Dünya

Manat rekord həddə ucuzlaşdı – Türkmənistanda

12 Fevral 2018 18:41

Türkmənistanın qara bazarında dolların kursu rekord həddə çatıb. Bu barədə informasiyanı “Xronika Türkmənistan” yayıb. Dolların kursu dünən 15,1 manata çatıb. Belə ki, qara bazarda dolların kursu Türkmənistan Mərkəzi Bankının təqdim etdiyi rəsmi kursdan 4 dəfə çox olub. Türkmənistan Mərkəzi Bankında dolların kursu 3,5 manat təşkil edib.

Saakaşvili restoranda tutuldu - VİDEO

12 Fevral 2018 17:52

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə restoranlardan birində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Amerikalı kişi arvadını uşaqların gözü qarşısında vurdu

12 Fevral 2018 17:27

ABŞ-ın Texas ştatında kişi arvadını üç uşağının gözü qarşısında öldürməkdə ittiham olunub. Məlumata görə, yerli polisin rəsmi nümayəndəsi Codi Silvanın sözlərinə görə, Daniel Martinez və onun həyat yoldaşı Klaudia Arriaga bir-birlərinin üstünə qışqırıblar.

Avstriyada qatarlar toqquşdu - Ölən və yaralananlar var

12 Fevral 2018 17:15

Avstriyanın Ştiriya federal torpağında iki sərnişin qatarı toqquşub. Məlumata görə, hadisə nəticəsində azı bir nəfər həlak olub, 20-yə yaxın şəxs xəsarət alıb.

Hürrəm Sultan aparıcının ulu nənəsi imiş

12 Fevral 2018 16:58

Osmanlı tarixində mühüm yer tutan Hürrəm Sultan idman aparıcısı Roksan Kunterin ulu nənəsi imiş. Soykökü Osmanlı dövrünə aid olan aparıcı II Əbdülhəmidin nəvəsi Osman Nami Osmanoğlunun nəvəsidir. Hürrəm Sultan isə Roksanın ata xətti ilə ulu nənəsidir. Kunter bundan böyük qürur hissi keçirdiyini deyib:

Afrin əməliyyatında indiyədək Türkiyə ordusunun 31 əsgəri həlak olub

12 Fevral 2018 16:48

Türkiyə Silahlı QüvvələrininSuriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün yanvarın 20-də başladığı “Zeytun budağı” əməliyyatında indiyə qədər 31 əsgər şəhid olub, 143 əsgər yaralanıb. Məlumata görə, bu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bu gün yaydığı məlumatda əksini tapıb.

İsveçrə banklarında pulu olanlara bəd xəbər

12 Fevral 2018 16:47

Avropa Birliyinin qanunlarını qismən və ya tam qəbul edən daha 5 ölkədə bank sirri anlayışı ləğv edilib. Bunu “Frans 2” televiziyasına müsahibəsində Avropa Komissiyasının İqtisadiyyat və maliyyə üzrə komissarı Pyer Moskovisi söyləyib. Onun sözlərinə görə, bundan sonra bu ölkələrdəki hesablarda olan bütün əməliyyatlar vergi orqanları tərəfindən nəzarət altına alınacaq:

Binəli Yıldırım: “ABŞ ağlını başına toplasın, əks halda...”

12 Fevral 2018 16:44

“Lazım olan addımları atacağıq, bunun üçün hər hansı birindən icazə almağımıza ehtiyac yoxdur”. Bunun Türkiyənin Baş naziri Binəli Yıldırım makedoniyalı həmkarı Zoran Zayevlə Ankarada keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Daha bir supergüc Suriyaya girir - Yaxın Şərq yenidən ALOVLANIR

12 Fevral 2018 16:14

ABŞ və Rusiyadan sonra Çin də Suriyada daha aktiv şəkildə rol oynamaq istədiyini açıqlayıb. Çinin Şamdakı səfiri Qi Qianjin ölkəsinin Suriya münaqişənin həllində böyük rol oynayacağını bildirib. Çinli diplomat “Suriyanın inkişafı və yenidən inşası üçün hərəkətə keçməyin zamanı məncə artıq gəldi. Çin bu prosesdə Suriya xalqı və hökumətinə daha çox yardım edərək rolunu artıracaq”,- deyə bildirib. Çinin “Global Times” nəşri 2017-ci ilin aprel ayından indiyə kimi bu ölkənin 30-a yaxın iş adamının Suriyaya gedərək, investisiya potensialını araşdırdığını yazıb.

FTX Krımda Ukrayna casusunu yaxaladı

12 Fevral 2018 15:56

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Simferopol şəhərində Ukrayna vətəndaşını yaxalayıblar. Bu barədə informasiyanı FTX-nın mətbuat xidməti yayıb. Ələ keçirilən şəxsin Ukrayna lehinə casusluqda ittiham edildiyi bildirilib.

