Dünya
Trampın müşaviri: "Rusiya ilə sərt danışmağın vaxtı çatıb"
"ABŞ Rusiyanın Suriyahökuməti ilə bağlı siyasətini qətiyyətlə qınayır. Bu siyasət bütün dünyada böhrana gətirib çıxarıb". Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster deyib.
“İstanbullu gəlin”in ƏSL HEKAYƏSİ və baş qəhrəmanın gerçək həyatda YAŞADIQLARI
Azərbaycanda da maraqla izlənilən “İstanbullu gəlin” serialının real hadisələr əsasənda çəkilməsi onu daha baxımlı edir. Bu yazıda oxucuları serialın əsl hekayəsi ilə tanış edib. Ülkü Üst adlı gənc qız musiqiyə olan sevgisinə görə İstanbulda Fatih Liseyini atıb “Rumeli Türkləri Musiqi Dərnəyi”nə yazılır. O, orada Rüştü Eriç ve Feridun Darvazdan dərs almağa başlayır. Amma maddi ehtiyacını qarşılamaq üçün eyni zamanda Beyoğlunda geyim mağazasında çalışmağa qərar verir.
Tailandda avtomobil kütlənin arasına daxil olub - Ölən və yaralananlar var
Tailandın cənubundakı Pattaya kurort şəhərində avtomobil kütlənin arasına daxil olub. Məlumata görə, hadisə nəticəsində azı iki nəfər həlak olub, 10-dan çox adam xəsarət alıb. Xəsarət alanlardan iki nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.
ABŞ-ın İŞİD-lə neft razılaşmasının şok detalları ORTAYA ÇIXDI
1300-ə yaxın İŞİD terrorçusunun Rakkadan çıxarılması prosesində qaranlıq qalan məqamların üstü açılır. ABŞ təxliyyənin qarşılığında Suriyanın Deyr-ez-zor şəhərinin yaxınlığındakı əl-Cafra neft bölgəsinin PYD-yə (PKK terror təşkilatının Suriya qanadı -red.) təhvil verilməsini tələb edib. Razılaşma ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurkün birbaşa nəzarəti altında əldə edilib. Məlumata görə, noyabr ayı ərzində İŞİD ilə Tel Afer, Rakka və Deyr-ez-Zorla bağlı 6 razılaşma əldə olunub.
Rza Zərrabın gizli DUBAY PLANI ortaya çıxdı
Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da davam edən məhkəməsinə sənəd keçirməyə çalışan 3 nəfər şübhəli şəxs- A.Sinəm, A.Regaip və H.Mustafa İstanbul polisinə aparılıb.
ABŞ-ın qanlı savaş PLANI – Kəşfiyyat şefi ETİRAF ETDİ
ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (MKİ) rəhbəri Maykl Pompeo Səudiyyə Ərəbistanı və İsrailin Yaxın Şərqdə birgə çalışdığını etiraf edib. MKİ başçısı bu haqda Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Forumunda bildirib. Pompeo Səudiyyə Ərəbistanı, İsrail və bəzi Körfəz ölkələrinin terrorla mübarizə mövzusunda birgə çalışdığını deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq Yaxın Şərqi daha təhlükəsiz edəcək.
Ərdoğan Yunanıstana gedir
Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumata görə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan dekabrın 7-8-də Yunanıstanda səfərdə olacaq. Səfər çərçivəsində prezident R.T.Ərdoğan Yunanıstanın rəsmi şəxsləri ilə mühüm görüşlər keçirəcək. Səfərdə rəsmilər iki ölkə arasındakı iqtisadi-siyasi məsələləri müzakirə edəcəklər.
"Onlar küçə qadınlarına bənzəyirdilər" - Məşhur teleşouda qalmaqal - VİDEO
Britaniyanın ən populyar teleşoularından olan "X Factor"un builki mövsümünün finalı keçirilib. İngiltərənin Uorford şəhərindən olan, oğlanlardan ibarət "Rak-Su" qrupu şounun qalibi elan olunub. Final gecəsində səhnəyə çıxanlar arasında "Little Mix" qrupu da vardı. 2011-ci ildə bu şouda qalib gələrək məşhurlaşan qrup üzvləri Perri Edvards, Ley-Enn Pinnok, Ceysi Nelson və Ceyd Tayrlvall "Power" hitini ifa ediblər. "Little Mix" qrupunun üzvləri səhnəyə klassik, qara rəngli kostyumlarda və ab göynəklərdə çıxıblar, Mahnını ifası əsnasında onlar soyunublar, çimərlik geyimlərində və şortlarda qalıblar. Qrupun belə davranışı qalmaqal yaradıb. Sosial şəbəkə istifadəçiləri yazıblar ki, "Little Mix" üzvləri yaxşı oxusalar da, fanatları cəlb etmək üçün vücudlarından istifadə edirlər.
Ebru Gündeşdən qəti QƏRAR
Məşhur müğənni Ebru Gündeş ABŞ-da Türkiyə əleyhinə ifadə verən Rza Zərrab ilə boşanmaq üçün hərəkətə keçib. 2010-cu ilin fevral ayında ailə həyatı quran Rza Zərrab və Ebru Gündeş boşanmanın astanasındadır. Amerikada Türkiyəyə qarşı həyata keçirilən əməliyyatın bir hissəsi olan iddiada Türkiyə əleyhinə ifadələr verən Zərrab ilə Gündeşin boşanması üçün artıq ilk addımlar atılıb. Belə ki, Ebru Gündeş boşanma işlərinin başladılması üçün vəkili ilə görüşüb.
İtkin düşmüş 350 balıqçı xilas edildi
Hindistanın cənub-qərb hissəsində tüğyan edən “Okxi” qasırğası nəticəsində itkin düşmüş 350-dən çox balıqçı xilas edilib. Axtarış-xilasetmə əməliyyatlarına Hindistan Hərbi-Dəniz Qüvvələri, sahil mühafizəsi və Hərbi-Hava Qüvvələri cəlb edilib. Ümumilikdə dəniz itkin düşmüş 357 balıqçı xilas edilib.
Rus jurnalist zorlandığına görə 500 min dollar tələb edir...
Qandonduran hadisə - Bəy toy günü gəlini öldürdü - FOTO
Saakaşvili tərəfdarları ilə birlikdə Kiyev küçələrində aksiyaya başladı
Ukraynanın paytaxtı Kiyev şəhərində Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin “Yeni qüvvələrin hərəkatı” tərəfindən təşkil edilmiş “İmpiçment uğrunda marş” şüarı ilə aksiya keçirilir. Bu barədə “İnterfax” məlumat yayıb.
Türkiyə prezidenti: Ermənistan ticarət yollarından kənarda qalmağa davam edəcək
“Ermənistan ticarət yollarından kənarda qalıb və qalmağa davam edəcək”. Bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı bildirib.
Üsyançılar telekanal binasını ələ keçirdilər
Yəmənin "Ənsərullah" (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan "Yemen El-Yevm" telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər. Publika.az report.az-a istinadən bildirir ki, bu barədə "Yemen El-Yevm" telekanalının əməkdaşı "Anadolu" agentliyinə xəbər verib.














