Dünya
Ay Yerə rekord həddə yaxınlaşdı – Super Ay
Bazar ertəsi səhər saatlarında Ay Yer planetinə 2017-ci ildəki ən yaxın məsafədə - 357 min 495 kilometr aralıda dayanıb. Bu barədə Rusiya mətbuatı yazıb. Məlumata görə, Ay həmin məsafədə olarkən 14 faiz daha böyük və 30 faiz daha parlaq müşahidə olunub.
Qızına müəllimindən gələn mesajları görən ata həyatının şokunu yaşadı
Türkiyənin Isparta rayonunun Yalvaç qəsəbəsində riyaziyyat müəllimi H.E. (28), VII sinif şagirdi 2 qız uşağına əllə və sözlə cinsi təcavüz etdiyi iddiası ilə həbs olunub. Hadisə valideynlərdən birinin qızının mobil telefonunda müəllimin göndərdiyi intim məzmunlu mesajları görməsiylə ortaya çıxıb.
Ermənistanın növbəti ədabazlığı, yaxud düşmən ordusunun rəhbərliyi Sarkisyanı aldadır?
Dekabrın 2-də üzdəniraq Ermənistan adlı qurumun rəhbəri Serj Sarkisyan başda olmaqla quldur yığınından ibarət dəstənin üzvlərinin iştirakı ilə işğal olunmuş ərazilərimizdə qondarma Arçaxla birgə təlimlər keçirilidiyi bildirilib. Bu “miqyaslı” təlimləri bədnam qonşularımızın öz xalqı üçün quraşdırdığı şou və ermənisayağı növbəti ədabazlıq adlandırmağımız daha düzgün olardı.
Sabah Türkiyədə yer yerindən OYNAYACAQ - Sarsıdıcı İDDİA
CHP üzvləri xarici ölkənin lehinə casusluq edən Rza Zərraba məlumatları kimin verdiyinin açıqlanmasını tələb edirlər. Bu barədə CHP vəkili Özgür Özel deyib. Onun sözlərinə görə, mənbə açıqlanmasa CHP lideri hər şeyi ortaya çıxaracaq. “CHP liderinin AKP-yə verdiyi müddət başa çatır. Əgər sabah mənbə açıqlanmasa böyük bomba partlayacaq”, - deyə o bildirib.
Moskva aeroportları iflic oldu: 300 reys təxirə düşdü
Moskvada güclü qar yağması və çovğunlu hava şəraiti ilə əlaqədar təxirə salınan aviareyslərin sayı 300-ü keçib. "Domodedovo" aeroportunun onlayn-uçuş cədvəlində 152 aviareysin gecikdiyi qeyd olunub.
Yaxın 5 gün ərzində BAŞLAYA BİLƏR - III Dünya müharibəsi XƏBƏRDARLIĞI
ABŞ və Cənubi Koreyanın Koreya yarımadası ətrafında birgə hərbi təlimə başlaması regionda müharibəyə gətirib çıxara bilər. Bu haqda Koreya Xalq Demokratik Respublikası (KXDR) dövlət nəşri olan “Rodong Sinmun”un məqaləsində deyilir. “Təlim açıq təxribatdır, hər an nüvə müharibəsinə gətirin çıxara bilər”, - nəşr xəbərdarlıq edib.
Qısqanc qadın oğlu ilə gəlinini yataq otağında da rahat buraxmadı - ŞOK FAKTLAR
İstanbulda 7 il öncə Ali G. ilə evlənərək Almaniyanın Solingen şəhərində yaşamağa başlayan S.G. adlı qadın ərini ona qısqanan və boşanmalarına səbəb olan qayınanasını məhkəməyə verib.
“Savaşçı”da PKK ilə döyüşən türk əsgərindən Azərbaycan bayrağına SAYĞI - VİDEO
Türkiyədə "Fox" TV-nin yayımladığı "Savaşçı" serilaının dünənki bölümündə terrorçularla döyüşən türk əsgərlərinin hərbi geyiminə Azərbaycan bayrağı vurulmuşdu.
Telekanalın mühasirəsi davam edir - Nazirdən TƏHDİD
Radikallar Kiyevdə “NewsOne” telekanalının binasını mühasirədə saxlamaqda davam edirlər. Bu haqda telekanalın saytında bildirilir. “Radikallar “NewsOne” telekanalının binasının ətrafından heç bir yerə getməyiblər”, - xəbərdə deyilir. Telekanal dünən axşam saatlarında mühasirəyə alınıb. Radikallar bunu kanalın siyasətindən razı olmaması ilə izah ediblər. Bundan başqa, Ukrayna Ali Radasının deputatı, telekanalın rəhbəri Yevgeni Murayevdən üzr istənilməsi tələb edilir. Kanalın rəhbəri daha əvvəl Maydan hadisələrini dövlət çevrilişi adlandırıb. Telekanal isə bunu söz azadlığına hücum kimi qiymətləndirir.
8 həftəlik uşağa qarşı QANDONDURAN HƏRƏKƏT - ANBAAN VİDEO (18+)
Dayə 8 həftəlik uşağı vəhşicəsinə döyüb döyüb. Vyetnamın Phy Ly şəhərində yaşanan hadisə valideynlərin evə kamera yerləşdirməsindən sonra aşkarlanıb.
Acun “O ses Türkiye”dən gedir
Türkiyənin TV8 kanalının sahibi, məşhur aparıcı Acun Ilıcalı “O ses Türkiye”dən getməyə hazırlaşır. Acun iş rejiminin həddən artıq gərgin olduğunu bildirərək, gələn il “O ses Türkiye” verilişində aparıcılıq etməyəcəyini deyib: “Meksika və Braziliyada yeni işlərimiz olacaq. Həftənin cəmi 4 günü Türkiyədəyəm. Tez-tez Dominikana gedirəm. Ola bilər ki, verilişi gələn il Gökhana əmanət etdim.”
18-ci əsrə aid İsa heykəlinin buduna gizlədilən məktub tapıldı - VİDEO
İspaniyada 18-ci əsrə aid olan İsa Məsih heykəlinin bərpası zamanı heykəlin budunda gizlədilən kağız parçası tapılıb. Qeyddə 18-ci əsrə aid məlumatlar yer alıb.
Gülbən Ərgenin keçmiş həyat yoldaşı kiminlə sevgilidi?
Məşhur xəbər aparıcısı, müğənni Gülbən Ərgənin keçmiş həyat yoldaşı Erhan Çelik yeni sevgilisi ilə birgə paparazzilərin obyektivlərinə tuş gəliblər. Olaylar.az bildirir ki, Erhan Çelikin yeni sevgilisi Beşiktaş tutbol komandasının prezidenti Fikrət Ormanın keçmiş həyat yoldaşı olan Sədəf Ormandı.
Zərrabın ABŞ-a gedişinin “YOL XƏRİTƏSİ”: Ailəsi necə qaçırıldı? – ŞOK DETALLAR
ABŞ-da keçirilən məhkəmə prosesinə şahid kimi qatılan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabı oyuncağa çevirməyə qərar verən ABŞ-ın bu qərarı verdikdən sonra icra etdiyi “yol xəritəsi”nə dair hər gün yeni detallar ortaya çıxır.
PKK Rusiya ilə əməkdaşlıq edəcək
Rus generallarrı YPG sözçüsü (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) Nuri Mahmud və təşkilatın Deyrizordakı üzvləri ilə bir araya gəlib. Suriyaya gedən rus generalları terrorçularla görüşərək İŞİD-ə qarşı mübarizə mövzusunu müzakirə ediblər.














