Rusiyada göyərtəsində 71 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "Ан-148" tipli sərnişin təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, təyyarənin Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir.

Təyyarədə 6 heyət üzvü və 65 nəfər sərnişinin olduğu bildirilir. Təyyarənin qalıqları səmadan Moskva ətrafında aşkar edilib. Xilasedicilər hələ hadisə yerinə çatmayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31