Dünya

Zərif Moskvaya getdi - Nüvə sazişi

10 Yanvar 2018 12:32

İranın Xarici İşlər naziri Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Moskvaya rəsmi səfər edib. Bu barədə XİN sözçüsü Bəhram Qasımi danışıb. 

Türkiyə Hərbi Dəniz Qüvvələrindən rusiyalı həmkarına DƏSTƏK

10 Yanvar 2018 12:29

Türkiyə Çanaqqala Boğazından Aralıq Dənizi istiqamətində hərəkət edən Rusiyaya məxsus hərbi maddi-texniki təchizat gəmisində yer alan  heyyət üzvlərindən birinin səhhətində problem yaranıb.

Vaşinqtonun bu addımları qəbuledilməzdir

10 Yanvar 2018 12:26

Vaşinqtonun qarşıdan gələn seçkilər barədə Rusiya hökumətinə göstərdiyi təzyiq əsassız və qəbuledilməzdir. Bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi məlumat yayıb. Səfirlik həmçinin rəsmi Vaşinqtonun seçkilər zamanı ABŞ ərazisində olan Rusiya vətəndaşlarının səsvermə hüquqlarının həyata keçirilməsinə əngəl törədilməyəcəyinə ümid etdiyini bildirib.

Yaroslav vağzalında bomba təhdidi

10 Yanvar 2018 12:22

Moskvanın Yaroslav vağzalında bomba qoyulması barədə anonim zəng daxil olub. Hazırda kinoloqlar vağzalda partlayış təhdidi ilə bağlı yoxlama aparırlar. Yoxlama zamanı təxliyə işlərinin aparılıb-aparılmayacağı hələ bildirilmir.

Seda Sayana mesaj: “Səni gəldiyin yerə göndərərəm”

10 Yanvar 2018 12:20

Seda Sayanın həmkarı Gülbən Ergeni verilişinə dəvət etməyi qalmaqala səbəb olub. Gülbeni evli kişilərlə sevgili olmaqda günahlandıran Yeşim Salkım Sedanın Ergeni təriflədiyinə görə ona mesaj ünvanlayıb: “Kadırqalısan, madırqalısan bilmirəm, mən də Arnavut qızıyam. Səni gəldiyin yerə göndərərəm”.

Rusiyadan şok iddia

10 Yanvar 2018 12:07

Rusiya Müdafiə Nazirliyindən Türkiyənin Baş Qərargahına və Milli İstihbarat Təşkilatına (MİT) məktub göndərilib. Məlumata görə, Rusiya Müdafiə Nazirliyindən göndərilmiş məktubda bu ölkənin Suriyadakı hərbi obyektlərini təhdid edən Pilotsuz Uçuş Aparatlarının (PUA) Türkiyənin nəzarət etdiyi zonadan göndərildiyi qeyd olunub.

Nusretin İbrahim Tatlısesi yamsıladığı video izlənmə rekordu qırır

10 Yanvar 2018 12:02

Qısa müddət ərzində sosial şəbəkədə fenomenə çevrilən Nusret bu dəfə də İbrahim Tatlısesi yamsılayaraq, bütün diqqətləri öz üzərinə çəkib. 

Ermənistanda hakimiyyət ciddi böhran keçirir

10 Yanvar 2018 11:57

Ermənistanda ötən ilin sonlarında keçirilən sorğuların nəticələri hakimiyyəti şoka sala biləcək bir nəticə üzə çıxarıb. Bəlli olub ki, əhalinin böyük əksəriyyəti hakimiyyət institutlarından heç birinə etibar etmir - nə prezident, nə hökumət, nə də parlamentə. Hakimiyyətin müxtəlif qanadlarının, eləcə də, digər dövlət və ictimai təşkilatlarının reytinq cədvəli ilə bağlı sualları cavablandıran ekspert Arman Gevorkyan bildirib ki, ölkədə çoxdandır ki, sosioloji sorğuların nəticələri ciddi qəbul olunmur.

Tuba Büyüküstünün sevgilisi haqqında dəhşətli İDDİALAR ÜZƏ ÇIXDI

10 Yanvar 2018 11:43

Tuba Büyüküstünün sevgilisi Ümid Evirgenə aid olan “Gizli Qalsın” klubunun işçiləri qonaqları döyüb. Sözügedən məkanda tez-tez xoşagəlməz hadisələr olur. O məkanda bu yaxınlarda "Qalatasaray" idman klubunun keçmiş idarəçilərindən biri Haldun Üstünelin qardaşı oğlu Ömər Üstünel döyülüb.

Nazarbayev Trampla görüşəcək

10 Yanvar 2018 11:40

Qazaxıstan prezidenti Nursulatan Nazarbayev yanvarın 16 – da Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Olaylar.az bildirir ki, görüş zamanı ikitərəfli və regional əlaqələrin möhkəmlənməsi, ABŞ və Qazaxıstan arasındakı təhlükəsizlik siyasəti ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Cem Yılmazın başı bəlada

10 Yanvar 2018 11:37

 “Arif V 2016”  filmi tamaşaçılara təqdim edildiyi ilk günlərdə məhkəməlik olub. Olaylar.az  bildirir ki, professor doktor Orhan Kural filmdə tütün, nakotik vaistələrinin təbliğ olunması iddiası ilə məşhur aktyor Cem Yılmazı məhkəməyə verib. Professor iddia edir ki, o bu barədə dəfələrlə aktyora xəbərdarlıq edib.

Türk ordusundan yeni əməliyyat – İki şəhər azad edilir

10 Yanvar 2018 11:27

Türkiyə Suriyanın Afrin və Menbiç şəhərləri istiqamətində hücum əməliyyatına hazırlaşır. Bu barədə “Əl-Cəzirə” informasiya yayıb. Məlumata görə, “Fərat qalxanı” əməliyyatı ilə sərhədlərinin təhlükəsizliyini təmin edən Türkiyə, növbəti əməliyyatla terrorçuların İraqın şimalında dəhliz yaratmasının qarşısını almağı hədəfləyir.

Çavuşoğludan İran və Rusiyaya çağırış: Əsədi dayandırın

10 Yanvar 2018 11:26

İran və Rusiya Əsəd rejimini dayandırmalıdır. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Əsəd rejiminin İdlib istiqamətində atəşkəsi pozduğunu bildirən XİN rəhbəri, Tehran və Moskvanı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Kosmosda boyunun 9 sm uzandığı deyilən astronavt danışdı

10 Yanvar 2018 11:11

Daha öncə kosmosda boyunun 9 santimetr uzandığını deyən yaponiyalı astronavt Norişiqe Kanainin yanlış düşdüyünü deyib. Yanlış düşdüyünü anlamağa ona rusiyalı kosmonavt yardımçı olub.

Vətəndaşlıqdan imtina edənlərin sayı durmadan artır - Ermənistanda

10 Yanvar 2018 11:06

Ermənistan vətəndaşlığından imtina edən insanların sayı kəskin artıb. Məlumata görə, bu barədə Ermənistan polisinin Pasport-viza departamentinin mətbuat xidmətindən bildiriblər. Qurumdan deyiblər ki, 2017-ci ildə 3823 vətəndaş Ermənistan vətəndaşlığından imtina haqqında ərizə verib.