Türkiyə Hərbi Dəniz Qüvvələrindən rusiyalı həmkarına DƏSTƏK
Türkiyə Çanaqqala Boğazından Aralıq Dənizi istiqamətində hərəkət edən Rusiyaya məxsus hərbi maddi-texniki təchizat gəmisində yer alan heyyət üzvlərindən birinin səhhətində problem yaranıb.
10 Yanvar 2018 12:29 DünyaTürkiyə Çanaqqala Boğazından Aralıq Dənizi istiqamətində hərəkət edən Rusiyaya məxsus hərbi maddi-texniki təchizat gəmisində yer alan heyyət üzvlərindən birinin səhhətində problem yaranıb. Rus Hərbi Dəniz Qüvvələrinə aid olan KİL-158 gəmisinin kapitanı türk həmkarlarından kömək istəyib. Türkiyə Hərbi Dəniz Qüvvələri təcili olaraq rus hərbiçisini gəmidən təxliyə edərək onu Çanaqqala 18 Mart Universitetinin Klinikasına gətiriblər. Hazırda rus dənizçinin vəziyyətinin kafi olduğu bildirilir. Dənizçini müəlicə zamanı Türkiyə Dəniz Qüvvələrinin Tibb Xidmətinin mütəxəssislərinin də müşaiət etdiyi açıqlanıb.
Xəbəri Olaylar.az -ın Türkiyə bürosu yayıb.