Türkiyə prezidentinin sözçüsü: "ABŞ-ın Qüdsü paytaxt kimi tanıması gərginliyə səbəb olacaq"
“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəməsi ciddi narahatlıq doğurur”. Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq.
5 Dekabr 2017 11:19 Dünya"ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəməsi ciddi narahatlıq doğurur". Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq.
Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat veriləcəyi gözlənilirdi. Lakin son məlumata görə, D. Tramp bu qərarını təxirə salıb. Apa.az "Haber7"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31