Dünya
An-148-də ölənlərdən biri deputatdır
Rusiyanın Norilsk Şəhər Şurasının deputatı Sergey Pançenko An-148 təyyarə qəzasında həlak olub. Bu barədə informasiyanı Norilsk şəhər meriyası yayıb. Meriya Pançenkonun həyat yoldaşının artıq Moskvaya uçduğunu bildirib.
Həsən Ruhaniyə mesaj çatdırıldı - Böyük müharibənin AYAQ SƏSLƏRİ
İsrail Avropa ölkələri vasitəsilə İrana Livan və Suriyadakı fəaliyyətinə dair ciddi xəbərdarlıqlar edib. Bu haqda İsrail “Kanal 10” telekanalı israilli və avropalı diplomatik mənbələrə istinadən bildirib. Xəbərə görə, xəbərdarlıq mesajları Almaniya, İngiltərə və Fransa vasitəsilə İran prezidenti Həsən Ruhani ilə onun müşavirinə çatdırılıb. Xəbərdarlıqlarda Livanda raket və silah fabriki, Suriyada isə hərbi bazanın qurulması ilə əlaqədar ciddi xəbərdarlıq olunub. Dünən isə İslam İnqilabının 39-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən İran prezidenti Həsən Ruhani ad çəkmədən İsrail və ABŞ-a mesaj göndərib.
Məhbuslar gözətçini döydülər, həmkarı kömək etmədi
ABŞ-da Nyu York həbsxanalarının birində 5 məhbus gözətçini döyüb. Məlumata görə, hücum zamanı qurbanın iş yoldaşı masanı təmizləyib və baş verənlərə reaksiya verməyib. Belə ki, məhbuslardan biri qəfildən gözətçiyə hücum edib və onun üzünə zərbə endirib. Daha sonra daha 4 cinayətkar otağa girib və onu döyməyə başlayıb.
Təyyarə qəzasında ölən azərbaycanlı kriminal avtoritet imiş
Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov kriminal aləmin üzvü olub. Qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu krminal aləmdə "Haqqı" ləqəbi ilə tanınan kriminal avtoritet olub.
DİQQƏT - Kişilərdə sonsuzluğa səbəb olan dərmanla bağlı YENİ İDDİA
Fransa və Danimarka alimlərinin ibuprofen tərkibli dərmanlarla bağlı araşdırmasından sonra yeni iddialar gündəmə gəlib. ABŞ-ın Boston Universitetinin alimləri bu dərmanlarla bağlı araşdırma aparıb. Onların qənaətinə görə, bu dərmanların daxili qanaxmadan başlayaraq infarkta qədər bir çox əks təsiri var. Mütəxəssislər dərmanın həkim nəzarətində istifadəsini mütləq sayıb.
Lavrovdan təhdid kimi BƏYANAT: “Bu, böyük səhv olacaq”
"Donbasın reinteqrasiyası haqqında qanun qəti qəbul edilərsə, bu, Minsk razılaşmalarının dağıdılması üzrə Ukraynanın böyük səhvi olacaq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına bildirib. “Doğrusu, Kiyev hakimiyyəti bu səhvin bir addımlığındadır. Reinteqrasiya haqqında qanun hələ ikinci oxunuşdan keçib. Baxaq”, - Rusiya naziri deyib. Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Maryana Betsa Lavrovun bəyanatını şərh edib. “Minsk razılaşmalarının dağılması Rusiyanın öz öhdəliklərini yerinə yetirməməsi və təcavüzünü davam etdirməsi nəticəsində baş verir”, - ukraynalı diplomat Tvitter səhifəsində yazıb.
Ankara Vaşinqtonla Suriya ilə bağlı danışıqlar aparmaq istəmir
Ankara Vaşinqtonla Suriya ilə bağlı danışıqlar aparmaq istəmir. Məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib. B.Bozdağ qeyd edib ki, ABŞ "Zeytun budağı" hərbi əməliyyatı ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə nümayəndə heyəti göndərmək əvəzinə, terrorçulara dəstəyi dərhal dayandırmalıdır.
Amerika əsgərləri “Mehmetcik"lə müharibəyə yollandı – Qorxunc proqnoz ÖZÜNÜ DOĞRULDUR
“Suriyanın Afrin bölgəsinə keçən son qrup tanıdığımız PKK terror qrupu deyil”. Bu iddia ilə təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar çıxış edib. Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar əsgərlərdən ibarətdir. Mütəxəssis onların hamısının ABŞ silahları ilə keçdiyini deyib. Əsgərlərinin bir hissəsinin Amerika əsgərləri olduğuna işarə edən təhlükəsizlik mütəxəssisi hesab edir ki, PKK terrorçuları normalda gizlətmir.
Bella Hadinin qüsursuz dərisinin sirri ortaya çıxdı
Dünya şöhrtəli model Bella Hadidin sağlam qidalanma üzrə məsləhətçisi Çarlz Pasler onun qüsursuz dərisinin sirlərini sadalayıb. Hadidin dietoloqu dərinin parıltılı və sağlam görünməsi üçün 3 sadə vasitəyə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, xlorofil damlaları çox faydalı xassələrə malikdir: "Çin təbabətinə görə, bu damlalar dərinin parlaqlığını artırır. Xrolofil həzm sistemində toksinlərin atılmasına yardımçı olduqları üçün dəriyə birbaşa təsir edir. Xrolofil eyni zamanda ağız qoxularını da aradan qaldırır”.
Ebru qarşısında diz çökən Sərdarı bağışladı
Müğənni Sərdar Ortaç illərdir onunla küsülü olan Ebru Gündeşin konsertinə yollanıb. Gecədə sevilən mahnılarını səsləndirən Gündeş şəhid xəbərlərini eşidincə proqramını yarımçıq dayandırmalı olub. Tamaşaçıları səhnədən salamlayan Ebru prodüser Hüseyn Emrenin “Dəcəl oğlanla sevimli qızı barıdşıraq?” sualından sonra Sərdarı səhnəyə dəvət edib.
Sərdar Ortac DİZ ÇÖKDÜ
Ebru Gündeş illərdir küsülü olduğu həmkarı ilə barışıb. Ebru Gündeşin restoranda çıxışı zamanı Sərdar Ortac ön masalarda əyləşib. Konsert zamanı Gündeşin prodüsseri Hüseyn Əmrə mikrofonu alaraq "Yaramaz oğlumla əziz qızımı barışdıraq?” deyə tamaşaçılara sual ünvanlayıb. Səhnəyə çıxan Sərdar Ortac Gündəşin qarşısında diz çökərək onunla duet oxumasını xahiş edib. Təklifi qəbul edən Ebru Gündəş küslüyə son qoyub.
Məşhur aktyor xəstəxanaya yerləşdirildi
Türkiyənin usta aktyorlarından biri, “Yeşil çam”ın əfsanəsi Kadir İnanırın səhhətində ciddi problemlər baş qaldırıb. 69 yaşlı aktyor gecə saatlarında xəstəxanaya aparılıb.
Ərdoğan Putinə başsağlığı verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada baş verən sərnişin təyyarəsi qəzası ilə əlaqədar ölkənin başçısı Vladimir Putinə başşağlığı verib. "Bütün rus xalqına Vladimir Putin şəxsində başsağlığı verirəm, həlak olanların ailələrinə səbr arzu edirəm", deyə Ərdoğan bildirib.














