Dünya

Trabzonda qara yara təhlükəsi

12 Fevral 2018 15:15

Ötən gün Trabzonun Akşaabad rayonunun Ağaclı kəndində M.A adlı vətəndaş xəstələnən inəyini kəsib ətini qonşularına paylayıb. Olaydan az zaman sonra qonşulardan biri 4 uşaq anası olan F.Ç nın halı pisləşib və qadın aparıldığı xəstəxanada vəfat edib . Qonşuluqda yaşayan 73 nəfərin də ürək bulantısı, yüksək hərarət və qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Rus oliqarxlar bu ölkələrə qaçır

12 Fevral 2018 15:13

Rusiya iş adamları ölkə iqtisadiyyatının durğunluğu və Qərblə münasibətlərin pisləşməsindən sonra Avropada daşınmaz əmlak alışını artırıblar. Bu barədə informasiyanı “Nayt Frank” konsaltinq şirkəti yayıb. Şirkət keçən il ərzində rusların daha çox Kiprdən daşınmaz əmlak almaq istədiklərini bildirib. Bu ölkədə daşınmaz əmlak almaq istəyən rusların sayı 4 dəfə artıb. Oliqarxların Kiprdə ən çox diqqət yönəltdikləri şəhər isə Limasolle olub.

2018-ci ilin “iPhone”larının qiyməti məlum oldu

12 Fevral 2018 14:54

“Apple” şirkəti 2018-ci il payızın əvvəlində üç ədəd yeni “iPhone” smartfonunu təqdim etməyi planlaşdırır.

Bu qan qrupunun sahibləri daha ölümcül xəstəliklərə yoluxur

12 Fevral 2018 14:28

Vermont Universitetinin tibb kollecinin əməkdaşları qan qrupu ilə bir sıra xəstəliklərin inkişafı arasında əlaqə tapıblar.  Hipotezi təsdiqləmək üçün sınaqlar üç il yarım davam etdirilib. Verilən məlumata görə, təcrübələrdə 30 min adam iştirak edib. Məlum olub ki, yaddaş itkisi və koqnitiv pozğunluq adətən 1-ci qan qrupunun nümayəndələrində baş verir. Zehni deqredasiya xəstəliklərinin qurbanları isə daha çox 4-cü qan qrupunu daşıyan insanlardır. Bundan əlavə ən nadir qan qrupunun sahiblərində ürək xəstəlikləri də geniş yayılıb.

Alimlərdən növbəti gözlənilməz kəşf

12 Fevral 2018 14:13

Elm adamları insan yumurtalarını ilk dəfə olaraq laboratoriya şəraitində əldə etməyi bacarıblar. Şotlandiyanın Edinburq Universitetinin tədqiqatçıları qadınlardan alınan yumurta hüceyrələrini ilk dəfə yumurtalıqdan kənarda yarada biliblər.

MOSSAD casusundan Türkiyə ilə bağlı XAİN PLAN: NATO hücum etməli və...

12 Fevral 2018 14:10

MOSSAD-ın agenti olduğu deyilən yəhudi əsilli fransız filosof Bernard Henri Levi ABŞ-ın “The Wall Street” jurnalında dərc olunan məqaləsində NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb.

Türkiyəyə hücum əmri verən “qara qutu” MƏHV EDİLDİ

12 Fevral 2018 13:34

PKK terror təşkilatının Suriyadakı kəşfiyyat işlərindən məsuliyyətli üzvü olan “Cudi Amed” kod adlı terrorçu fevralın 5-də Hasekedə öldürülüb.  ABŞ-ın PKK-ya silah-sursat yardımlarını koordinasiya edən terrorçu təşkilatın “qara qutu”su adlanırdı. 2014-cü ildən başlayaraq, ABŞ-ın Suriyaya göndərdiyi silah-sursatı təhvil alan “Cudi Amed” bölgəyə 2012-ci ildə Qəndildən (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir –red.) göndərilib. PKK-nın Türkiyədə həyata keçirdiyi bir çox terror hücumlarının əmrini verən “Cudi Amed” təşkilatın Suriya qanadı olan PYD-nin “kölgə lideri” kimi tanınırdı.

Qarabağa köçürülməsi planlaşdırılan Rusiyanın “məxfi ordusu”na ABŞ-dan BÖYÜK ZƏRBƏ

12 Fevral 2018 13:32

Amerika qoşunları Suriyanın Deyr-ez-Zor əyalətinin Xaşşam yaşayış məntəqəsində aviazərbələr zamanı Rusiya tərəfini xəbərdar etmişdi.

Rusiyada təyyarə qəzaları niyə tez-tez baş verir?

12 Fevral 2018 13:12

"The Independent" yazır ki, ötən il dünyada aviasiya təhlükəsizliyi üçün ən yaxşı il olsa da, statistikaya görə növbəti böyük aviaqəzanın Rusiyada baş verəcəyini proqnozlaşdırmaq olardı.

Kənd toyunda 5 yaşlı qıza təcavüz etmək istədi

12 Fevral 2018 13:05

Türkiyədə 20 yaşlı gənc 3 yaşlı qıza təcavüz etmək istəyib.  Hadisə Adana şəhərində baş verib. Belə ki, Adananın Yüreğir məhəlləsində küçədə edilən toy zamanı fürsətdən istifadə edən 20 yaşlı Sedat K. evdə tək qalan qızı zorlamaq istəyib.

Günay eks-ərini məhkəməyə verdi

12 Fevral 2018 13:02

Model Günay Musayeva eks-əri Tolqa Kareli məhməyə verib. O, oğlu Cahangirə 500 TL dəyərində aliment verməyən aktyor barəsində İstanbul 25-ci İcra Komitəsinə müraciət edib.  32 yaşlı model 20 ay ərzində eks-ərinin aliment vermədiyini, ümumi borc miqdarının 12 min 698 türk lirəsi olduğunu bildirib. 

Tramp 41 milyona aldığı malikanəni rus milyarderə 100 milyona necə satıb?

12 Fevral 2018 12:54

ABŞ Senatınının maliyyə komitəsinin üzvü Ron Vayden Maliyyə Nazirliyinə sorğu göndərib. Senator sorğuda Floridadakı Palm-Biç rayonunda prezident Donald Trampa məxsus malikanənin Rusiya milyarderi Dmitri Rıbolovlevə satması ilə bağlı bəzi şübhəli məqamlaırn olduğunu bildirib.

Təyyarə qəzaya uğradı – iki nəfər həlak oldu

12 Fevral 2018 12:48

Norveçin Lofoten adaları yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb. Olaylar.az bildirir ki, qəza zamanı iki nəfər həlak olub.

Ağ Ev səhv etdi

12 Fevral 2018 12:47

ABŞ-ın Pakistana münasibəti Rusiyanın öz mövqelərini gücləndirməsi üçün uğurlu vakuum yaradıb. Bu iddia ilə “Deyli Tayms” qəzeti çıxış edib. Qəzet ABŞ-la Pakistan arasındakı gərginliyin Moskvanın regionda öz təsir dairəsini genişləndirmək üçün qızıl şans yaratdığını bildirib: “Tarix göstərir ki, bu cür şanslar dövlətlərin əlinə on ildə, hətta yüz ildə bir dəfə düşür. Pakistan əsas regional oyunçudur.