Dünya

Saakaşvilini saçlarından sürüdülər – VİDEO

13 Fevral 2018 10:58

Kiyevdə keçmiş Odessa vilayəti meri Mixail Saakaşvilinin saxlanılmasında 10-dan çox əməliyyatçı iştirak edib.  "Zrada çi Peremoqa” "Telegram” kanalının yaydığı "Suluquni” restoranının müşahidə kamerasından çəkilmiş videogörüntüdə əməliyyatçıların onu məcburi şəkildə binadan çıxardığını görmək olur. Kadrlarda növbə ilə üzü maskalı və kamuflyaj geyimdə olan 14 nəfərin restorana daxil olması, Saakaşvilini yerə yıxmaları, daha sonra isə saçlarından dartaraq çölə çıxarması əksini tapır. Daha sonra açıqlama verən Saakaşvili ukraynalı əməliyyatçıları faşistlərlə müqayisə edərək, ona qarşı çox kobud davranmaqla güc tətbiq etdiklərini bildirib.

Cinayətkarlar Baş Prokurorluğun əməkdaşlarını oğurladı

13 Fevral 2018 07:24

Meksikada "Halisko – Yeni nəsil" narkokartelinin üzvləri Baş Prokurorluğun iki əməkdaşını oğurlayıb. Cinayətkarlar sosial şəbəkədə diz üstə dayanmış şəxslərin üzü maskalılarla videogörüntüsünü yerləşdiriblər. Baş Prokurorluq iki əməkdaşının yoxa çıxmasını təsdiqləyib. Rəsmi məlumatda bildirilir ki, onlar Nayarit ştatında, fevralın 5-də, qohumlarının evində dincələrkən yoxa çıxıblar.

Putin xəstələnib

13 Fevral 2018 07:13

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin xəstələndiyini bildirib. Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb. “Soyuqlayıb, amma işini davam etdirir”, – deyə Peskov qeyd edib.

Tramp Konqresdən 716 milyard dollar istədi

13 Fevral 2018 07:09

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün Konqresdən 716 milyard dollar istəyib. Bu barədə ABŞ müdafiə nazirinin müavini Devid Nordkvist bildirib.

Dünyada ən populyar əməliyyat sistemi hansıdır?

12 Fevral 2018 20:04

"StatCounter” servisinin məlumatına görə, “Windows 10” əməliyyat sistemi ilk dəfə “Windows 7” sistemindən daha populyar olub. 

“Google” şirkəti “iMessage”ın analoqunu yaradır

12 Fevral 2018 19:50

“Google” şirkəti belə hesab edir ki, istifadəçilərin əksəriyyəti məhz “iMessage” xidmətinə görə “iPhone”dan “Android”ə keçməyəcək. Buna görə internet nəhənginin mühəndisləri öz əməliyyat sistemi üçün müvafiq xidmət hazırlamağa başlayıblar.

“Instagram” şəbəkəsi istifadəçilərin izlənilməsi ilə mübarizə aparacaq

12 Fevral 2018 19:46

“Instagram” sosial şəbəkəsində istifadəçilərə onlarla maraqlanan insanlar haqqında məlumat əldə etməyə kömək edəcək yeni funksiya istifadəyə verilib.  

2017-ci ildə “Google” şirkəti təhlükəsizlik mütəxəssislərinə 3 milyon dollar ödəyib

12 Fevral 2018 19:40

Nəhəng texnoloji şirkətlər aşkar edilmiş boşluqlara görə təhlükəsizlik mütəxəssislərinin mükafatlandırılması proqramını dəstəkləyir. Ötən il “Google” korporasiyası təhlükəsizlik mütəxəssisləri və hakerlərə 2,9 milyon dollar ödəyib.

Buzlaqlar ərisə, 793 milyon kiloqram civə üzə çıxacaq!

12 Fevral 2018 19:12

Çoxillik buzlanma tərkibində təxminən 793 milyon kiloqram civə saxlayır. Buzlaqların əriməsi nəticəsində ətraf mühitə zəhərli maddələrin yayılması baş verəcək ki, bu da qlobal ekoloji fəlakətə gətirib çıxaracaq.

Rusiyada qeyri-adi olay

12 Fevral 2018 19:05

Bu gecə Rusiyanın Murmansk şəhərində qeyri-adi olay baş verib.  Məlumata görə, gecə naməlum şəxslər Murmanskdakı heyvan sığınacaqlarını dağıdıb və orada olan itlərin hamısını buraxıb. Sığınacağın müdirəsi Oksana Ançişkin olanları belə şərh edib:

Kompüter klaviaturadan istifadə xüsusiyyətlərinə görə insanın cinsini müəyyənləşdirəcək

12 Fevral 2018 19:00

Yunanıstanın Demokrit Universitetinin mütəxəssisləri 75 könüllü (36 kişi və 39 qadın) seçərək onların kompüterinə 10 ay ərzində hər klaviş basılmasını qeydə alan xüsusi “IrecU” keylogger proqramları quraşdırıblar.

Sarkisyanın 2040-cı il proqnozu PUÇ OLDU - Faciə daha tez BAŞ VERƏCƏK

12 Fevral 2018 18:44

“Əhalinin azalması bu şəkildə davam edərsə, Ermənistan 1990-cı illərdə qeydə alınan indekslərə malik olacaq”. Bunu Milli Statistika Xidmətinin dərc etdiyi məlumatları şərh edən demoqraf Artak Markosyan bildirib.