Yeni tip böyrək yaradıldı

Rusiyalı alimlər portativ və özü ilə daşına bilən süni böyrək funksiyalı aparat yaradıb və testdən keçiriblər. Moskva Elektrotexnika İnstitutunun  alimlər qrupu gündə ən çox iki dəfə qanın təmizlənməsi üçün məhlulun dəyişməsini tələb edən aparat hazırlayıblar.

Rusiyalı alimlər portativ və özü ilə daşına bilən süni böyrək funksiyalı aparat yaradıb və testdən keçiriblər. Moskva Elektrotexnika İnstitutunun  alimlər qrupu gündə ən çox iki dəfə qanın təmizlənməsi üçün məhlulun dəyişməsini tələb edən aparat hazırlayıblar. Hazırda qanın təmizlənməsinin iki üsulu - hemodializ və peritoneal dializ var. Birinci halda qanı ixtisaslaşdırılmış mərkəzlərdə insanın bədənindən kənar təmizləyirlər. Peritoneal dializdə bu, xəstənin qarın boşluğuna yerləşdirilən xüsusi məhlulun köməyi ilə edilir.
Aparat dializəedici məhlulun daimi regenerasiyasıyla peritoneal dializ üsulu ilə qanın təmizlənməsini həyata keçirir. Bu da məhlulun dəyişdirilməsi ehtiyacını gündə bir-iki dəfəyədək azaltmağa imkan verəcək. Artıq laboratoriyada və heyvan modelində aparatın test nümunəsinin müvəffəqiyyətli sınaqları keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31