Dünya

Dünyanın ən iri almazı satıldı

5 Dekabr 2017 09:18

Britaniyalı zərgər Lorens Qraff dünyanın ən iri almazlarından birinə sahib olub. Nyu-York şəhərində baş tutan hərracda 709 karatlıq almaz 6,5 milyon dollara satılıb. Çəkisinə görə dünyada 14-cü yeri tutan almaz 2017 ildə Syera-Leonedə tapılıb.

8 illik evlilik bitir

4 Dekabr 2017 20:00

Avqustda ayrıldıqlarını bəyan edən Hollivud ulduzları Anna Farislə Kris Pratt rəsmi şəkildə boşanırlar.  8 illik ailə həyatına son qoyan cütlük 5 yaşlı oğulları Cekin ortaq himayədarlığı üçün məhkəməyə baş vurub. 

Türkiyəli kardioloq gümrah olmağın sirrini açdı: “Turpla yerkökünü pendirlə yeyin”

4 Dekabr 2017 19:36

"Turpu və ya kökü çiy halda ağ pendirlə birlikdə yeyin, yanında da zeytun istifadə etsəniz, lap gümrah olarsınız. Fıstıq yesəniz, fıstıq kimi olarsınız". Bu sözləri professor, kardioloq Canan Karatay İstanbul Universitetində keçirilən konfransda çıxışında bildirib. O, sağlam qidalanmaqla bağlı başqa əhəmiyyətli açıqlamalar da verib.

Niyə qadınlar kişilərdən daha çox danışır? - SENSASİON MƏLUMATLAR

4 Dekabr 2017 19:30

Biz belələri ilə tez-tez qarşılaşırıq. Hətta ən çox sevdiklərimizin arasında belə var. Dayanmadan, fasiləsiz olaraq danışır. Özünü, gördüklərini anladır, hər hadisə haqqında mütləq bir fikri var, susmağı sevmir və sair. Bunun adına xəstəlik də demək olar, özünü ifadə problemi də. Bütün hallarda insan bu davranışı ilə ətrafındakılarda ikrah doğurur. Ətrafı ilə yanaşı, çox danışmağı öz sağlamlığına da müxtəlif zərbələr vurur.

Yeni texnologiya canlı bakteriyalı “3D” strukturlar çap etməyə imkan verir

4 Dekabr 2017 19:23

İsveçrə və İrlandiya alimləri üçölçülü çap üçün yeni material - bakteriya hüceyrələrindən ibarət "canlı mürəkkəb" hazırlayıblar. Belə sistemlər çirklənmənin təmizlənməsi və enerjinin generasiyası, əczaçılıq preparatlarının istehsalı və geyim üçün yeni sistemlər yaratmağa imkan verəcək.

40-ından sonra valideyn olan məşhurlar — FOTO və SİYAHI

4 Dekabr 2017 19:17

Valideyn olmaq üçün həm fiziki, həm də mənəvi cəhətdən hazır olmaq lazımdır. Çünki dünayya gələn körpə insan həyatında radikal dəyişikliklərə səbəb olur. Elə insanlar var ki, 40 yaşdan sonra valideyn olur.  40 yaşdan sonra valideyn olan məşhurların siyahısını təqdim edirik.

Smartfondan asılılıq beyində dəyişikliklərə səbəb olur

4 Dekabr 2017 19:11

Şimali Amerikanın Radioloji Cəmiyyətinin alimləri illik yığıncaq zamanı bildiriblər ki, smartfonlardan həddən çox istifadə bir sıra psixoloji pozğunluqlara yol açır. Bundan başqa, bəzi hallarda bu, insan beynində dəyişikliklərə səbəb ola bilər. Müxtəlif tədqiqatların nəticələri bu deyilənləri sübut edir.

Dünyada göndərilmiş ilk SMS mesajın məzmunu məlum olub

4 Dekabr 2017 19:05

Dünyada mobil telefona ilk SMS mesaj 25 il bundan əvvəl Nil Papvort tərəfindən öz iş yoldaşına göndərilib. Bu haqda mətn mesajının müəllifi “Sky News” telekanalına məlumat verib.

