proqnozlaşdırırlar. Mütəxəssislərin gözləntilərinə görə, 2017-ci ildə AR/VR sahəsində avadanlıq, proqram təminatı və xidmətlərə sərf ediləcək qlobal xərclər 9,1 milyard dollar təşkil edəcək. 2018-ci ildə bu göstərici 17,8 milyard dollara yaxınlaşacaq, yəni təxminən 95% yüksələcək. 2017-2021-ci illərdə sözügedən bazarın həcmi ildə 98,8% artacaq.
Amerikalı modelin boğazını kəsib öldürdülər
ABŞ-ın Nyu-York şəhərindən olan model Yamaykaya iş axtarmağa gedib. 26 yaşlı Dezire Gibbon Yamaykada boğazı kəsilərək öldürülüb. Monteqo körfəzi ətrafındakı Ançovi qəsəbəsinin sakinləri gənc qadının meyitini yol kənarına atılmış vəziyyətdə tapıblar. Gibbonun pal-paltarı qan içində olub. Polislər otel işçilərinin göstərdiyi foto sayəsində meyitin şəxsiyyətini müəyyənləşdirə biliblər.
Evlərdən oğurluq edən şəxs aktyor çıxdı - Polis serialda görüb, tanıdı - VİDEO
Türkiyənin Kocaeli vilayətində bir evə girərək oğurluq edən şəxs "Payitaht Abdülhamid" serialının aktyoru çıxıb. Təsadüfən serialı izləyən polislər təhlükəsizlik kamerasına düşən şübhəli şəxsin serialdakı aktyor olduğunu müəyyən ediblər və dərhal onu saxlayıblar.














