Dünya

Yük maşını ilə sərnişin avtobusu toqquşdu: 5 nəfər öldü - Türkiyədə

5 Dekabr 2017 11:53

Qaziantepdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Qəzanın detalları araşdırılır.

Saakaşvilidən intihar aksiyası - CANLI YAYIM

5 Dekabr 2017 11:50

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili polisi intihar edəcəyi ilə hədələyir. Hazırda polis M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparır. 

Yeni tip böyrək yaradıldı

5 Dekabr 2017 11:48

Rusiyalı alimlər portativ və özü ilə daşına bilən süni böyrək funksiyalı aparat yaradıb və testdən keçiriblər. Moskva Elektrotexnika İnstitutunun  alimlər qrupu gündə ən çox iki dəfə qanın təmizlənməsi üçün məhlulun dəyişməsini tələb edən aparat hazırlayıblar.

Məşhur Bollivud ulduzu vəfat etdi

5 Dekabr 2017 11:44

Məşhur Bollivud kino ulduzu Şaşi Kapur 79 yaşında vəfat edib. Aktyor  böyrək çatışmazlığından əziyyət çəkirdi.  Aktyorun bir neçə il bu xəstəlikdən əziyyət çəkdiyi, dializ aparatına bağlı həyat tərzi keçirdiyi bildilir. Bombey şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilən Şaşi Kapurun həyatını xilas etmək mümükün olmayıb.

Çindən gələn oyuncaqlar MƏHV EDİLƏCƏK

5 Dekabr 2017 11:43

İstanbul Baş Gömrük idarəsinin əməkdaşları ölkəyə qaçaq yolla gətirilən, tərkibində zəhərli maddə olan oyuncaqlar  müsadirə ediblər. Çindən gələn 4 konteyneri yoxlayan gömrükçülər 19 ton bu cür oyuncaq aşkarlayıblar.

Rusiyada əhalinin 41 faizi Leninin meyitinin basdırılmasını istəyir

5 Dekabr 2017 11:39

Rusiyada əhalinin 41 faizi Vladimir Leninin “Mavzoley”də saxlanılan mumiyalanmış meyitinin basdırılmasını istəyir.  Bu barədə sorğunu aparan “Levada-Sentr”dən məlumat verilib. 

Türkiyə prezidentinin sözçüsü: "ABŞ-ın Qüdsü paytaxt kimi tanıması gərginliyə səbəb olacaq"

5 Dekabr 2017 11:19

“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəməsi ciddi narahatlıq doğurur”.  Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq.

Binəli Yldırım Cənubi Koreyada

5 Dekabr 2017 11:14

Türkiyənin Baş nazir Binali Yıldırım Cənubi Koreyada rəsmi səfərdədi. Olaylar.az bildirir ki, baş nazir  Busan şəhərindən sonra paytaxt Seula yola düşüb.

Misirdən İsrailə raket zərbəsi

5 Dekabr 2017 11:01

Ötən gecə İsrailin cənub istiqamətinə Misir yaxınlığından iki raket atılıb. Misir sərhədlərindən atıldığı iddia edilən raketlərin istiqaməti Sinay yarımadasından Eşkol regional şurasına yönəlib. Bu il ərzində Misirdən İsrailə artıq 3-cü raket zərbəsidir. Sonuncu raket zərbəsi cari ilin oktyabrının 15-də qeydə alınmışdı.

Murat Boz sevgili olduğu məşhur aktrisayla evlənməyəcək

5 Dekabr 2017 10:59

Müğənni Murad Boz aktrisa Aslı Enverlə evlənmək niyyətində olmadıqlarını etiraf edib.  Bazar günü Murad Boz, Aslı Enver, Dolunay Soysert, Teoman Serhat, Leyla Feray və Buğra Gürsoyla birlikdə səhər yeməyi yeyib.

"Əmri Ərdoğanın verdiyini söylə...” - Zərraba ABŞ-dan İNANILMAZ TƏZYİQ

5 Dekabr 2017 10:56

Azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da həbs edilmədən 5 ay öncə Dubay şəhərində saxlanıldığı ortaya çıxıb. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən həbs edilən Rza Zərraba Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı günahkar çıxarmaq üçün təzyiq göstərilib. İddialara görə, R.Zərrab 2015-ci ilin oktyabr ayında şəxsi təyyarəsi ilə Dubaya gedib. Təyyarədən enəndən dərhal sonra MKİ tərəfindən saxlanılan Zərraba “hər şeyi qəbul et, əmri Ərdoğanın verdiyini söylə” təzyiqi göstərilib.

Prezident əhaliyə müraciət etdi

5 Dekabr 2017 09:51

Yəmən prezidenti Əbd Rabbu Mansur Hadi ölkə əhalisinə müraciətlə çıxış edərək onları hüsilərə qarşı müqavimət göstərməyə çağırb. Bu barədə "Sky News Arabia" məlumat yayıb. "Yəmən xalqını terror qruplaşmasının əsarəti altında olan bütün əyalətlərdə üsyan qaldırmağa, husilərə müqavimət göstərməyə çağırıram", — deyə Mansur Hadi bildirib.

Gəlin bir zəngə görə TOYDAN GETDİ

5 Dekabr 2017 09:31

Gəlin xəstəsinin bir sözü ilə öz toyundan qaçaraq onun yanına gedib. Xəstəxanada tibb bacısı kimi çalışan 28 yaşlı Jasmin Dominqes öz toyunu yarıda qoyaraq xəstəsinin iynəsini vurmağa gedib. Hadisə Meksikanın Tabasko ştatında qeydə alınıb.

"Feysbuk"dan YENİLİK

5 Dekabr 2017 09:25

"Facebook" şirkəti yeni "Messenger Kids" proqramını istifadəyə verir. Yeni əlavə validenlərə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır. Bu barədə sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir. "Bu gün təqdim etdiyimiz əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək", - şirkətin məlumatında qeyd olunur.

6 siyasətçi şərti azadlıqda

5 Dekabr 2017 09:19

Kataloniya hökumətinin həbsdə olan keçmiş üzvlərinin məhkəmə prosesi keçirilib. İspaniya məhkəməsi 6 siyasətçinin şərti azdlığa çıxması barədə qərar verib. Kataloniyanın sabiq lideri Karles Puçdemonun köməkçisi Oriol Yunqueras, muxtariyyətin sabiq daxili işlər naziri Xoakim Form və daha 2 siyasətçinin isə həbs müddəti davam edəcək. Məhkəmənin şərtinə görə, onlar 100 min avro qarşılığında azadlığa çıxa biləcəklər.