Dünya
Okeanda zəlzələ
Sakit okeanda, Kuril adaları sahillərində Rixter cədvəli ilə 4.7 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanlar yerin 456 kilometr dərinliyində qeydə alınıb.Zəlzələ ilə əlaqədar sunami təhlükəsinin elan olunması barədə hələ məlumat verilməyib.
Sürücü çökən binanın altından belə xilas oldu - Dəhşətli VİDEO
Türkiyənin Kadıköy rayonunda binanın çökməsi nəticəsində yoldan keçən avtomobildə qorxulu anlar yaşanıb. Hadisə dünən axşam saatlarında Fənərbaxça Tunaman küçəsində meydana gəlib. Bir binanın sökülməsi üçün işləyən iş mexanizminin zərbəsi ilə binanın 2 mərtəbəsi nəzarətsiz şəkildə çöküb.
Bu, bir xəzinədir - Mütəxəssislər ŞOK qiymət dedilər
İstanbul Vilayət Jandarm Komandanlığı keçirdiyi bir əməliyyatla Roma və Bizans dövrlərinə aid 1981 parça tarixi əsəri ələ keçirib. Aksaray bölgəsində apardıqları qaçaq qazıntı nəticəsində əldə etdikləri tarixi əsərlərə 1 milyon dollara alıcı axtaran şübhəli yaxalanaraq rəsmi qurumlara sövq edilib. İstanbul Vilayət Jandarm Komandanlığı Aksarayda yaşayan D.C. Və G.Y. Adlı şəxslərin qaçaq qazıntı nəticəsində əldə etdikləri Roma və Bizans dövrlərinə aid tarixi əsərləri İstanbulda 1 milyon dollara bazara sürmək üçün müştəri axtardıqları məlumatını əldə edib.
Məhkəmə Poroşenkonu yenidən sorğulamaqdan imtina etdi
Bu gün Kiyevdə Obolon rayon məhkəməsində dövlətə xəyanətdə ittiham edilən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə bağlı işdə Poroşenko da şahid kimi iştirak edib.
Almaniyada bu maşınlara qadağa qoyula bilər
Almaniyada dizellə işləyən maşınlara qadağa qoyula bilər. Məlumata görə, Almaniyada şəhərlərin dizellə işləyən avtomobillərə qadağa qoyulması ilə bağlı səlahiyyəti olub-olmamasına bu gün qərar veriləcək.
Dünyanı heç belə görmədiniz - Hamı bu fotodan danışır
Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) "OSIRIS-REx" adlı kosmik gəmi tərəfindən çəkilən görüntüləri paylaşıb. 2016-cı ildə kosmosa göndərilən kosmik gəmi 63 milyon 600 min kilometr məsafədən Yer və Ayın fotoşəklini çəkib. Görüntülər Yerlə Ayın öz Günəş sistemi içərisində nə qədər kiçik göründüyünü ortaya qoyub. Bu görüntülər əslində insanlığın nə qədər kiçik bir planetdə yaşadığını sübut etmiş oldu.
Erməni jurnalistin Afrindən yaydığı saxta fotolar
Fransanın AFP agentliyinin Suriyadakı fotomüxbiri Corc Oufalyan Afrində baş verən hadisələrin təhrif olunmuş təsviri ilə müşayiət olunan şəkillər paylaşıb. Oufalyanın çəkdiyi Bəşər Əsəd tərəfdarlarının fotosu “Bəşər Əsəd tərəfdarları Afrinə daxil oldu” başlığı ilə təqdim edilib.
Komandoslar Afrin mühasirəsinə qoşulur – Qərar
Türkiyədə məskunlaşma ərazilərində keçiriləcək əməliyyatlarda ehtiyac olacağı halda jandarma və polis xüsusi təyinatlı dəstələrinin “Zeytun budağı” əməliyyatına cəlb olunmasına qərar verilib. Daxili İşlər Nazirliyinə tabe olan JÖH və PÖH dəstələri TSQ-nın sərəncamına verilib. Məlumata görə, jandarma və polis xüsusi təyinatlı dəstələrinin Afrində əsas vəzifəsi mülki əhalinin məskunlaşdığı ərazilərdə təhlükəsizliyi qorumaq olacaq.
Nalbəndyanın Avropa şousu: Türkiyə Qarabağa...
Türkiyənin Qarabağın həll prosesinə müdaxilə və ya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını Qarabağdakı danışıqlarla bağlamaq cəhdi hər iki prosesə mane olur.
Kreml dünyanı müharibəyə aparır - Borovoy
Kremlin aqressiv manevrləri dünyanı böyük müharibəyə doğru aparır. Bu iddianı rusiyalı müxalif siyasətçi, eks-deputat Konstantin Borovoy irəli sürüb. Onun sözlərinə görə, Kreml son illər aktiv şəkildə dünyadakı qüvvələr balansını pozur: “Moskva təkcə qanlı konfliktləri yaymır, o həm də işğal etdiyi bölgələrdə öz hərbi mövcudluğunu aktiv şəkildə artırır.
Məsciddə azan yerinə mahnı oxundu – VİDEO
Türkiyənin Aydın vilayətinin Quşadası məhəlləsindəki Türkmən məscidinin minarəsində azan deyil, türkü oxunub.
Körpə basdırılan zaman dirilib - həkim böyük səhvə yol verib
Hindistanda doğum evində həkim böyük səhvə yol verib. Valideynlərinə yeni doğulan oğlan uşağının öldüyünü deyən həkimlər, uşağı plastik qabda atasına veriblər. Dəfn mərasiminə hazırlıq gedərkən körpənin əmisi plastik qabdan səs gəldiyini eşidib.
ABŞ Rusiya ilə əməkdaşlıq edən ölkələri HƏDƏLƏDİ
ABŞ digər ölkələrin hökumətlərinə Rusiya silahlı qüvvələri ilə hərbi sahədə böyük sövdələşmələr bağlayacaqları təqdirdə onlara qarşı sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
Terrorçuların "mehmetçik"lərə qarşı qurduğu XAİN PLAN
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Afrində terrorçulara qarşı birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 34-cü gününə qədəm qoyub. Hərəkatın 33-cü günündə birləşmiş qüvvələr daha iki kəndi PKK/YPG qüvvələrindən təmizləyib. Afrin şəhərinin şimal-şəqrindəki Uverkan kəndinin ələ keçirilməsi ilə hərəkat cənuba doğru dərinləşməyə başlayıb. Bölgəyə Jandarm Özəl Hərəkatı və Polis Hərəkatı Komandaları göndərilib.














