Saakaşvilidən intihar aksiyası - CANLI YAYIM
Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili polisi intihar edəcəyi ilə hədələyir. Hazırda polis M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparır.
5 Dekabr 2017 11:50 DünyaGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevdəki mənzilində yoxlama aparılacağı təqdirdə özünü damdan atacağını bildirib. Məlumata görə, bu gün səhər Ukrayna xüsusi xidmət orqanları Saakaşvilinin mənzilində yoxlama aparmağa gəlib. Amma onlar gəlməmişdən əvvəl Saakaşvili mənzilinin qapısını bağlayaraq, yaşadığı binanın çardağına çıxıb. O bildirib ki, əgər hüquq-mühafizə orqanı əməkdaşları qapını sındırıb içəri girsə, özünü damdan atacaq. Lent.az Rusiya KİV-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31