İranda baş verən hadisələrdə erməni barmağı

2017-ci ilin son günlərindən-dekabrın 28-dən İranın müxtəlif şəhərlərini bürüyən etiraz nümayişlərinin baş vermə səbəbləri haqqında politoloq və konfliktoloqlar arasında müxtəlif versiyalar irəli sürülməktədir: xalqın sosial vəziyyətinin acınacaqlı olması, İrandakı müxtəlif qruplar arsında baş verən hərc-mərcliyin əks-sədası, Amerika-İsrail-Səudiyyə Ərəbistanı (A-İ-S) triosunun İrana qarşı həyata keçirdikləri təxribatlar, Prezident Ruhaninin seçkiqabağı verdiyi vədlərin yerinə yetirilməməsi və sair.

Ermənilərin Orta Şərqdə hazırlanan "rəngli inqilabların" aparıcı qüvvəsinə çevrilmək istəyi

2017-ci ilin son günlərindən-dekabrın 28-dən İranın müxtəlif şəhərlərini bürüyən etiraz nümayişlərinin baş vermə səbəbləri haqqında politoloq və konfliktoloqlar arasında müxtəlif versiyalar irəli sürülməktədir: xalqın sosial vəziyyətinin acınacaqlı olması, İrandakı müxtəlif qruplar arsında baş verən hərc-mərcliyin əks-sədası, Amerika-İsrail-Səudiyyə Ərəbistanı (A-İ-S) triosunun İrana qarşı həyata keçirdikləri təxribatlar, Prezident Ruhaninin seçkiqabağı verdiyi vədlərin yerinə yetirilməməsi və sair. Bu versiyalardan hər biri diqqətəlayiqdir və etiraz nümayişlərinin başlama səbəbi kimi haqq qazana bilər. Konfliktoloq Əlimusa İbrahimov bildirib ki, baş verən hadisələrin təhlili zamanı İrandakı hakimiyyətdə olan və ya hakimiyyətə təsir imkanlarına malik qruplar arasında çəkişmələrin təzahürü versiyasının üzərində dayanmaq yerinə düşərdi. Çünki, İranda və ondan kənarda tanınmış mütəxəssislər bu tendensiyanı daha çox qabardırlar. Tanınmış iranlı iqtisadçı, Tehranda yerləşən Şəhid Behişti Universitetinin professoru Saed Laylaz da hesab edir ki, nümayişləri mühafizəkarlar qızışdırıblar. Onun fikrincə, etirazların İranın ikinci ən böyük şəhəri və dini mərkəzi olan Məşhəddə başlaması və oradan idarə olunması deməyə əsas verir ki, bu şəhərin Cümə mollası Ayətullah Əhməd Aləmulhuda birbaşa, ya da dolayısı yolla bu etirazların təşkilatçıları arasındadır. Qeyd olunan dini xadim mühafizəkarlar arasında yetərincə nüfuza malikdir və təkcə Məşhəd şəhərini yox bütün İranı etiraz nümayişinə sürükləyə bilər. Eyni zamanda Aləmulhudanın kürəkəni Ebrahim Raesi son prezident seçkilərində Ruhaninin rəqibi idi. Bu məsələdə Ebrahim Raesi və Ayətullah Əhməd Aləmulhudanın yanında yer tutan digər şəxslərdən biri yenə də Ruhaninin 2017-ci ilin may ayında keçirilən seçkilərdə mühafizəkar kəsimdən olan rəqibi Mohammad Baqir Qalibafdır. Bu üç şəxslər siyasət səhnəsində edə bilmədiklərini digər müstəvidə əldə etməyə cəhd edirlər. Nümayişlərin daha da vüsət ala bilməməsinin səbəbi də məhz budur. Onlar eyni zamanda böyük xalq kütlələrini səhnəyə cəlb etməkdən çəkinirər. Ə. İbrahimov qeyd edib ki, İranda baş verən son hadisələrin daha da inkişaf edərək böhran həddinə çatacağını gözləyənlər vəziyyəti düzgün qiymətləndirmirlər: "Bu nümayişlər idarə olunandır və tələb olunan mərhələyə qədər davam edəcək. Müəyyən müddətdən sonra hakimiyyət eşalonunda qarşı-qarşıya düran qüvvələr öz aralarında razılaşacaq və ya dini rəhbər onlara öz yerlərini göstərəcək . Və bununla da etiraz nümayişləri öz missiyasını bitirmiş olacaq. ABŞ Prezidenti Donald Tramp və onu Orta Şərq üzrə müttəfiqləri hadisələrə düzgün qiymət vermədiklərini dərk edəndə artıq gec olacaq və onlar növbəti dəfə dünya dövlətləri qarşısında çıxılmaz vəziyyətə düşdüklərini dərk edəcəklər".

Siyasi ekspertlərin qənaətinə görə, İranda baş verən etiraz aksiyalarında bu ölkədə yaşayan ermənilərin rolu danılmazdır. Belə ki, iran hakimiyyətinə ciddi təsir rıçaqlarına malik olan ermənilər sosial-iqtisadi vəziyyətin ağırlığından sui-istifadə edərək əhalini təxribata çəkmək imkanından maksimum yararlanıblar. Belə bir məkirli niyyətin həyata keçirilməsində İran vətəndaşları olan ermənilərə erməni diasporası və Ermənistan dövləti tərəfindən qeyri-leqal şəkildə dəstək verməsi heç kimdə şübhə doğurmur. Məqsəd isə İranda baş verən hadisələrdən mənfəətlə çıxmaq olub. Ermənilər çox gözəl anlayırlar ki, belə hadisələr zamanə narazı qüvvələr hakimiiyyətin etibarını itirir və uzun müddət səhnədən uzaqlaşdırılırlar. Belə bir vəziyyət isə həmin qüvvələrin yerini ermənilərin tutmasına əlveişli imkan yaradır. Etiraz aksiyalarının məhz farsların yaşadıqları ərazilərdə alovlanması dediklərimizi bir daha təsdiq edir.
Ermənilərin İranda baş verən etiraz aksiyalarıında fəallıq nümayiş etdirmələrinin siyasi anlamı isə ondan ibarətdir ki, ABŞ və İsarail dövlətlərinin gözündə siyası xal qazansınlar.
Şübhəsiz ki, ermənilər bununla həmin ölkələr tərəfindən Orta Şərqdə hazırlanan "rəngli inqalabların" aparıcı qüvvəsi statusunu almaq niyyətindədirlər. Bunun üçün isə ölkədə anarxiya, özbaşnalığın olması vacib şərtdir. Yeri gəlmişkən xatırladaq ki, İran təhlükəsizlik qüvvələri ölkədə baş verən hadisələrdə təxribat məsələsini istisna etmir, hətta son etirazlarda fəallıq edənlərin bəzilərinin fotolarını yayıb, onların "təxribatçılar" kimi axtarıldığını bildirib. Xatırladaq ki, İranda sosial-iqtisadi vəziyyətlə bağlı başlanmış ilk etirazlarda Ruhaniyə və onun höklumətinə qarşı şüarlar səsləndirilirdi. Liberallar iddia edirdilər ki, bu nümayiş mühafizəkarlar tərəfindən başladılsa da, sonradan nəzarətdən çıxıb. Etirazçılar qəzəblərini mollalara, ali rəhbər ayətüllah Xameneyiyə, inqilab keşikçilərinə və Bəsicə qarşı yönəldirdilər. Məhz bu kimi faktlar etiraz aksiyalarının idarə olunduğunu və təxribatçılar içərisində ermənilərin olduğunu deməyə əsas verir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31