Dünya

Turistlər üçün "Buz otel" istifadəyə verildi

11 Fevral 2018 12:57

Rumıniyanın Sibiu regionunda yerləşən Balea gölü üzərindəki buzdan inşa edilmiş otel turistlərin ixtiyarına verilib. Otelin rəsmi açılış mərasimində Kanada, Bolqarıstan və Moldovanın Rumıniyadakı səfirləri iştirak edib. "Buz otel"də 16 otaq, eləcə dünya şöhrətli musiqiçilər Madonna, Maykl Cekson, Elvis Preslinin buzdan hazırlanmış abidələri mövcuddur. Oteldə gecələmək istəyən turistlər 100, onun ərazini gəzmək istəyənlər isə təqribən 5 avro ödəməli olacaqlar.

Tillersonun Yaxın Şərq turnesi başlayır

11 Fevral 2018 12:55

ABŞ-ın dövlət katibi Reks Tillersonun Yaxın Şərq turnesi başlayır. Turne çərçivəsində İordaniya, Türkiyə, Livan, Misir və Küveytə səfərlər nəzərdə tutulub. Turne fevralın 11-dən 16-dək davam edəcək.

Hərbçilər üçün ekzoskelet yaradıldı

11 Fevral 2018 12:54

Çində yeni nəsil ekzoskeletlər hazırlanıb. Ölkənin “Norinco” Dövlət Korporasiyası istifadəçiyə xüsusi səy göstərmədən 45 kiloqramadək yükləri daşımağa imkan verəcək yeni nəsil ekzoskeletin prototipini hazırlayıb. Sözügedən prototipin hazırlanmasına 3 il əvvəl başalnılıb. Əvvəlki versiyada hidravlika və akkumulyatorlarla bağlı problemlər olsa da, bu dəfə sistem daha da təkmilləşdirilib. Yeni prototipdə çatışmazlıqlar aradan qaldırılıb, eləcə də onun konstruksiyası istifadəçilər üçün yüngülləşdirilib və rahatlaşdırılıb.

Olimpiadada  həyəcan

11 Fevral 2018 12:53

Cənubi Koreyanın Pxençxan şəhərindəki Olimpiya kəndində yaşayan 2018 Qış Olimpiya Oyunlarının iştirakşıları SMS vasitəsi ilə zəlzələ barədə xəbərdarlıq alıb. Zəlzələnin 4,6 bal gücündə zəlzələnin Pxençxandan 160 kilometr məsafədə yerləşən Pxoxan şəhərində baş verdiyi bildirilib.

Qaçqınlara qarşı cinsi istismar: "Gecə qadınlar çölə çıxa bilmir" - BMT

11 Fevral 2018 12:51

Qaçqınlar Yunanıstanda cinsi təzyiqlərə məruz qalıblar. BMT-nin Qaçqınlar üzrə komissarlığı Yunanıstana müraciət edən miqrantların saxlanıldıqları düşərgələrdə cinsi istismara məruz qaldıqları haqqında məlumat yayımlayıb.

Afrindən SON XƏBƏR: 11 şəhid, 11 yaralı (YENİLƏNDİ)

11 Fevral 2018 12:47

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk hərbçilərinin sayı artıb. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Məlumatda qeyd edilir ki, əməliyyatlar zamanı 11 türk əsgəri şəhid olub. Habelə daha 2 əsgər yaralanıb. Hərbi əməliyyatlar zamanı azı 26 terrorçu zərərsizləşdirilib.

Məşhur aktyor dünyasını dəyişdi

11 Fevral 2018 12:44

Emmy mükafatı qazanan, "House of Cards" filmində canlandırdığı Freddy Hayes obrazı ilə sevilən aktyor Reg E. Cathey Nyu-Yorkda dünyasını dəyişib. Aktyor 59 yaşında dünyasını dəyişib. Bu barədə aktyorun çəkildiyi "The Wire"nin rejissoru David Simon məlumat verib.

Suriyada terror aktı

11 Fevral 2018 12:42

Suriyanın şimalında partlayış törədilib. Hadisə İdlibdə baş verib. Partlayıcı qurğu şəhərin mərkəzində, yolayrıcında işə salınıb.

Aktyora cəza verildi

10 Fevral 2018 17:51

Ərdoğan: "Bir helikopterimizi az öncə vurdular..."

10 Fevral 2018 17:45

Bu gün Ərdoğan Partsiyanın yığıncağında Afrinlə bağlı çıxış edib. Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiya yığıncağında  Afrində türk helkopterin vurulduğunu xəbərini verib. Çıxışı zamanı Ərdoğan bildirib:

Qocalar evində 23 yaşlı gənc 3 qadına təcavüz etmək istədi - SKANDAL!

10 Fevral 2018 14:08

Fransada yerləşən qocalar evində yaşayan 3 qadına təcavüz etmək istəyən gənc həbs olunub.  Fransada yaşlıların qaldığı baxım evinin arxa qapısından girən 23 yaşındakı adam iddiaya görə 84, 93 və 94 yaşlarındakı 3 yaşlı qadına təcavüz etmək istəyib. 3 qadının qorxudan səs- küy salmaları ilə baxım evinin yaxınlığında yerləşən qonşular baxım evi rəhbərliyinə xəbər verib.

ABŞ ordusu ayağa qalxdı - Körfəz müharibəsindən sonra İLK DƏFƏ

10 Fevral 2018 14:06

Suriyada İsrailə məxsus F-16 döyüş təyyarəsinin vurulmasından sonra ABŞ gözlənilməz addım atıb. Vaşinqton Körfəz müharibəsindən sonra ilk dəfə Yaxın Şərqdəki ən böyük hərbi bazası olan Qətər Əl Hudedi hərbi hava bazasını yüksək səviyyəli hazırlıq vəziyyətinə gətirib.