Dünya
Robot-it qapını açmağı "öyrəndi"
"Boston Dynamics" şirkəti it kimi hərəkət edən robotun yeni funksiyalarını inkişaf etdirir. Məlumata görə, indi mütəxəssislər ona qapını özü açmağı və başqaları üçün tutmağı öyrədiblər.
Pulsuz internet dövrü başlayır - Bütün dünyada
Elon Maskın şəxsi aerokosmik şirkəti "SpaceX" Amerikanın Federal Kommisiyasından bütün planeti Vay-Fay sistemi ilə təmin edəcək peyklər qrupunun işə salınması ilə əlaqədar icazə istəyib.
Las-Veqas aeroportunda nikah bürosu açılıb
ABŞ-ın Las-Veqas hava limanının baqaj alınma bölməsində nikah qeydiyyat bürosu açılıb. Məlumata görə, müvəqqəti büro 14 fevral – Sevgililər günü münasibətilə fəaliyyətə başlayıb.
“Bunlar giriş səhnələri idi, böyük müharibəyə hazır olun!”
Suriyanın cənubunda son günlər baş verənlər İsrailin də bu ölkədə davam edən qarşıdurmalara daha aktiv qoşulduğunu göstərir. Bu isə regionda vəziyyəti daha da gərginləşdirə, ən əsası, İsrail və İran arasında genişmiqyaslı hərbi qarşıdurmanın baş verməsinə gətirib çıxara bilər.
“Yatan div oyandı” - Türk ordusunun dünyada bənzəri olmayan Afrin TAKTİKASI
Təhlükəsizlk üzrə türkiyəli mütəxəssis, keçmiş “Bordo bereli” Mete Yarar Afrində həyata keçirilən “Zeytun budağı” anti-terror əməliyyatı ilə bağlı maraqlı açıqlamalar verib. M.Yarar türk ordusunun Afrində hər gün 6-7 kilometr irəlilədiyini deyib: “Halbuki, normal halda minalanmış ərazidə hər gün 15 metrdən artıq irəliləmək mümkün olmur. Bizim əsgərlərimiz isə fərqli cəbhələrdən hər gün 6-7 kilometr irəliləyir.
"PKK terrorçuları Türkiyədən qaçaraq Ermənistana toplaşırlar"
Terrorçu PKK qruplaşmasının üzvləri Türkiyədən qaçaraq Ermənistana toplaşırlar. Bunu Ermənistanın "Jamank" qəzeti yazıb.
Rusiyadakı təyyarə qəzasının yerində 1400 insan bədəni fraqmenti aşkarlanıb
Ötən bazar günü, fevralın 11-də Moskva vilayətinin Ramenskoye rayonunda baş vermiş təyyarə qəzası yerində aparılan işlər yekunlaşmaq üzrədir. 71 nəfərin öldüyü qəza yerində indiyə kimi aşağıdakı işlər görülüb:
Tillerson Ankaradan əvvəl ora getdi - Türkiyə səfərinin SİRLƏRİ
ABŞ dövlət katibi Reks Tillersonun Türkiyə səfərindən öncə İordaniyaya getməsi diqqət çəkib. Türkiyə mediası Tillersonun Ankaradan öncə Ammana səfər etməsinin arxasında incə diplomatik planın olduğunu yazıb. Ehtimallara görə, ABŞ İordaniyada İncirlik bazasına alternativ axtarır. İordaniya hökuməti ölkənin mərkəzində Mufavvak Salti deyilən bölgədə böyük hərbi baza yaradır.
İstanbulda əməliyyat
İstanbul polisi səhəri əməliyyatla açıb. Səhər saatlarından polis narkotacirlərə qarşı genişmiqyaslı əməliyyata start verib. İstanbul polisinin yaydığı ilkin məlumata görə, əməliyyat nəticəsində 10-dan çox narkotik alverçisi saxlanılıb.
Afrində 1500-ə yaxın terrorçu öldürülüb
Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı ilə bağlı məlumat yayıb. Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 1439 terrorçu məhv edilib. Ötən gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus obyektlər dağıdılıb, 70 terrorçu zərərsizləşdirilib.
Qışqıran mumiyanın sirri açıldı
Əsrlər sonra "qışqıran musiya"nın sirri açılıb. Fransız arxeoloq Qaston Maspero Misirin paytaxtı Qahirədən 500 km cənubda aparılan arxeoloji qazıntılar zamanı bu mumiyanı aşkarlamışdı. "E insanı" adlandırılan mumiyanın yanında firon ailəsinin mənsublarının qalıqları vardı. Digər mumiyalardan fərqli olaraq, "Qışqıran mumiya"nın üzərində heç bir bəzək əşyası yoxdu. Onun pozası alimləri maraqlandırıb, çünki "E adamı" sanki mumiyalaşdırılarkən ağrı və əzablardan qışqırırdı.
Amerikalılar 35 rusiyalı hərbçini öldürdülər
ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın bombardmançı təyyarələrinin fevralın 8-də Suriyanın Deyr əz Zor vilayətində hökumət qoşunlarının mövqelərini bombalaması nəticəsində 124 hərbçi həlak olmuşdu.
Los-Ancelesdə təyyarə uçmamış alışdı - 144 nəfər təxliyə edildi
Amerikanın "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində yanğın baş verib. Yanğın təyyarə Los-Anceles beynəlxalq aeroportunda uçmamışdan əvvəl baş verib. Yanğının ehtiyat blokda baş verdiyi bildirilir, bununla əlaqədar dərhal təxliyə qərarı verilib. Təyyarədə 139 sərnişin və 5 ekipaj üzü olub.
Hollivud ulduzlarının GƏNCLİK SİRRİ: QIZIL SU
Ancelina Coli, Sandra Ballok, Demi Mor kimi dünyaca məşhur kino aktrisaları qızıl su proseduru sayəsində cavan qalır. Qızıl su proseduru “Micro Needle” üsulu adlanır. Bu prosedur kollagen istehsalını artırır, cildi əməliyyatsız, ağrısız və sürətli şəkildə cavanlaşdırır.
Şəhid anasına hörmətsizlik edən sürücü HƏBS OLUNDU - VİDEO
Türkiyənin Adana şəhərində xüsusi sərnişin avtobusunun sürücüsü şəhid anası olduğunu bildirən sərnişini və dövləti təhqir edib. Respublika Baş Prokurorluğu şəhid yaxını olduğu üçün dövlət tərəfindən verilən kartla avtobusa minən və adı açıqlanmayan qadın sərnişindən gediş haqqı istəyən, həmçinin həm ona, həm də dövlətə qarşı alçaldıcı və təhqiramiz ifadələr işlədən sürücü üçün hərəkətə keçib.














