Dünya
Bu il “ağıllı şəhər" texnologiyalarına investisiyalar 80 milyard dollara çatacaq
"Ağıllı şəhər" layihələrinin həyata keçirilməsi üçün artan marağın və texnologiyaların yayılmasının şahidi olan "IDC" analitik şirkəti bu perspektivli və sürətlə inkişaf edən bazar üçün ilk proqnoz dərc edib.
Lavrovdan Əsədə Afrin çağırışı: Kürdlərlə dialoq...
ABŞ-ın kürdləri Suriyadan ayırmağa hesablanmış təşəbbüsləri Suriyada problemlərin həllinə heç bir fayda vermədi. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib. Suriyada problemlərin yalnız dialoq yolu ilə həll edilə biləcəyini vurğulayan Lavrov Dəməşqin kürdlərlə müzakirələrə başlamalı olduğunu bildirib.
Əsəd rejimi qətliama davam edir: 300 ölü
Əsəd rejiminin bazar günündən indiyə qədər qətliam törətdiyi Şərqi Qutaya bu gün də paraşütlərlə bomba atılıb. Şərqi Qutaya bu gün təşkil edilən hücumlarda 10-dan artıq insan həlak olub, 200-dən artıq insan isə yaralanıb.
“Tramp məni liftdə zorla öpdü” — ABŞ-da yeni QALMAQAL
Ərdoğanın əmri icra edilir: Məkkəyə açılan qapı...
Afrikanın Məkkəyə açılan qapısı olaraq tanınan Sevakin adasında restavrasiya işlərinə başlanılıb. Bu barədə Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu danışıb. “Bu qapının bağlanmasına könlümüz razı deyildi.
Ukrayna: Rusiya 50 ildən tez süqut edəcək
Rusiya 50 il ərzində süqut edəcək. Bunu UMN televiziyasına müsahibəsində Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko söyləyib.
ABŞ-dan məxfi görüş təklifi: İran niyə imtina etdi?
ABŞ İranla arasındakı fikir ayrılığının sona çatması üçün Tehrana neytral ərazilərdə birbaşa danışıqlar keçirməyi təklif edib. Bu barədə informasiyanı Küveytin “Al Jarida” qəzeti yayıb. Amerikalılar danışıqlar üçün Omanın paytaxtı Maskat və İsveçrənin Cenevrə şəhərini təklif ediblər.
Türkiyəyə qarşı tələlər artır - Yıldırım
Türkiyə gücləndikcə, möhkəmləndikcə, tələlər də artır. Biz isə həmin tələləri tək-tək zərərsizləşdirərək bu günlərə gəldik.Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. “Zeytun budağı” əməliyyatı plana uyğun şəkildə davam edir. Terrorçulara dəstək verənləri tarix unutmayacaq”, - Binəli Yıldırım bildirib.
Avropa Rusiyaya qarşı sanksiyaları uzadacaq
Avropa Birliyi martın 12-də Rusiya və Ukraynanın hüquqi şəxsləri və vətəndaşları üçün sanksiyaları yarım il uzadacaq. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Gərginlik artır: NATO qırıcıları Afrinə girəcəkmi?
Türkiyə Afrində YPG-yə qarşı apardığı əməliyyatları dayandırmalı və bölgədən çəkilməlidir. Bu sözləri kansler Angela Merkelin rəhbərlik etdiyi Almaniya Xristian-Demokratlar İttifaqının xarici siyasət üzrə müşaviri Yürgen Hardt deyib.
Türkiyə ən müasir tank hazırlayır – Ərdoğandan anons
Bu pis qonşular bizi nəhayət ki, silahlı və silahsız PUA sahibi etdilər. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bu adi bir hadisə deyil, onları özümüz istehsal etməsək, PUA-lardan biri vurulanda nə olacağını düşünməyə məcbur qalacaqdıq. İndi isə vursanız da fərqi yoxdur.
Əsgər qadın orduda təcavüzə uğradığını etiraf etdi- "Artıq susmayacağam"
İngilis ordusunun əsgəri maraqlı açıqlaması ilə yadda qalıb. 12 ildir orduda xidmət edən Barbie ləqəbli əsgər cinsiyyətçi hücumlar yaşadığını etiraf edib. Əlavə olaraq da "artıq susmayacağam, bütün həqiqətləri danışacağam" sözlərini işlədib. O, bu illər ərzində cəhənnəm əzabı yaşadığını bildirib və kəskin şəkildə buna etiraz edib.
Burak Özçivit Murat Bozu dostluqdan silib
İranda şok yazı: “Afrin Kərbəlaya bənzəyir”
İranda Prezident Həsən Ruhaniyə yaxınlığı ilə tanınan “Şərq” qəzetində Türkiyə və ölkə başçısı Rəcəb Tayyib Ərdoğan əleyhinə yazı dərc olunub. Saleh Nikbəxt imzası ilə dərc edilən yazı “Şərq” qəzetinin ilk səhifəsində oxuculara təqdim edilib.
Ən çirkin balıq Avstraliyada tutuldu
Avstraliyada alimlər elmi araşdırmalar zamanı dənizin dibində yaşayan yüzdən çox balıq növünü kəşf ediblər. Məlumata görə, Avstraliyanın şərq sahillərində gəmidə bir ay keçirdikdən sonra alimlər 5 kilometr dərinlikdə 4200-ə qədər balıq və onurğasız heyvanla rastlaşıblar. Bunların bəziləri potensial olaraq yeni növlərə aid idi və araşdırma tələb edirdi.














