Dünya

Haykakan Jamanak: “Ermənistanın müdafiə naziri istefa verəcək”

10 Yanvar 2018 15:12

Prezident seçkilərindən sonra Ermənistanın hakim Respublikaçı partiyasının müdafiə nazirini dəyişdirəcəyi barədə fikirlər səsləndirilir.  Bu barədə “Haykakan Jamanak” qəzeti məlumat yayıb.

Qripdən hər il 650 min insan ölür

10 Yanvar 2018 15:11

Dünyada hər il mövsümi dəyişkənlikdən qaynaqlanan tənəffüs yollarının infeksiyası xəstəliklərindən təxminən 650 minə yaxın insan həlak olur.  Bu haqda Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytı məlumat yayıb.  Məlumatda qeyd olunub ki, inkişaf etməkdə olan ölkələrdə demək olar ki, 5 yaşdan kiçik olan uşaqların ölümlərinə səbəb alt tənəffüs yolunun infeksiyası qripi ilə əlaqədardır. 

“Apple” mağazasında yanğın - İnsanlar təxliyə edilib

10 Yanvar 2018 15:09

İsveçrənin Sürix şəhərində “Apple” mağazasından 50-ə yaxın şəxs təxliyə olunub. Məlumata görə, buna mağazada telefonlardan birinin batareyasının alovlanması səbəb olub.

Seçkilərdə qələbə qazansa, məscidləri yandıracaq - GÖRÜNMƏMİŞ VƏD

10 Yanvar 2018 14:42

Son illər Avropada keçirilən seçkilər ərəfəsində irqçilik, ksenofobiya və islamofobiyanın artması müşahidə olunur. Bu meyllər Niderlandda daha qabarıq şəkildə özünü göstərir. Niderlandın İfrat sağçı, irqçi və şovinist Azadlıq Partiyası ənənəsinə sadiq qalaraq martın 21-də keçiriləcək seçkilərə islam əleyhinə vədlərlə gedir.

İranda baş verən hadisələrdə erməni barmağı

10 Yanvar 2018 14:18

2017-ci ilin son günlərindən-dekabrın 28-dən İranın müxtəlif şəhərlərini bürüyən etiraz nümayişlərinin baş vermə səbəbləri haqqında politoloq və konfliktoloqlar arasında müxtəlif versiyalar irəli sürülməktədir: xalqın sosial vəziyyətinin acınacaqlı olması, İrandakı müxtəlif qruplar arsında baş verən hərc-mərcliyin əks-sədası, Amerika-İsrail-Səudiyyə Ərəbistanı (A-İ-S) triosunun İrana qarşı həyata keçirdikləri təxribatlar, Prezident Ruhaninin seçkiqabağı verdiyi vədlərin yerinə yetirilməməsi və sair.

Ermənistanda keçmiş merin oğlu ilə deputatın qardaşı dalaşıb

10 Yanvar 2018 14:10

Ermənistanda Vanadzorun keçmiş meri Samvel Darbinyanın oğlu - 28 yaşlı Arqişti Darbinyan ilə Ermənistan parlamentinin deputatı Edmon Marukyanın qardaşı - 43 yaşlı Krist Manaryan arasında dava düşüb.

Bill Qeyts sərvətini hara xərcləyəcəyini açıqladı

10 Yanvar 2018 13:47

“Maykrasoft” şirkətinin sahibi, milyarder Bill Qeyts yeni hədəfini açıqlayıb. Bu barədə milyarder “CP Morqan Helsikeyı” beynəlxalq konfransında danışıb. 

Bu ölkədə şəriət qanunları DƏYİŞDİRİLDİ

10 Yanvar 2018 13:27

Yunanıstan Parlamenti ölkədə yaşayan müsəlmanlar arasında şəriət qanunlarının məhdudlaşdırılması barədə qanun layihəsini qəbul edib. Yeni qanuna əsasən, məişət məsələləri ilə bağlı müsəlmanlar müftiyə yox, məhkəməyə müraciət edə biləcəklər.

Qadın jurnalistlə bağlı müəmmalı olay

10 Yanvar 2018 13:25

Amerikanın bir media qurumunda idman jurnalisti kimi işləyən Kortni Roland adlı qadın şübhəli şəkildə itkin düşdükdən 3 gün sonra tapılıb. Jurnalist bir restoranın avtoparkında polislər tərəfindən aşkar edilib.

Xəstə olduğu deyilən Sarkisyan gizli şəkildə Moskvaya NİYƏ GEDİB?

10 Yanvar 2018 13:24

Ermənistanda prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyanın bir neçə günlük yoxa çıxması şübhəli suallar yaradıb. Karapetyan 2018-ci ilin ilk iş günündə məzuniyyət götürüb. Sarkisyan isə milad bayramı münasibətlərilə keçirilən kilsə mərasimlərinə qatılmayıb. Ermənistan mediası Sarkisyanın xəstələndiyi və xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayıb. Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə Sarkisyanın sadəcə soyuqladığını, lakin xəstəxanaya yerləşdirilmədiyini açıqlayıb.

Azərbaycanın bir addımlığı Xirosimaya çevriləcək?

10 Yanvar 2018 13:17

Amerika hakimiyyəti nüvə silahından istifadə ilə bağlı məhdudiyyətləri zəiflətmək və yeni, gücü daha az olan nüvə döyüş başlığı hazırlamaq niyyətindədir. Bu haqda silahlara nəzarət və onların yayılmaması üzrə Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Con Vulfstalaya istinadən “Qardiyan” nəşri bildirib. Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə siyasətinin yeni doktrinasını hazırlayıb. Doktrinaya əsasən “Trident D5” ballistik raketləri belə döyüş başlıqları ilə təchiz ediləcək. Con Vulfstala vurğulayıb ki, ABŞ belə hərəkətlərlə Şərqi Avropada yaranacaq konfliktlər zamanı Rusiyanın taktiki döyüş başlıqlarından istifadəsinə maneə yaratmağı planlaşırır.

Etirazçılar həbsxanaya hücum edəcəklərini bildiriblər

10 Yanvar 2018 13:12

Ötən günTehranın məhşur  Evin həbsxanası qarşısında minlərlə insanın iştirakı ilə  kütləvi etiraz aksiyası baş verib. Həbsxana önünə toplaşan insanlar son günlərdə ölkədə baş verən etiraz aksiyaları zamanı  həbs olunanların azad edilməsini tələb ediblər. Onlar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə, həbsxanaya hücum edərək ələ keçirəcəklərini açıqlayıblar.

Hindli qız "anti-təcavüz" alt paltarı hazırladı - FOTOLAR

10 Yanvar 2018 13:06

Hindistanın Uttar Pradesh ştatının Farukabad şəhərində yaşayan yoxsul ailənin qızı Seenu Kumari icad etdiyi  "anti-tecavüz" alt paltarı dizaynı ilə Hindistanın gündəmini zəbt etdi. 

Rusiya verilişlərinin yayımı qadağan edildi

10 Yanvar 2018 12:37

Moldova parlamentinin sədri Andrian Kandu ölkə Prezidenti İqor Dodonun əvəzinə Televiziya və Radio Məcəlləsinə dəyişikliklər edilməsi barədə respublikada Rusiyanın xəbər və informasiya-analitik verilişlərinin yayımını qadağan edən qanunu təsdiqləyib.