Dünya
Fransada bir nəfər qızılca xəstəliyindən ölüb
Xarici jurnalistlər Qarabağa qanunsuz səfər edib - Təxribat
Xarici jurnalistlər qrupu Ermnistanın işğalı altındakı Dağlıq Qarabağa qanunsuz səfər edib. Latviya, Əlcəzair, Fransa, Rusiya, İtaliya və Macarıstandan gələn jurnalistlər döyüş postlarına baxış keçiriblər.
Sosial şəbəkələrdə əsassız tənqidə görə 20 min cərimə
Qırğızıstan parlamentinin deputatı Dastan Bekesov sosial şəbəkə istifadəçilərinin əsassız tənqidə görə 20 min soms (təxminən $ 300) məbləğində cərimə edilməsini təklif edib.
Putin xəstələndi - Tədbirlər təxirə salındı
Rusiya Prezidenti Vladimir Putin soyuqlayıb, amma işlərini davam etdirir.Bu barədə açıqlamanı V.Putinin mətbuat katibi Dmitri Peskov verib. O qeyd edib ki, soyuqdəymə ilə əlaqədar prezident bir neçə tədbiri təxirə salıb. Bununla belə, V.Putinin sağlamlığında ciddi problemin olmadığı məlumat verilib.
Aktrisanın bacısı bağ evində ölü tapıldı - Son dəfə cavab yazıram
İllərdir aralarında problem olduğu deyilən Sarah Cessika Parker ilə Kim Kattrall arasında yeni bir qalmaqalın əsası qoyulub. "Sex and the City" serialında həmkar olan cütlükdən Kim Katrallın 55 yaşlı bacısı bir neçə gün öncə bağ evindən ölü tapılıb. Hadisədə sonra Sarah Cessika Parker instagram-da Kattralla başsağlığı verib.
Tramp Rusiyaya yardım təklif etdi – Putindən cavab
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa verdiyi başsağlığı və An-148 təyyarəsinin qəzaya uğraması səbəblərinin araşdırılması ilə bağlı kömək təklifinə görə təşəkkür edib. Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Putin amerikalı həmkarına aparılan araşdırmalar barədə də məlumat verib.
Yavlinski: Putin izah etməlidir ki, niyə ruslar orda ölür?
Rusiya Prezidenti Vladimir Putin Suriyada onlarla rusiyalının həlak olması barədə informasiyalara aydınlıq gətirməlidir. Bu sözlər Rusiya prezidentliyinə namizəd, Yabloko Partiyasının sədri Qriqori Yavliskinin Putinə müraciətində yer alıb.
Toylarına 4 gün qalmışdı: qız nişanlısını öldürdü
İstanbulun Esenyurt rayonunda 8 ay öncə mübahisə etdiyi nişanlısı Ali Ayberk Kahvecini (23) bıçaqla öldürdüyü iddia edilən Ayşenur Yılmazın (23) 18 ilə qədər həbsi istənilib.
İnanırın ayılan kimi verdiyi ilk sual...
Türkiyənin məşhur aktyoru Kadir İnanır reanimasiyada ayılan kimi Afrin əməliyyatları haqda soruşub. Bu barədə onun yaxın qohumu Levend İnanır danışıb. O bildirib ki, aktyor gözünü açar-açmaz Afrindəki əsgərlərlə maraqlanıb: “Yanına getdim, oyanan kimi “Afrində şəhid varmı?” deyə sual verdi.
Ərdoğanla bağlı diqqətçəkən açıqlama: "Adam gizli planıçözdü"
"Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, Rusiyanın məşhur jurnalisti Dmitri Kiselyov ölkənin "1-ci kanal"ında özünün aparıcısı olduğu həftəlik analitik proqramda türk ordusunun Afrində keçirdiyi hərbi əməliyyatla bağlı maraqlı açıqlamalar verib.
500 manata satılan yumurtanın üzərinə görün nə yazılıb - "Bu, Allahın lütfudur" İNANILMAZ
Türkiyədə toyuq üzərində "1" yazan yumurta yumurtlayıb. Mersin'in Silifke bölgəsində 25 ildir yumurta satan Ayşe Civelek saxladığı toyuqlardan birindən '1' yazan yumurta əldə edib.
Mer kanalizasiya suyuna qonaq edildi, Sarkisyanın adamları hücuma keçdi - VİDEO
İrəvan Şəhər Şurasının bu gün keçirilən iclasında dava düşüb. “Yerkir Tsrina” fraksiyasının üzvləri İrəvanın Nubaraşen rayonunda yayılan pis qoxulara etiraz olaraq, iclasa kanalizasiya suyu ilə doldurumuş qablar gətiriblər.
Koreya yarımadasına sülh göyərçini qona biləcəkmi?
Beynəlxalq münasibətlər sistemində, dünyada bir-birindən maraqlı hadisələr, proseslər baş verməkdədir. Dünənənə qədər bir-birinə qarşı cəbhədə yer alan dövlətlər, ölkələr bu gün eyni sırada qərarlaşır, yaxud müttəfiq, dost ölkələr bu gün bir-birinin qəniminə çevrilib.
Bakının həmləsi: İrəvan de-fakto yox olur - Manukyan
Ermənistan dalana dirənmiş vəziyyətdədir. Bunu “Vestnik Kavkaz” saytına müsahibəsində Erməni Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan söyləyib. “Ermənistan hazırda regional dövlətlərarası iqtisadi əlaqələrdə heç bir yeri tutmur. Bütün regional və beynəlxalq xəttlər bizim yaxınlığımızdan keçir. Ermənistan təkcə siyasi blokadada yox, həm də iqtisadi mühasirədədir. O, hər tərəfdən qapalı vəziyyətdədir və heç bir regional layihədə iştirak etmir. Hətta bizim hökumət də regional proqramlarda iştirak etmək istəmir. Yəni biz Qafqazda sadəcə mövcud deyilik və bu situasiya artıq 20 ildən çoxdur davam edir. Bu illər ərzində bizim yaxınlığımızdan çoxlu layihələr – Bakı-Tiflis-Ceyhan kəməri, Bakı-Tiflis-Qars dəmiryolu, “İpək yolu”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi keçdi.
Ərdoğandan yunanlara: Başımızın qarışdığını sanmayın
Kiprdə təbii qaz axtarışları və Egeydəki qayalıqlarla bağlı təşəbbüslərin diqqətimizdən yayındığını zənn etməsinlər. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı deyib. “Kiprdə və Egeydə həddini aşanlara səhv hesablama aparmamaları üçün buradan xəbərdarlıq edirik”, - Ərdoğan bildirib.














