Dünya
Məşhur model: "Sevgilimin yanında gecə saat 11-də mənə mesaj yazmağın yaxşı deyil"
Bir müddət əvvəl Kriştianu Ronaldunun ingilis model Rian Sudgenə erotik mesajlar yazdığı, amma qarşı tərəfdən rədd cavabı aldığı barədə xəbər yayılmışdı. İnglis model bu olayla bağlı ilk dəfə açıqlama verib. Rian Sudgen Ronaldunun yazdığı mesajı və verdiyi cavabı paylaşıb:
18 yaşlı qız Barbiyə bənzəmək istəyir - Hər ay əməliyyat olunur
Çexiyanın paytaxtı Praqada yaşayan 18 yaşlı Qabriela Jirakova nəyin bahasına olursa-olsun, Barbi kuklasına bənzəməyə çalışır. O, zahirən Barbiyə tam bənzəmək üçün hər ay təxminən 1200 avro məbləğində pulu plastik cərrahiyyə əməliyyatlarına sərf edir.
Qırğızıstanda nələr baş verir?
Qırğızıstanda son prezident seçkilərindən beş ay keçməsinə baxmayaraq, bu mövzu hələ də ölkə mətbuatının gündəmini zəbt etməkdədir. Bu günlərdə Qırğızıstanın populyar «nazarnews.kg» internet portalında siyasi məhbusların hüquqlarının müdafiə komitəsinin sədri Zülfiyyə Marat tərəfindən təqdim edilən şikayət məktubu əsasında hazırlanan maraqlı bir məqalə dərc olunub.
Məşhur müğənninin həyatı film oldu
Məşhur türkiyəli müğənni Hülya Avşarın həyatı film oldu. Olaylar.az bildirir ki, ötən ilin iyul aylarında çəkilən “Selfie” filmi yaxın günlərdə kinoteatrlarda nümayiş olunacaq. Hülya Avşar bu haqda məlumatı sosial şəbəkə hesabından yayımlayıb.
Ukraynanın borcu 2 trilyona qalxdı
Ukraynanın dövlət borcu 2,14 trilyon qrivnaya (79 milyard dollar) çatıb. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Dövlət Xəzinədarlığı Xidmətinin rəhbəri Tatyana Slyuz söyləyib. Onun sözlərinə görə, keçən ilin yanvarı ilə müqayisədə dövlət borcunun həcmi təxminən 400 milyon qrivna artıb.
Rusiya qanuni oğruları öz ölkələrinə göndərir
Rusiya ölkədə keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə əlaqədar olaraq ölkədən qanuni oğruların ekstradisiyasına başlayıb. “Komsomolskaya Pravda” qəzeti qanuni oğruların ölkədən qovulması haqqında qərarın Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev tərəfindən verildiyini yazıb. DİN-in yaxın günlərdə bir neçə kriminal avtoriteti ölkədən çıxaracağı bəlli olub. Belə ki, Moskvanın Gürcüstana Aslan Kobuladze, Suliko Şarikadzeni, Qırğızıstana Kamçibek Kolbayevi (ABŞ-ın sanksiyaları altındadır – red.) verməsi nəzərdə tutulub.
ABŞ kəşfiyyatı: Rusiya ilə düşmənik, amma...
Rusiya ilə maraqlarımız əksər istiqamətlərdə toqquşur, amma dialoqu davam etdiririk. Bunu jurnalistlərə açıqlamasında ABŞ Milli Kəşfiyyatının rəhbəri Daneil Kouts söyləyib. Onun sözlərinə görə, tərəflər arasında əlaqə əsasən kəşfiyyat və terrorizm məsələlərindədir:
İmperator Akihitonun taxtı tərketmə mərasimi 2019-cu il aprelin 30-da keçiriləcək
Andrey Karlovun xatirəsinə həsr olunmuş fotosərgi
Rusiyanın paytaxtı Moskva şəhərində 2016 – cı ildə silahlı hücum zamanı Ankarada qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun xatirəsinə həsr olunmuş fotosərgi təşkil olunub. Olaylar.az bildirir ki, sərgidə hər iki dövlətin rəsmi nümayəndələri iştirak edib. Sərgi Beynəlxalq Andrey Karlov Vəqfi tərəfindən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda təşkil olunub.
Metroda bunu da gördük - MARAQLI FOTOLAR
Dünyada minlərlə insan gündəlik müxtəlif nəqliyyat vasitələrindən istifadə edir.
Əsəd ABŞ-ı qayğı içində qoydu: "Rusiya öz gücündən istifadə etməlidir"
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heter Nauret Suriyanın Şərqi Quta bölgəsində baş verən qətliamlara münasibət bildirib. O, yaşanan hadisələrdən dolayı ABŞ-ın qayğı içində qaldığını deyib: “Şərqi Qutada yaşanan faciədən dolayı dərin qayğı içindəyik.
Türkiyə gəmiləri döyüş vəziyyətinə gətirildi
Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizidə uzun müddətdir yaşanan gərginlik yeni bir mərhələyə keçib. Türkiyə Dəniz Qüvvələri Kipr yunanlarının neft axtarışları həyata keçirmək istədiyi 3-cü bölgədəki fəaliyyətini martın 10-na kimi uzadıb.Yunanıstan mətbuatının xəbərinə görə, Cənubi Kipr prezidenti Nikos Anastadiadis təcili olaraq hökuməti toplayıb və Yunanıstanın baş naziri Aleksis Çiprasa vəziyyət barədə məlumat verib. Anastadiadis baş nazirdən məsələnin BMT-nin gündəminə çıxarılmasını istəyib. Çiprasın isə Almaniyanın baş kansleri Angela Merkelə zəng edib və liderlər fevralın 23-də Brüsseldə keçiriləcək Avropa Liderləri Sammitində mövzunu müzakirə etmək barədə razılaşıblar.
2019-cu ildə G20 sammiti Osakada keçiriləcək
2019-cu ildə “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti Yaponiyanın Osaka şəhərində keçiriləcək. Bu barədə müvafiq qərar Yaponiya hökuməti tərəfindən verilib. Şəhər digər dövlətlərdən olan yüksək vəzifəli qonaqları yerləşdirmək üçün müvafiq infrastruktur və otellərin sayının təhlilindən sonra tədbirə ev sahibliyi etmək üçün seçilib. Sammitin keçiriləcəyi dəqiq vaxt bu il iyunun axırı və ya iyulun əvvəlində məlum olacaq.
Sevdiyi qızın ailəsini öldürən cani - "Bu dəfə qaçırmağa gəlmişdim"
Türkiyədə sevdiyi qızla evlənməyinə icazə verməyən qızın ailəsini öldürüb ardınca canlı yayım edən qatil Ali Saral məhkəmədə ilk ifadəsini verib. Balıkesir şəhərində sevdiyi qızı iki ildir istəyən, amma qızın ailəsi tərəfindən rədd cavab aldıqdan sonra qızın ailəsini qətl edən cani ifadəsində, "Bu dəfə qaçırmaq istədim, söhbətin mübahisəyə çevrilməsi ilə də ətrafa atəş etməyə başladım"- deyib.













