Qırğızıstanda nələr baş verir?

Qırğızıstanda son prezident seçkilərindən beş ay keçməsinə baxmayaraq, bu mövzu hələ də ölkə mətbuatının gündəmini zəbt etməkdədir. Bu günlərdə Qırğızıstanın populyar «nazarnews.kg» internet portalında siyasi məhbusların hüquqlarının müdafiə komitəsinin sədri Zülfiyyə Marat tərəfindən təqdim edilən şikayət məktubu əsasında hazırlanan maraqlı bir məqalə dərc olunub.

Qırğızıstanda son prezident seçkilərindən beş ay keçməsinə baxmayaraq, bu mövzu hələ də ölkə mətbuatının gündəmini zəbt etməkdədir. Bu günlərdə Qırğızıstanın populyar "nazarnews.kg" internet portalında siyasi məhbusların hüquqlarının müdafiə komitəsinin sədri Zülfiyyə Marat tərəfindən təqdim edilən şikayət məktubu əsasında hazırlanan maraqlı bir məqalə dərc olunub. Həmin materialı oxucularımıza təqdim edirik.Yeri gəlmişkən xatırladaq ki, Qırğızıstanda prezident seçkiləri ötən il oktyabrın 15-də keçirilib. Mərkəzi Seçki Komissiyasının yaydığı rəsmi məlumata görə, səsvermədə 1 milyon 697 min 868 seçici iştirak edib ki, bu da seçicilərin ümumi sayının 56,34 %-i edir. 11 namizədin iştirak etdiyi seçkidə hakim Sosial-Demokrat Partiyasının namizədi Sooronbay Jeenbekov səslərin 54,22 %-i toplayaraq ölkə prezidenti seçilib.

Onun ən yaxın izləyicisi Omurbek Babanov isə səslərin 33,49%-i toplayıb. Lakin müxalifət təmsilçiləri, eləcə də müstəqil ekspertlər hələ də seçki prosesinə müdaxilə edildiyini və hakimiyyətin seçkiləri Sooronbay Jeenbekovun xeyrinə saxtalaşdırdığını iddia etməkdədirlər. Belə iddia olunur ki, seçici aktivliyinin aşağı olması səbəbindən heç bir namizəd yetərincə səs toplaya bilmədiyindən , qalıbin müəyyən edilməsi ikinci turda bəlli olacaqmış. Lakin hakimiyyət, məsələni elə birinci turda həll etmək qərarına gəlib və Sooronbay Jeenbekov seçkilərin qalıbi elan edilib.
Elə ölkədə əsas narazılıq da bundan sonra başlanıb. Yerli ekspertlərin sözlərinə görə, seçkinin nəticələrinə etiraz edən müxalifət təmsilçiləri və ictimai fəalların əksəriyyəti hazırda saxta ittihamlarla müxtəlif çəzaçəkmə müəssislərinə yerləşdiriliblər. Siyasi məhbusların hüquqlarının müdafiə komitəsinin sədri Zülfiyyə Maratın redaksiyaya təqdim etdiyi şikayət məktubu da elə bu mövzudadır. Məktubu hakimiyyəti zor gücünə ələ keçirməkdə ittiham edilərək həbs edilən Cəlalabad vilayətinin keçmiş qubernatoru Bektur Asanov, energetika üzrə müstəqil ekspert Ernest Karıbekov və Joqorku Keneşin(parlament) keçmiş deputatı Kubanıçbek Kadırov imzalayıblar. Məktub müəllifləri saxlanıldıqları Milli Təhlükəsizlik Komitəsinin tədricxanasında onlara qarşı amansız cəza tədbirlərinin görüldüyünü iddia edirlər. "Burada elektrik naqilərinin bir ucunu əl,diğər ucunu isə ya ayaq barmaqlarımıza, ya da ki cinsiyyət orqalarımıza bağlayıb, şəbəkəyə cərayan qoşurlar. Bu cəza təkcə bizə verilmir. Bizimlə burada saxlanılanların əksəriyyətinə belə insanlıqlıqdan kənar rəftar olunur".-deyə məhbuslar qeyd edirlər.Məktubda daha sonra bildirilir ki, onlarla birlikdə cəzaçəkmə müəssəsində çoxlu sayda günahsız insanlar saxlanılmaqdadır. Cəzaçəkmə müəssəsində məhbuslara qarşı elə amansız metodlardan istifadə edilir ki, heç Hitler və yaxud Stalinin vaxtında əsirlərlə belə davranılmayıb. Milli Təhlükəsizlik Komitəsi onların günahlarını sübuta yetirə bilmədiyindən, hamısına "terror təşkil etmə" maddəsi üzrə ittiham irəli sürülüb və qeyri-müəyyən müddətədək həbs cəzasına məhkum ediliblər. Əsassəz yerə belə ucdantutma həbslərdə isə məqsəd yalnız birdir-vətəndaşların gözlərini qorxutmaq, onların hakimiyyətə qarşı hər hansı addım atmaqdan çəkindirməkdir.
Məktub müəllifləri xalqa müraciət edərək, həbsxanalarda tətbiq edilən insanlığın və vətəndaş mənəviyyatının alçaldılmasına qarşı yönəlmiş belə cəza tədbirlərinin ictimailəşdirilməsində onlardan kömək istəyirlər. Bundan əlavə, məktub müəllifləri artıq iki həftədən çoxdur ki, Milli Təhlükəsizlik Komitəsinin sədi Adil Seqizbayebin istefası tələbi ilə aclıq aksiyasına başladıqlarını da bəyan ediblər. Məqalədə sonda qeyd olunur ki, Sooronbay Jeenbekov ötən il noyabrın 24-də keçirilən andiçmə mərasimindəki: "...Allah və xalq qarşısında bəyan edirəm ki, Qırğızıstan Respublikasının Konstitusiyasını rəhbər tutaraq , yalnız və yalnız ölkədə insan hüquqlarını qorunması, xalqın birliyi və dövlətin təhlükəsizliyi naminə xidmət edəcəyəm", - söylədiyi ifadələri heç də ürəkdən deməyib.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31