Sərxoş pilot 300 sərnişinlə Londondan Mavrikiyaya uçmaq istəyib
20 Yanvar 2018 11:24 DünyaBritaniya polisi sərxoş vəziyyətdə London hava limanından 300 sərnişinlə Mavrikiyaya uçmağa hazırlaşan pilotun əməlinin qarşısını alıb.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, pilotun spirtli içki qəbul etdiyini kabinaya yaxın əyləşən sərnişinlər hiss ediblər.
Bununla əlaqədar olaraq hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb. 49 yaşlı kişi saxlanılıb. Sərnişinlər başqa bir pilotla kiçik gecikmə ilə Mavrikiyaya yollanıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31