Dünya
Səudiyyədə YENİ DALĞA - Hicabsız müsəlman qadınlar
Səudiyyə Ərəbistanda “mülayim islam” adı altında başlayan yeni dalğanın fonunda qadınlar baş örtüyü ilə bağlı yeniliklər tətbiq etməyə başlayıb. Qadınlarla bağlı yeni təklifləri ilə gündəmə gələn “mülayim islam” bu dəfə geyim və hicabla bağlı bir sıra təkliflər irəli sürüb. İslamda radikallıq və ifrata qarşı olan “mülayim islam”ın bu yeniliyi ötən gün Riyad şəhərində keçirilən konsertdə gündəmə gətirilib. Belə ki, məşhur musiqiçi Yanninin konsertini izləməyə gələnlərin əksəriyyəti qadınlar olub. Konsertdə "mülayim islam"ın çağırışı olan dəyişiklik diqqətdən qaçmayıb. Belə ki, qızların saçları açıq şəkildə gəzdiyi diqqətdən qaçmayıb. Kral Salman tərəfindən başlayan “mülayim islam”ın yenilikləri sürətli şəkildə tətbiq edilir.
Türkiyənin bəzi deputatları toxunulmazlıq hüququndan məhrum edilə bilər - KİMLƏR?
Türkiyə Böyük Millət Məclisinin (parlament) Xalqların Demokratik Partiyasından (HDP) olan 19 üzvü deputat toxunulmazlığından məhrum edilə bilər. Məlumata görə, bu gün Ankara prokurorluğu Ədliyyə Nazirliyinə HDP-dən olan bir sıra deputatların toxunulmazlığının ləğv edilməsi tələbi ilə müraciət edib. Prokurorluğun belə qərarının həmin deputatların PKK terror təşkilatına dəstək ifadə edən bəyanatları ilə əlaqədar olduğu bildirilir.
Avropada ən çox içən ölkələrın SİYAHISI
Baltikyanı ölkələr Avropa İttifaqının üzvləri arasında spirtli içkilərin ən çox istifadə olunduğu ölkələr olub. Məlumata görə, 2016-cı il ərzində avropalılar spirtli içkilərə ümumilikdə 130 milyard avroya yaxın pul xərcləyib. Statistikaya əsasən, bu siyahıda ilk üç yeri Estoniya (5,6 faiz), Latviya (4,8 faiz) və Litva (4,2 faiz) tutub. İlk beşliyə həmçinin Polşa və Çexiya daxil olub.
Çində yüzlərlə tarakanı təyyarəyə keçirməyə çalışdılar
Çinin Quançjou hava limanında yaşlı cütlüyün baqajında 200 tarakan aşkar edilib. Məlumata görə, baqajın rentgen yoxlaması zamanı çamadandan bir tarakan çıxıb. Aparılan axtarış nəticəsində çamadandan tarakanlarla dolu paket aşkar edilib. Məlum olub ki, tarakanları dəri kremi hazırlamaq üçün aparırmışlar. Tarakanların təyyarəyə buraxılmasına icazə verilməyib.
ABŞ qlobal razılaşmada iştirak etməyəcək
ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonun bundan sonra Qlobal Miqrasiya razılaşmasında iştirak etməyəcəyinə dair BMT-yə bəyanat göndərib. “Amerikanın Səsi”nin yaydığı məlumata görə, sənəddə vurğulanıb ki, bu proqram ABŞ-ın immiqrasiya siyasətinə uyğun gəlmir. Tillersonun sözlərinə görə, ABŞ miqrasiya məsələlərində beynəlxalq əməkdaşlığı dəstəkləyir, lakin suveren ölkələr bunun təhlükəsiz və leqal olması üçün daha çox məsuliyyət daşıyırlar.
ABŞ və Cənubi Koreya tarixdə ən böyük birgə hərbi təlimlərə başlayıb
ABŞ və Cənubi Koreya hərbi hava qüvvələrinin dekabrın 4-də başlayan ən irimiqyaslı birgə təlimlərində yüzlərlə təyyarə iştirak edir. “Associated Press” agentliyinin yaydığı məlumata əsasən, birgə manevrlər KXDR-in ötən həftəki qitələrarası ballistik raket sınağına cavab olaraq keçirilir.