Gülnarxan eyvandan yıxılıb, öldü - Günlük kirayələnən evdə faciə - VİDEO 

4 Dekabr 2017 19:00

Türkiyənin Bursa şəhərində Qırğızıstan əsilli qadın ölüb. 27 yaşlı Gülnarxan Raimbekova adlı qadın sevgilisi ilə birlikdə getdiyi günlük kirayələnən evdə onunla dalaşarkən eyvandan yıxılıb, ölüb. 

Dedi-qodular müğənnini sevgilisindən ayırdı

4 Dekabr 2017 18:50

Müğənni-aparıcı Seren Serengil sevgilisi Özay Bakırdan ayrılıb. Bakırla evlənmək fikrində olan və onun ailəsi ilə görüşən Seren qərarıyla bağlı açıqlamanı sosial şəbəkədə elan edib:  “Qulağıma çatan bəzi dedi-qodular səbəbindən, əslini araşdırıb öyrənmək vacibliyini duymadığım, buna səbəb olan sevgilim Özay Bakırdan ayrılmaq qərarına gəldim.

Bred Pittə bənzəmək sərvət xərclədilər

4 Dekabr 2017 18:45

ABŞ-ın Arizona ştatında yaşayan əkiz qardaşlar Hollivud ulduzu Bred Pittə bənzəmək üçün sərvət xərcləyiblər.  Met və Mayk Şlep adlı qardaşlar bu günə qədər keçirdikləri əməliyyatları üçün 20 min dollar (təxminən 40 min AZN) dəyərində pullarından keçməli olublar.

Seda Sayan təzə eşqə düşüb - Özündən 16 yaş kiçikdir

4 Dekabr 2017 18:30

Türkiyənin məşhur müğənnisi Seda Sayan özündən 16 yaş kiçik həmkarı Mehmet Erdemə aşiq olub.Bu barədə Star telekanalında yayımlanan “Duymayan Kalmasın” maqazin verilişində məlumat verilib. Demet Akalının ortaya atdığı iddianı canlı yayımda  Seren Serengil təsdiqləyib. 55 yaşlı Seda Sayan yaxın dostlarına həmkarı 39 yaşlı Mehmet Erdemi çox bəyəndiyini söyləyib. Lakin, Seda Sayanın qarşılıqsız sevdiyi müğənni hal-hazırda başqasıyla münasibətdədir.

Rusiya Ədliyyə Nazirliyi xarici KİV-lərlə bağlı hərəkətə keçir

4 Dekabr 2017 17:59

Rusiya Prezidenti Vladimir Putin Ədliyyə Nazirliyinin səlahiyyətlərini artırıb. Məlumata görə, dövlət başçısının müvafiq fərmanına uyğun olaraq nazirlik xarici agent funksiyasını daşıyan xarici KİV-lərin reyestrini aparacaq.

Putin Amerikanın 9 agentinin siyahısını verdi

4 Dekabr 2017 17:43

Rusiya Federasiyası Prezidenti Vladimir Putin xarici agent funksiyasını yerinə yetirən xarici KİV-lərin reyestrinin aparılması üzrə səlahiyyətlərin Ədliyyə Nazirliyinə verilməsi haqqında fərman imzalayıb. Bu haqda hüquqi informasiyanın rəsmi internet-portalında yerləşdirilən xəbərdə deyilir. Xarici KİV-lər “xarici agent” statusunun verilməsindən sonra hazırda qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulmuş məhdudiyyətlər və qadağalara məruz qalacaq.

Makron qərar verdi - Rusiyaya gedir

4 Dekabr 2017 17:11

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya səfər etmək dəvətini qəbul edib. Məlumata görə, bunu Fransanın Rusiyadakı səfiri Silvi Berman açıqlayıb. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov E.Makronun Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində səfər dəvətini qəbul etdiyini bildirmişdi.