Dünya

Türklər terrorçularla qarşı-qarşıya... 3 komandir öldü

20 Yanvar 2018 17:11

Komadirlər hucuma məruz qaldı. Türk əsgərləri Afrinə doğru irəliləməyə hazırlaşarkən YPG-lilərin qurduğu Menbic şəhərində komadirləri öldürülüb. YPG komandirlərinin maşında gedərkən bombalı hücuma məruz qalması nəticəsində üç terrorist komandiri ölüb. Afrində YPG-lərə kömək etmək üçün Menbiçə gələn terroristlərin fotoşəkilləri bu həftə ərzində yayımlanmışdı.

Papa xristian dünyasını qarışdırdı - KİLSƏLƏRƏ HÜCUM

20 Yanvar 2018 17:08

Çili də növbəti kilsə yandırılıb. Naməlum şəxslər Roma Papası Fransiskin səfərinə etiraz olaraq daha bir katolik kilsəsini yandırıblar. Polis faktla bağlı istintaqa başlayıb.

İraqda zəlzələ baş verib

20 Yanvar 2018 12:40

İraqın mərkəzi hissəsində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ olub.  Yeraltı təkanlar Diyala əyalətində, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ nəticəsində itki və ya fəsadların olub-olmaması barədə məlumat verilməyib.

Rus əsgərləri Afrindən geri çəkilmir - Lavrovdan TƏKZİB (YENİLƏNDİ)

20 Yanvar 2018 09:25

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılmasına dair yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.  Lavrov bunu BMT Təhlükəsizlik Şurasının iclasının yekununda deyib. "Bu məlumatlar sonradan təkzib olundu", - deyə XİN başçısı qeyd edib.

Dəhşətli ZƏLZƏLƏ

20 Yanvar 2018 09:01

Məşhur amerikalı alim: "Uşaqlarımızı könüllü şəkildə zəhərləyirik

19 Yanvar 2018 19:51

Bu gün cürbəcür şirniyyat məhsulları sağlam olmaq vərdişindan daha çox dəbdədir. Paradoksdur, amma son 15 il ərzində piylənmədən əziyyət çəkən insanların sayı aclıq çəkənlərlə müqayisədə 30 % artıb. Publika.az xəbər verir ki, bu statistika ayrıca bir ölkənin yox, bütün dünya üçündür. Qeydə alınmış endokrin xəstəliklərin sayı iki dəfə artıb.

“WhatsApp Business” messenceri istifadəyə verilib

19 Yanvar 2018 19:41

"WhatsApp" şirkəti kiçik biznes təşkilatlarının müştərilərlə ünsiyyətinin sadələşdirilməsi üçün nəzərdə tutulan yeni "WhatsApp Business" messencerini istifadəyə verib. Bu barədə şirkətin bloqunda deyilir.

“WhatsApp” pulköçürmələri sistemini sınaqdan keçirir

19 Yanvar 2018 19:31

Ötən ilin aprelində məlum olmuşdu ki, “WhatsApp” Hindistanda P2P pulköçürmələri sistemini istifadəyə verməyə hazırlaşır. Bu yaxınlarda məlum olub ki, “WhatsApp” messencerinə sahib olan “Facebook” şirkəti bu funksiyanı sınaqdan keçirməyə başlayıb.

“Apple” qurğu istifadəçiləri üçün “ağıllı” diş fırçası təqdim edilib

19 Yanvar 2018 19:25

“Colgate” şirkəti yalnız “Apple” şirkətinin mağazalarında və saytında satışa çıxarılacaq “ağıllı” “E1” diş fırçasını nümayiş etdirib.

“Samsung Galaxy On7 Prime” smartfonu rəsmən nümayiş olunub

19 Yanvar 2018 19:19

“Samsung” şirkəti Hindistanda “Galaxy On7 Prime” smartfonunu rəsmən təqdim edib.

İlin ən innovativ şirkətləri bəlli olub

19 Yanvar 2018 19:14

"Apple" və "Google" artıq ikinci il ardıcıl olaraq "Boston Consulting Group" tərəfindən tərtib edilən 50 ən innovativ şirkət reytinqinə liderlik edirlər.