Dünya

"Ruhlar vadisi"nin daha bir SİRRİ ÜZƏ ÇIXDI

11 Fevral 2018 20:10

Dünyanın ən sirli məkanlarından olan Stounhenc və ya "Ruhlar vadisi"nin sirləri uzun zamandır araşdırılır. Amma hər dəfə də yeni müəmmalar alimləri təəccübləndirməkdə davam edir. Britaniyalı alimlər bu unikal, sirli yerlə bağlı daha bir maraqlı fakt ortaya qoyublar. Belə məlum olub ki, Stounhenc xüsusi akustikaya malikdir. Ona görə də bu daşlar qəribə şəkildə düzülüb ki, səs əks-sədası ahəngdar olsun. Bu daşlara toxunduqda qəribə, nizamlı səslər meydana çıxır, sanki açıq səma altında xüsusi texnologiya ilə səs akustikası yaradılıb.

Göz rəngini 20 saniyədə dəyişən ÜSUL - Linzalardan daha rahat

11 Fevral 2018 20:08

Mavi gözlü olmaq istəyən insanlar üçün yenilik kəşf edildi. Əməliyyatsız da gözlərinizin rəngini istədiyiniz rəngə dəyişə bilərsiz.  Kaliforniyanın "Stroma Medical" xəstəxanasının həkimləri səhiyyə sistemində maraqlı işə imza atıblar. Belə ki, statistikaya görə, dünya əhalisinin sadəcə çox az hissəsi rəngli (mavi) gözlərə sahibdir. 89 faiz insanın göz rəngi qonur (açıq, tünd, qarışıq) olaraq qeydə alınıb.

Sakinlər gördükləri mənzərədən dəhşətə gəldilər- Sən demə meşədə 3 ildir ki...

11 Fevral 2018 19:54

Türkiyənin Antalya şəhərində meşədə tapılan sümüklər vətəndaşları çox təəccübləndirib. Alanyaya bağlı Bektaş məhəlləsindəki meşə sahədə keçilərini otaran çoban günorta saatlarında bir insana aid sümük parçaları görüb.

İngiltərə hökumətinə YPG xəbərdarlığı

11 Fevral 2018 15:06

İngiltərə parlamentinin Nümayəndələr Palatasının Xarici İşlər komitəsinə təqdim olunan sənədlər PKK ilə YPG bağlantısını ortaya qoyur. Bu sözləri Nümayəndələr Palatasının Xarici İşlər komitəsinin rəhbəri Tom Tugendhat deyib.

Yerusəlimdə 2100 yaşı olan badə tapıldı

11 Fevral 2018 14:59

İsraildə arxeoloqlardan ibarət qrup Yerusəlimdə əhəngdaşıdan badənin fraqmentini aşkarlayıblar. Üzərində adla naxış açılan badənin yaşı təxminən 2100 il qiymətləndirilir.

Pekində naməlum şəxs bıçaqla insanlara hücum etdi - Ölənlər var

11 Fevral 2018 14:54

Çinin paytaxtı Pekinin Sidan rayonunda naməlum şəxs bıçaqla mağazadakı insanlara hücum edib. Hücum nəticəsində aldığı yaralardan bir nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

4 nəfəri öldürüb intihar etdi

11 Fevral 2018 13:04

ABŞ-ın Kentukki ştatında dəhşətli hadisə baş verib. Ştatın Peyntsvill şəhərində polis bir evin mətbəxində güllələnərək öldürülmüş 2 nəfərin meyitini aşkarlayıb. Şahidlər polisə bildiriblər ki, qatil qara rəngli "Toyota Camry" markalı avtomobillə hadisə yerindən qaçıb.