Türkiyənin bəzi əyalətlərində güclü şaxta qeydə alınıb
Türkiyənin şərq əyalətlərində güclü şaxta qeydə alınıb. Məlumata görə, ən aşağı temperatur Qars əyalətində qeydə alınıb. Belə ki, burada havanın temperaturu -13 dərəcə olub.
Erməni boksçular mafiya ilə əlaqədə şübhəli bilinir
Almaniyada hüquq-mühafizə orqanları erməni əsilli boksçular Karo Murat və Artur Abrahamı mafiya ilə əlaqələri olmaqda şübhəli bilir. K.Murat 3 il əvvəl Erfurt şəhərində silahlı qruplaşmalar arasında atışmada iştirak etməkdə, A.Abraham isə bu ilin aprelində mafiya üzvləri ilə əlaqədə şübhəli bilinir.
Qərb Ukraynaya dəstəyini kəsəcək, əgər... - Kiyevə TƏHDİD
“Vaşinqton Kiyevə dəstəyini saxlayır, amma bu, əbədi deyil”. Bunu ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı, general-leytenant Ben Hodces “Ukraynskaya Pravda” nəşrinə müsahibəsində deyib.
İran KİV-i: Yəmənin sabiq prezidenti öldürüldü
Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh öldürülüb. Xəbəri öz mənbələrinə istinadən Tasnim agentliyi yayıb. İnformasiya hələ rəsmən təsdiq olunmayıb. Məlumata görə, keçmiş dövlət başçısının tərəfdarları ilə husilər arasında atışma son həftədə yenidən şiddətlənib.
Daha bir təhlükəli oyun - Ata qızını döyərək öldürür
Sony-nin təqdim etdiyi yeni oyun şiddətli səhnələrinə görə qınanılıb. Detroit: Become Human adlı video oyun atanın azyaşlı qızını döyüb öldürmə səhnəsinə görə sərt şəkildə tənqid edilib.
Türkiyədə zəhərlənənlərin sayı 51-ə çatdı
Türkiyənin Ağrı vilayətində dəm qazından zəhərlənənlərin sayı 51 nəfərə çatıb. Onlardan 45-i islah-əmək müəssisəsində xidmət edən hərbçi, 6-sə isə müəssisənin işçisidir.
"Qüsurlu doğulan körpələri ailələri öldürür" — Şimali Koreyadan qaçanların ŞOK ETİRAFI
Şimali Koreyadan qaçaraq Cənubi Koreyaya sığınan 30 nəfər dünyanın ən qapalı ölkəsi haqqında şok etiraflar ediblər. 30 nəfər Şimali Koreyanın ən böyük nüvə müəssisəsi olan "Punggye-ri" yaxınlığındakı Kilju bölgəsindən qaçıblar.
İran şirkəti Ermənistan polisini avtomobillə təmin edir
“İran Khodro” şirkətinin istehsal etdiyi 18 ədəd “Soren” markalı avtomobil Ermənistan polisinə təhvil verilib. Ermənistan polisi artıq bir neçə ildir ki “Iran Khodro”dan avtonəqliyyat vasitələri alır və bu günə qədər 75 avtomobil əldə edib.
Jirinovski Putindən sonra ikinci oldu - Sorğu
Əgər gələn bazar günü Rusiyada prezident seçkisi keçirilsəydi, rusların 25%-i hazırkı prezident Vladimir Putinə səs verərdi. Bu nəticə “Romir” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğunun nəticələrinə əsasən, rusların Vladimir Putindən sonra ən çox güvəndiyi şəxs Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski (8%) olub. Ondan sonrakı yerlərdə Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov (7%), blogger Aleksey Navalnı (3%), teleaparıcı Kseniya Sobçak (2%), Yabloko Partiyasının sədri Qriqori Yavlinski (2%) yer alıb.














