Dünya
Süni intellektli “Samsung” prosessoru buraxılacaq
“Samsung” şirkəti süni intellektə malik çipin hazırlanmasını başa çatdırmaq üzrədir. Bu barədə “Korea Herald” nəşri şirkətdaxili mənbələrə istinadən məlumat verib. Məlumata görə, yeni “Samsung” prosessoru gücünə görə “Apple” və “Huawei” çipləri ilə rəqabət apara biləcək.
“Huawei” şirkəti sürətli enerji toplama texnologiyası hazırlayıb
Çinin “Huawei” şirkətinin tədqiqat bölməsi “Watt Lab” yeni nəsil sürətli enerji toplama texnologiyası hazırlayıb. Şirkət nümayəndələri iddia edirlər ki, 5 dəqiqə ərzində 3000 milliamper/saat tutumunda akkumulyatorun şarjını 48%-dək doldurmaq mümkündür. Hazırda heç bir smartfon belə sürətli enerji toplamaq imkanına malik deyil.
Teylor Fətişoğluna 4 il 6 ay həbs cəzası verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə prosesi davam etdirilib. Hakim Eldar Mikayılovun sədrlik etdiyi iclasda T. İbrahimovun vəkili çıxış edib. O, həbslə olmayan cəza verilməsini xahiş edib.
Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı
Hindistanın Qoa adasında taksi sürücülərinin tətili keçirilir. Məlumata görə, aksiyaya 18 min sürücü qatılıb. Tətilə bölgə rəhbərliyinin taksilərə məcburi sürət məhdudiyyəti qurğularının qoyulması barədə qərarı səbəb olub. Tətilə görə Qoa ştatının nəqliyyat naziri turistlərin hava limanından hotellərə çatdırılması üçün əlavə 300 avtobus və minə yaxın avtomobil ayırıb. Tətilin bir gün davam edəcəyi bildirilib.
6 gündür yoxa çıxan kişini görüşdüyü evli qadının əri öldürübmüş - ŞOK TƏFƏRRÜAT
Türkiyənin Karaman rayonunda 6 gündür axtarılan Yasin Uzunun (35) görüşdüyü iddia edilən evli qadının əri tərəfindən öldürüldüyü ortaya çıxıb. Yasin Uzunu öldürən Hikmet Y. (45) qonşusudur. Şübhəli qonşusunu odun parçası ilə döyə-döyə öldürüb. Polis Hikmet Y.-nin evinin bağçasında apardığı axtarış zamanı Yasin Uzunun cəsədini çuxurda aşkar edib. Şübhəli Hikmet Y.-nin sosial şəbəkə hesabında Yasin Uzunun itməsi xəbərləri ilə bağlı paylaşım etdiyi ortaya çıxıb.
DAA Moskvada toplanmağa qərar verdi
Dünya Azərbaycanlıları Assambleyası (DAA) İdarə Heyətinin iclası keçirilib. İclasda DAA İdarə Heyəti üzvlərinin və təmsilçiliklərinin 2018-ci il martın 24-də Rusiya Federasiyanın paytaxtı Moskvada canlı şəkildə görüşməsi barədə qərar qəbul edilib.
Aprel döyüşlərində düşməni məhv edən silahların yeni seriyası Azərbaycana gətirildi - VİDEO
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir.
Canlı əfsanə xəstəxanaya yerləşdirildi
Futbolun canlı əfsanələrindən olan Pele xəstəxanaya yerləşdirilib. Futbolçunun vəziyyəti dünən pisləşib. Pelenin bir müddət həkim nəzarətində saxlanılacağı bildirilir. Buna görə o, Britaniyanın Futbol Yazarlar Assosiasiyasının mükafatlandırma mərasiminə qatıla bilməyəcək.
Fransa hərbi xərclərini artırdı
Fransanın 2018-ci ildə hərbi büdcəsi 34,2 milyard avro olacaq. Bunu Fransa Prezidenti Emmanuel Makron söyləyib. Onun sözlərinə görə, Paris 2025-ci ilə qədər hərbi xərclərini ümumdaxili məhsulun 2%-nə bərabər edəcək:
“Fitch” reytinq agentliyi ofisini bağladı
ABŞ-ın “Fitch” reytinq agentliyi İstanbuldakı ofisini bağlayıb. Məlumata görə, bu barədə agentliyin bəyanatında deyilir.
2017-ci il tarixin ikinci ən isti ili olub
2017-ci il tarixdə ikinci ən isti il olub. Trend-in məlumatına görə, bu barədə NASA-nın hesabatında deyilir.
Belçikada miqrantlar polisə hücum edib
Belçikanın paytaxtı Brüssel yaxınlığında 40-a yaxın qeyri-leqal miqrant polis patruluna hücum edib. Məlumata görə, polis bölməsinə bir qrup miqrantın yük maşınına daxil olmaq istədiyi barədə zəng daxil olub.
Suriyanın Afrin rayonundakı Rusiya hərbçiləri geri çəkilməyə başlayıb
Türkiyənin hətbi əməliyyat keçirməyə hazırlaşdığı Suriyanın Afrin bölgəsində olan Rusiya hərbçiləri ərazidəki mövqelərindən geri çəkilməyə başlayıblar. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Afrində Türkiyə sərhədinə yaxın yerdə mövqe tutmuş 170 Rusiya hərbçisinin 17 km geriyə doğru çəkilməyə başladığı xəbər verilir. Bu, Türkiyə ordusunun həmin ərazidə hərbi əməliyyata başlayacağını göstərir.
İnternetdə tanış olduğu şəxs görün kim çıxdı
Xərçəngə qalib gəldi, avtomobil qəzasında öldü
2 yaşından xərçənglə mübarizə aparan 5 yaşlı Kamila Torkato avtomobil qəzasında həlak olub. Faciə Kanadanın Toronto şəhərində baş verib. Bildirilib ki, həkimlər uşağa heç bir kömək edə bilməyiblər və o, xəstəxanada dünyasını dəyişib. Kamilanın hələ 2 yaşı olanda həkimlər tərəfindən ona eyni anda bir neçə daxili orqanda xərçəngin olması diaqnozu qoyulub. Uşaq iki il boyunca ölümcül xəstəliklə mübarizə aparıb. Valideynlərinin döyüşçü adlandırdığı uşaq kimyaterapiya alıb və ağır əməliyyatlar keçirib.














