Üsyançılar telekanal binasını ələ keçirdilər
Yəmənin "Ənsərullah" (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan "Yemen El-Yevm" telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər. Publika.az report.az-a istinadən bildirir ki, bu barədə "Yemen El-Yevm" telekanalının əməkdaşı "Anadolu" agentliyinə xəbər verib.
3 Dekabr 2017 19:39 DünyaYəmənin "Ənsərullah" (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan "Yemen El-Yevm" telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər.
Publika.az report.az-a istinadən bildirir ki, bu barədə "Yemen El-Yevm" telekanalının əməkdaşı "Anadolu" agentliyinə xəbər verib.
O, bildirib ki, telekanalın mühafizəçiləri ilə husilər arasında baş vermiş atışma zamanı üsyançılar telekanalın binasını partladıblar.
"Yemen El-Yevm" saytı isə xəbər verib ki, telekanalın yayımı dayandırılıb.
Husilər həmçinin "Yemen.net" internet provayderinə də nəzarəti ələ alıblar və sabiq prezident Əli Abdullah Salihə məxsus portalın xəbərlərinə girişi məhdudlaşdırıblar.