Qandonduran hadisə - Bəy toy günü gəlini öldürdü - FOTO
4 Dekabr 2017 04:50 SosialTürkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib.
22 yaşlı Güllü Yurtoğlu 1 həftə öncə nikaha daxil olduğu 23 yaşlı Metehan Yutroğlu tərəfindən xına mərasiminin sabahı - toy günü bıçaqlanaraq öldürülüb.
G. Yurtoğluna 8 bıçaq zərbəsi vuran M. Yurtoğlu tarlalardan birində gizlənirmiş. O, polis tərəfindən saxlanılıb.
Şübhəli şəxsin narkotik aludəçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31