Dünya
“Kiyevdə həbsdə olmaq Maldivlərdə istirahətdən yaxşıdır” – Saakaşvili
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili bildirib ki, Kiyevdə həbsdə olmaq Maldivlərə istirahət üçün səfər etməkdən daha yaxşıdır.
Türkiyədə məhbuslar vahid xüsusi geyimlə təmin olunacaq
Türkiyədə məhbuslar vahid xüsusi geyimlə təmin olunacaq. Məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindəki mənbə məlumat verib.
İlk saatda yüz minlərlə, sonrakı hər gün on minlərlə insan öləcək
“Pxenyanı nüvə proqramından imtinaya məcbur etmək məqsədi ilə Koreya Xalq Demokratik Respublikasına ən məhdudlaşdırılmış hərbi zərbələr faciəli nəticələrə gətirib çıxara bilər”.
“Əgər qadın itdən uşaq doğubsa, həmin məxluq da namaz qılmalıdır...” - Rəzalət
Dağıstanda Axmad-xadji İsayev adlı müəllifin “Sadə xalqın Allahın dinini anlaması üçün nəsihətlər” (“İrşadul-avam ila fiqhi dini xalikil anam”)adlı kitabı nəşr edilmişdir.
Moskva icazə verməyəcəyi halda... - Türkiyənin “B planı” HAZIRDIR
Rusiya Afrin əməliyyatında hava məkanından istifadə üçün Türkiyəyə icazə verməyəcəyi halda, Ankara “B planı”nı tətbiq edəcək. Bu haqda “Haber7” saytı yazıb. Xəbərə görə, Ankara-Moskva xəttində Afrin əməliyyatı ilə bağlı danışıqlar davam etdirilir. Bildirilir ki, Türkiyə Silahlı qüvvələrinin Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidanın Moskvaya dünənki səfərinin əsas gündəmi də məhz Afrin əməliyyatı olub.
Fərman verildi! Maliyyə naziri işdən azad edildi
Tacikistan prezidenti Emoməli Rəhmon ölkənin maliyyə naziri Abdusalom Kurbonienin vəzifədən azad edilməsi ilə bağlı fərman imzalayıb. Məlumata görə, Tacikistan hökumətinn bu gün keçirilmiş iclasında prezident A.Kurbonienin fəaliyyətində qüsurların olduğunu bildirib.
Yıldırım: Türkiyənin məqsədi sərhədlərinin təhlükəsizliyini təmin etməkdir
Türkiyənin məqsədi öz sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Məlumata görə, bunu Suriyanın Afrin şəhərində gözlənilən hərbi əməliyyatlar barədə danışan Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O qeyd edib ki, hər bir ölkənin öhdəliyi öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdən ibarətdir.
Fransada jandarm qüvvələri ilə həbsxana nəzarətçiləri toqquşdu
Fransada jandarm qüvvələri ilə Paris yaxınlığındakı Flöri-Meroji həbsxanasının nəzarətçiləri arasında toqquşma baş verib. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edən nəzarətçilər həbsxanaya girişi bağlayıb. Aksiyanı dağıtmaq üçün jandarmlar gözyaşardıcı qazdan istifadə ediblər.
Ermənistanın dövlət borcu kəskin artdı
Ermənistanın dövlət borcu ötən il ərzində kəskin artıb və 2017-ci il dekabrın 31-dək olan vəziyyətə görə, 6 milyard 774,6 milyon dollar təşkil edib. Borcun böyük hissəsi - 6 milyard 173,1 milyon dollar Ermənistan hökumətinin borcudur. Bu məbləğdən 4 milyard 893,4 milyon dollarını xarici borc təşkil edir.
NASA-dan qorxunc proqnoz
Qlobal istiləşmə Türkiyəyə qar əvəzinə daha çox yağışın yağmasına səbəb olacaq. Daha çox sel müşahidə olunacaq, su müharibəsi başlayacaq. Bu barədə NASA-nın yağıntılar üzrə eksperti Tomas Painter danışıb. “İqlim dəyişikliyinə görə quraqlıq mövsümlər daha isti keçəcək. Nəticədə quraqlıq daha şiddətli formada özünü büruzə verəcək. Sistem belə işləyəcək: daha çox isti, daha çox buxarlanma var, ancaq buxarlanan maye yağış olaraq geri dönmür. Türkiyədə hazırda mövcud olan yağıntı vəziyyəti eyni ilə Qərbi Amerikadakı vəziyyətə bənzəyir”, - ekspert bildirib.
Ər qısqanclığa görə bıçaqla arvadının qarnını oydu, qadın ölmədi
Türkiyədə ər həyat yoldaşına qarşı vəhşilik edib. Qaziantep şəhərində baş verən dəhşətli hadisənin qurbanı həyatını itirməsə də, 6 gündür xəstəxanada ölümlə mübarizə aparır.
ABŞ dağılacaq, Kim Çen İn öldürüləcək – Bu ilin şok proqnozları
Ötən ilin sonlarından dünyanın tanınmış ekstrasensləri 2018-ci il üçün proqnozlarını açıqlamağa başlayıblar. Bu il ağır və dünya üçün çətin dövr kimi qiymətləndirilir. Rusiyalı ekstrasenslər Pavsekaki Boqdanov və Viktoriya Subota proqnozlarını Rusiyanın “Beşinci kanalı”nda bölüşüblər.
Serbiyadan ABŞ-a xəbərdarlıq: Generalımıza viza verin
Serbiya ABŞ-dan özünə hörmət gözləyir. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Serbiya Müdafiə naziri Aleksandr Vulin söyləyib. Onun sözlərinə görə, ABŞ Serbiya Baş Qərargah rəisi Lyubiş Dikoviçə viza verməlidir: “Biz özümüzə, öz hərbçilərimizə ABŞ-dan hörmət gözləyirik. Əgər tərəfdaşıqsa, o zaman münasibətlər bizim tərəfdən pozulmayacaq. Bizim generalımızı ABŞ öz ərazisinə sadəcə Rusiyanın “Qərb-2017” təlimində iştirakına görə buraxmır”.
Ana 13 yaşlı qızının bəkarətini biznesmenə 27 minə satmaq istədi, tutuldu
Rusiyada 13 yaşlı qızını biznesmenə satan ana polis tərəfindən saxlanılıb. 35 yaşlı Irina Gladkikh adlı qadın rəfiqəsi ilə birləşərək qızını 27 min dollara oliqarxa satmaq istəyərkən tutulub. Pulu götürəndə qadın saxlanılıb.
Missiya sui-qəsddən xilas olan generala verildi - Əməliyyat planının DETALLARI
Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirəcəyi əməliyyatın planı artıq hazırdır.














