Dünya
Atanın stressi uşaqlarda şizofreniya xəstəliyinə səbəb ola bilər
ABŞ-ın Merilend ştatındakı universitetin alim-neyroloqu Treysi Beyli stressin insan orqanizminə təsirinə aid yeni tədqiqatı təqdim edib. Araşdırma nəticələrinə əsasən, atanın stressi sonradan övladında müəyyən xəstəliklərin yaranmasına səbəb olur.
Təsadüfən nəsli kəsilməkdə olan vaşağın fotosunu çəkdi
Türkiyədə vəhşi təbiətə aid şəkillər çəkməklə məşhurlaşan fotoqraf Hüseyn Narin dünyada və Türkiyədə nəsli kəsilmək üzrə olan, birinci dərəcəli qoruma altında saxlanılan vaşaqların görüntüsünü yayıb. Məlumata görə, fotoqraf meşənin içindən keçən dərədə 2 vaşağın şəklini çəkməsinin tamamilə təsadüf olduğunu söyləyib. Belə ki, fotoqraf dağ keçilərini çəkmək məqsədilə ora gedib. Elə bu zaman pusquya yatan iki vaşaq görüb.
Putinin qərargahına hücum edildi
Qeydə alınmamış Başqa Rusiya Partiyasının fəalları Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburqdakı seçki qərargahının eyvanına “fləşfayer”lər (pirotexniki siqnal vasitəsi) atıblar.
Rusiya “Müller siyahısı”na cavab hazırlayır
Moskva “Müller siyahısı”na qarşı cavab addımları atacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov söyləyib. Onun sözlərinə görə, artıq bəzi şəxslərin Rusiyaya girişi yasaqlanıb.
Türkiyədə heyvanlara pasport veriləcək
Türkiyədə Ərzaq, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyinin göstərişi əsasında heyvanların pasportlaşdırılması prosesinə başlanılacaq. Bu barədə “Resmi Gazete”nin saytında məlumat yayılıb. Məlumata görə, müvafiq sənədlər bütün təkdırnaqlı heyvanlara, o cümlədən atlara, uzunqulaqlara və s.veriləcək.
Yəməndə difteriya bəlası - 62 nəfər öldü
Yəmənin Səhiyyə Nazirliyi son 6 ay ərzində ölkədə 933 difteriyaya yoluxma faktını qeydə alıb. Bu müddət ərzində həmin xəstəlikdən 62 ölüm halı baş verib. Yəməndə difteriya epidemiyası 2017-ci ilin avqustunda başlayıb. Ötən ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsi difteriyanın yayılma sürətinin artdığını bildirmişdi.
Gizli mason cəmiyyəti haqqında az bilinən 6 SİRR
Masonlar - dünya mənəvi hökmranlıq tarixinin ən qüdrətli və mistik təşkilatıdır. Onların yüz illər boyu necə təşkilatlandıqları və böyük sərvətə sahib olduqları çox az adama məlumdur.
Jirinovskidən unikal təklif: “2” rəqəmini yığışdırın
Rusiya məktəblərində şagirdlərin 2 ilə qiymətləndirilməsi və məktəbdən uzaqlaşdırılması qadağan edilməlidir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
Türk ordusundan qəfil hücum: Uverkan azad edildi
Türkiyə Silahlı Qüvvələri Afrinin şimal-şərqindəki Uverkan kəndini terrorçulardan azad edib. Ani hücuma keçən türk əsgərləri əməliyyat zamanı kəndi terrorçulardan tam təmizləyib.
Böyük güclərin planı işə yaradı
Suriyada vəziyyət getdikcə daha mürəkkəb xarakter alır. Türkiyənin haqlı olaraq Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı uğurla davam etdiyi bir vaxtda Suriya lideri Bəşər Əsəd Türkiyənin bu addımını ölkəsinin ərazi bütövlüyünə cəhd kimi qiymətləndirərək Afrinə müdaxilə etməyi düşünür.
Türkiyədə terror – İki əsgər şəhid oldu
Sarkisyanın partiyası ABŞ-ın qara siyahısına düşür
Ermənilər Respublika Partiyasının bir sıra nümayəndələrinin ABŞ-ın qara siyahısına salınmasını istəyiblər. Ermənistanın “Qraparak” bu təşəbbüslə Los-Anceles şəhərində yaşayan ermənilərin çıxış etdiyini yazıb. Onlar bu addımı İrəvan Ağsaqqallar Şurasının iclasında Ərik Ölkəsi Partiyasından olan qadınların döyülməsindən sonra atıblar.
Yaşı 50-dən az olanlara İNANILMAZ İMKAN: sonsuza qədər...
1970-ci ildən sonra doğulan insanlar sonsuza qədər yaşaya biləcək. Bu iddia ilə Doktor Lan Pearson çıxış edib. Onun sözlərinə görə, süni intellekt və gen mühəndisliyi ilə bu ideyanı gerçəkləşdirmək mümkündür. Belə ki, süni intellekt vasitəsilə insan bədəni yaşamaq üçün robotlar orqanlarına köçürülə, şüurlarını yükləmək üçün virtual gerçək dünyalar yaradıla bilər.
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
Birləşmiş Ştatlar İranla uzunmüddətli münaqişəyə hazırdır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmasterin sözlərinə görə, 2018-ci ilin birinci yarısı islam respublikasına hücum etmək üçün əsl vaxtdır. Amma Vaşinqton üçün bir problem var.
Türkiyədə müxalif partiyanın 6 üzvü saxlanılıdı
Türkiyədə müxalif Xalqların Demokratik Partiyasının (HDP) 6 üzvü sosial şəbəkələrdə terrorizmin təbliğinə görə saxlanılıb. HDP üzvlərinin saxlanması üzrə əməliyyat Kocaeli vilayətində keçirilib. Ümumilikdə "Zeytun budağı" əməliyyatı başlayandan indiyədək sosial şəbəkələrdə terrorizmi təbliğ edən 790-dan çox şəxs saxlanılıb. Onların arasında PKK terror təşkilatının 16 üzvü də var.













