“Apple” mağazasında yanğın - İnsanlar təxliyə edilib

İsveçrənin Sürix şəhərində “Apple” mağazasından 50-ə yaxın şəxs təxliyə olunub. Məlumata görə, buna mağazada telefonlardan birinin batareyasının alovlanması səbəb olub.

İsveçrənin Sürix şəhərində "Apple" mağazasından 50-ə yaxın şəxs təxliyə olunub. Məlumata görə, buna mağazada telefonlardan birinin batareyasının alovlanması səbəb olub.

Qeyd olunur ki, mağaza əməkdaşı batareyanı telefondan çıxararkən batareya alovlanıb. Nəticədə həmin şəxs əlindən yanıq xəsarətləri alıb. Daha 7 nəfər tüstüdən ziyan çəkdiyi üçün həkimə müraciət edib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31