Türkiyədə müxalif partiyanın 6 üzvü saxlanılıdı

Türkiyədə müxalif Xalqların Demokratik Partiyasının (HDP) 6 üzvü sosial şəbəkələrdə terrorizmin təbliğinə görə saxlanılıb.  HDP üzvlərinin saxlanması üzrə əməliyyat Kocaeli vilayətində keçirilib. Ümumilikdə "Zeytun budağı" əməliyyatı başlayandan indiyədək sosial şəbəkələrdə terrorizmi təbliğ edən 790-dan çox şəxs saxlanılıb. Onların arasında PKK terror təşkilatının 16 üzvü də var.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31