Dünya

Trampdan müəllimlərlə bağlı ŞOK TƏKLİF

22 Fevral 2018 09:36

ABŞ prezidenti Donald Tramp, xüsusilə Florida ştatındakı məktəblərin şagird və müəllim heyəti ilə görüşü zamanı çıxış edərək, mümkün hücumlardan qorunmaq üçün müəllimləri silahla təchiz etmək təklifini irəli sürüb. O, həmçinin təhsil müəssisələrinin ərazisində təhlükəsizliyi təmin edən işçilər qismində silahlarla necə davranmağı bilən köhnə hərbi qulluqçuların məktəblərdə işə cəlb edilməsi təklifini verib.

Səfirliyə silahlı hücum

22 Fevral 2018 09:20

“Facebook”dan YENİLİK

22 Fevral 2018 09:15

"Facebook" sosial şəbəkəsi istifadəçilərə öz xəbər lentində 3D postlar dərc etmək imkanı verən "gITF 2.0" formatını dəstəkləməyə başlayıb. Bu yenilik sayəsində sosial şəbəkədə yerləşdirilən 3D obyektləri hər tərəfdən müşahidə etmək mümkün olacaq.

Tanınmış reper HƏBS OLUNDU

22 Fevral 2018 09:04

İspaniyada tanınmış reper terrora aid mahnı bəstələdiyi üçün həbs olunub. Bu barədə “The Washington Post” məlumat yayıb. “Valtonyc” ləqəbi ilə tanınan Xose Miqel Arenas Beltran ifalarının birində terroru dəstəklədiyi üçün 3,5 il müddətinə həbs olunub.

Saakaşviliyə  qadağa

22 Fevral 2018 09:03

“Google” şirkəti “Google Pay” xidmətini təqdim edib

21 Fevral 2018 20:06

“Google” şirkəti “Android Pay” xidməti və “Google Wallet” pul kisəsini özündə birləşdirən “Google Pay” ödəmə xidmətini istifadəyə verib. Bu haqda “Google”un bloqunda məlumat verilib.

On min il işləyəcək saatın inşasına başlanılıb

21 Fevral 2018 19:56

“Amazon” internet şirkətinin təsisçisi Ceff Bezos insan müdaxiləsi olmadan 10 min il işləyəcək mexaniki saatın inşasına başlayıb. Bu barədə “Twitter” səhifəsində məlumat verən şirkət yaradıcısı qurğunun montajını əks etdirən video yerləşdirib. 

30 terabaytlıq bərkcisimli toplayıcı nümayiş olunub

21 Fevral 2018 19:50

“Samsung” şirkəti dünyanın ən tutumlu bərkcisimli toplayıcısını nümayiş etdirib. Diskin faktiki tutumu 30,72 terabayt təşkil edir. 2,5 düymlü standart “kompüter” form-faktoruna aid qurğuya “Full HD” keyfiyyətli 5700-dən çox film yazmaq mümkündür.

Tailand blokçeyn texnologiyasına əsaslanan eyniləşdirmə sistemini yaradacaq

21 Fevral 2018 19:46

Tailand İnformasiyalaşdırma Nazirliyi “Omise” şirkəti ilə birgə paylanmış reyestr texnologiyası əsasında şəxsiyyətin eyniləşdirilməsi və ödəmə xidməti üzrə milli sistemin yaradılması üzərində işə başlayıblar. “Omise” tərəfindən hazırlanmış sistemdən internetdə fırıldaqçılığın qarşısının alınması, cinayətkarlığın səviyyəsinin azaldılması, dövlət xidmətləri sistemində şəxsiyyətin eyniləşdirilməsi və onlayn tranzaksiyaların çevik həyata keçirilməsi üçün istifadə etmək planlaşdırılır.  

Süni intellekt pasiyentin gözlərinə görə ürək-damar xəstəlikləri riskini proqnozlaşdırmağı öyrənib

21 Fevral 2018 19:40

“Google” və onun tibbi texnologiyalar üzrə ixtisaslaşmış “Verilu” adlı törəmə şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış alqoritm gözün torlu qişasının şəkillərinin təhlili əsasında insanda ürək-damar xəstəliklərinin yaranma riskini öncədən xəbər vermək qabiliyyətinə malikdir.

Alimlər demensiyanın əsas səbəbini tapıblar

21 Fevral 2018 18:55

Alimlərin apardıqları genişmiqyaslı araşdırmaların nəticəsinə əsasən müəyyən olunub ki, həddindən artıq spirtli içki qəbul etmək insanlarda demensiya (əqli gerilik) yaradır.1855

Peruda sərnişin avtobusu dərəyə yuvarlandı - 30 ölü

21 Fevral 2018 18:45

Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb. Məlumata görə, qəza nəticəsində azı 30 nəfər həlak olub. Arekipa regionunda baş vermiş qəzada daha 22 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.