İsrail Tehrana gizli mesaj göndərdi

12 Fevral 2018 15:55

İsrail İrana Suriya və Livandakı siyasəti ilə əlaqədar ciddi xəbərdarlıq edib. Bu barədə informasiyanı “10-cu kanal” yayıb. Rəsmi Təl-Əvivin İrana gördərdiyi mesaj Almaniya, Britaniya və Fransanın vasitəçiliyi ilə Tehrana çatdırılıb.

Amerika Orta Şərq arzuları ilə vidalaşır

12 Fevral 2018 15:36

Soyuq müharibə başa çatdıqdan sonra Amerika Birləşmiş Ştatları dünyaya təkbaşına ağalıq etmək iddiasını rallaşdırmağa istiqamət götürdü. Dünyanın müxtəlif regionlarında həyata keçirdiyi tədbirlər və yeritdiyi siyasət yalnız bu məqsədə xidmət etməyə başladı. Soyuq müharibənin buxovlarından azad olmuş digər qərb dövlətləri də bu işdə ona yardım etməyə başladılar. Çünki onlar soyuq müharibədən və SSRİ təhlükəsindən məhz Amerikanın vasitəsi ilə qurtulmuşdular. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, vəziyyətin belə davam edəcəyi eyforiyası ABŞ-a yaxın gələcəyi görməyə və perspektivi düzgün qiymətləndirməyə imkan vermədi. Amerika SSRİ dağıldıqdan sonra və Çinin hələ də onunla rəqabət etmək səviyyəsinə qalxmadığı bir dövrdə, qlobal və regional problemləri təkbaşına və öz maraqları çərçivəsində həll etməyə girişdi. Bu zaman Almaniya, Fransa, İtaliya kimi Avropa dövlətlərini də bəzən öz avantüralarına kömək etməyə dəvət edirdi ki, kollektiv hərəkat fonu yaratsın: “Orta Şərq ABŞ-ın yeni statusda ilk təcrübə meydançasına çevrildi. İraq və Əfqanıstana müdaxilə, Tunis, Misir, Livan və Suriyada iğtişaşlar və Ərəb Baharı.. Rusiya SSRİ-nin dağılmasından sonra aldığı zərbədən özünə gəldi və Amerikanın Orta Şərqdə təkbaşına hegemonluğunun qarşısına çıxdı. Təbii ki, ABŞ-ın apardığı siyasətdən narazı olan İran, Türkiyə kimi region ölkələri həvəslə Rusiyanın yanında yer aldılar”.

Qəza keçirən təyyarəyə son dəqiqə minmədi xilas oldu

12 Fevral 2018 15:19

Ötən gün Rusiyada qəza törədən və 71 nəfərin həlak olmasına səbəb olan AN-148 təyyarəsindən bir nəfər xilas olub. Bu Soçi sakini Maksim Kolomeytsevdir. Maksim Moskvadan Orsk şəhərinə qəzaya uğrayan təyyarə ilə uçmaq üçün bilet alıb. O Orskda özünə maşın almağa gedəcəkmiş. Ancaq son anda maşının sahibi öz avtomobilini satmaq fikrindən dönüb və Masim Kolomeytsevə zəng vurub. Maksim təyyarəyə minməkdən bir neçə saat əvvəl bileti geri qaytarıb. Beləliklə möcüzəvi şəkildə xilas olub.

Mütəşəkkil cinayətə ağır zərbə

12 Fevral 2018 15:18

Türkiyə hüquq -mühafizə orqanlarını son bir həftədə apardığı əməliyyatlar nəticəsində ölkə miqyasında mütəşəkkil cinayət qruplarına ağır zərbə endirilib. Terror təşkilatlarına və narkotikticarət dəstələrinə qaçaqçılıq şəbəkələrinə üzv olan 4972 nəfər həbs edilib.Əməliyyatlarda Jandarma və Xüsusi Təyinatlı Polis birlikləri iştirak edilib. Çoxlu sayda axtarışda olan cinayətkar şəxs həbs edilərək məsuliyyətə cəlb edilib .

İzmitdə silahlı qarşıdurma ölən və yaralılar var

12 Fevral 2018 15:17

Ötən axşam İzmitin Gölcük rayonunda iki qrup arasında öncə sözlü sonrada silahlı qarşıdurma baş verib. Çıxan silahlı qarşıdurma nəticəsində 7 nəfər çeşitli bədən xəsarəti ilə xəstəxanaya yerləşdilib. Yaralananlardan S.A çatdırıldığı həkimlərin bütün səylərinə baxmayaraq  xəstəxanada keçinib. Davanın borc alacaq-verəcək səbəbilə baş verdiyi bilirilir. Olay ilə əlaqədar cinayət işinin açıldığı bildirilir.