Türkiyənin bəzi deputatları toxunulmazlıq hüququndan məhrum edilə bilər - KİMLƏR?
Türkiyə Böyük Millət Məclisinin (parlament) Xalqların Demokratik Partiyasından (HDP) olan 19 üzvü deputat toxunulmazlığından məhrum edilə bilər. Məlumata görə, bu gün Ankara prokurorluğu Ədliyyə Nazirliyinə HDP-dən olan bir sıra deputatların toxunulmazlığının ləğv edilməsi tələbi ilə müraciət edib. Prokurorluğun belə qərarının həmin deputatların PKK terror təşkilatına dəstək ifadə edən bəyanatları ilə əlaqədar olduğu bildirilir.
4 Dekabr 2017 16:48 DünyaTürkiyə Böyük Millət Məclisinin (parlament) Xalqların Demokratik Partiyasından (HDP) olan 19 üzvü deputat toxunulmazlığından məhrum edilə bilər. Məlumata görə, bu gün Ankara prokurorluğu Ədliyyə Nazirliyinə HDP-dən olan bir sıra deputatların toxunulmazlığının ləğv edilməsi tələbi ilə müraciət edib. Prokurorluğun belə qərarının həmin deputatların PKK terror təşkilatına dəstək ifadə edən bəyanatları ilə əlaqədar olduğu bildirilir.
Xatırladaq ki, son vaxtlar Türkiyədə 11 HDP-li deputat, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs ediliblər. Olaylar.az Trend-ə istinadən xəbər verir.