Hindli qız "anti-təcavüz" alt paltarı hazırladı - FOTOLAR

Hindistanın Uttar Pradesh ştatının Farukabad şəhərində yaşayan yoxsul ailənin qızı Seenu Kumari icad etdiyi  "anti-tecavüz" alt paltarı dizaynı ilə Hindistanın gündəmini zəbt etdi. 

Hindistanın Uttar Pradesh ştatının Farukabad şəhərində yaşayan yoxsul ailənin qızı Seenu Kumari icad etdiyi  "anti-tecavüz" alt paltarı dizaynı ilə Hindistanın gündəmini zəbt etdi.Seenunun cib xərcliyini toplayaraq (təxminən 112 manat) hazırladığı alt paltarı qadınlara təcavüz hallarının geniş yayıldığı Hindistan üçün çox önəmlidir.   

Alt paltarı güllə keçirmir, bıçaqla cırılmır, üzərindəki kəmər insan tərəfindən xüsusi şifrə ilə kilidlənir. Yalnız şifrə ilə açılan paltarın kəmərində GPS cihazı və video kamera var. 

Təcavüz halı baş verərəsə, qadın kəmərin düyməsinə basır və polisə dərhal yer və təcavüz edənin  şəklini göndərir.  

Gənc qız icadına yatırım edilməsi üçün gözləmə mövqeyindədir. 

Kolgemedia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31