Çindən gələn oyuncaqlar MƏHV EDİLƏCƏK
İstanbul Baş Gömrük idarəsinin əməkdaşları ölkəyə qaçaq yolla gətirilən, tərkibində zəhərli maddə olan oyuncaqlar müsadirə ediblər. Çindən gələn 4 konteyneri yoxlayan gömrükçülər 19 ton bu cür oyuncaq aşkarlayıblar.
5 Dekabr 2017 11:43 Dünyaİstanbul Baş Gömrük idarəsinin əməkdaşları ölkəyə qaçaq yolla gətirilən, tərkibində zəhərli maddə olan oyuncaqlar müsadirə ediblər. Çindən gələn 4 konteyneri yoxlayan gömrükçülər 19 ton bu cür oyuncaq aşkarlayıblar.
Oyuncaqlardan götürülən nümunələr əsasında aparılan tibbi analiz nəticəsində onların tərkibində insan sağlamlığı üçün təhlükəli maddənin olduğu müəyyən edilib. Müsadirə olunan oyuncaqların məhv ediləcəyi bildirilir. Oyuncaqları qaçaq yolla ölkəyə gətiriən şəxslər haqqında cinayət işi açılacaq.
Xəbəri Olaylar.az -ın Türkiyə bürosu yayıb.