Putin Amerikanın 9 agentinin siyahısını verdi

Rusiya Federasiyası Prezidenti Vladimir Putin xarici agent funksiyasını yerinə yetirən xarici KİV-lərin reyestrinin aparılması üzrə səlahiyyətlərin Ədliyyə Nazirliyinə verilməsi haqqında fərman imzalayıb. Bu haqda hüquqi informasiyanın rəsmi internet-portalında yerləşdirilən xəbərdə deyilir. Xarici KİV-lər “xarici agent” statusunun verilməsindən sonra hazırda qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulmuş məhdudiyyətlər və qadağalara məruz qalacaq.

Rusiya Federasiyası Prezidenti Vladimir Putin xarici agent funksiyasını yerinə yetirən xarici KİV-lərin reyestrinin aparılması üzrə səlahiyyətlərin Ədliyyə Nazirliyinə verilməsi haqqında fərman imzalayıb. Bu haqda hüquqi informasiyanın rəsmi internet-portalında yerləşdirilən xəbərdə deyilir. Xarici KİV-lər "xarici agent" statusunun verilməsindən sonra hazırda qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulmuş məhdudiyyətlər və qadağalara məruz qalacaq.

Noyabrın 25-də Rusiya prezidenti xarici KİV-ləri agentlərlə bərabərləşdirməyə icazə verən qanunu imzalayıb. Noyabrın 29-da isə Dövlət Dumasına xarici agent funksiyalarını yerinə yetirən KİV-lərin 5 milyon rubla qədər inzibati cərimə edilməsini nəzərdə tutan qanun layihəsi daxil edilib. Parlament üzvləri vurğulayırlar ki, qanunvericilik ABŞ-ın Rusiya KİV-i - "Russia Today" (RT) və "Sputnik" telekanalı barəsində hərəkətlərinə cavab olaraq daxil edilir. Federasiya Şurasındakı mənbənin "Sputnik" agentliyinə verdiyi məlumata görə, "xarici agent" statusunu ABŞ-ın 9 KİV-a alacaq. Daha əvvəl isə bildirilirdi ki, "xarici agent" statusu "Amerikanın Səsi", "Radio Azad Avropa/Radio Azadlıq" radiokanallarına, "Əsl vaxt" telekanalına, "Azadlıq Radiosu"nun regional layihələri "Krım. Reallıqlar", "Sibir. Reallıqlar", "Qafqaz. Reallıqlar" və "Faktoqraf" daxildir. Publika.az SİTA agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31