Dünya

Türkiyə sahillərində yük gəmisində partlayış: ölən və yaralanan var

28 Fevral 2018 17:22

Türkiyənin Sinop limanının sahillərində quru yük gəmisində partlayış olub. Məlumata görə, hadisə gəminin qazanxanasında qeydə alınıb. Qəza nəticəsində bir nəfərin öldüyü, digərinin xəsarət aldığı bildirilir.

İstanbulda əməliyyat - 29 terrorçu saxlanıldı

28 Fevral 2018 17:20

İstanbulda polisin həyata keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatının 29 üzvü saxlanılıb. Bütün saxlanılanlar xarici vətəndaşlardır. 

Məktəbli qızla cinsi əlaqədə olub, 18+ görüntülərini İnstaqram-da paylaşdı - FOTO

28 Fevral 2018 17:15

Türkiyədə bir məktəbli qızın sosial şəbəkədə çılpaq fotolarını paylaşan iki şəxs tutulub. Məktəbli G.A. onunla cinsi əlaqədə olaraq İnstaqram-da çılpaq fotolarını paylaşdıqları iddiasıyla şikayətçi olduğu S.Ş. (20) həbs olunub, İ.Ö. (20) isə sərbəst buraxılıb.

Xamneyinin nümayəndəsi ermənilərə lənət oxudu

28 Fevral 2018 17:12

Ermənistan mətbuatı İran İslam Respublikasının Ali Liderinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amilinin Xocalı soyqırımı ilə bağlı fikirlərini təhrif edib.

Əfqanıstan prezidenti "Taliban"la danışıqlara gedir?

28 Fevral 2018 17:10

Əfqanıstan prezidenti Əşrəf Qəni ölkədə təhlükəsizliyin təmin olunması üçün “Taliban” qruplaşmasını sülh danışıqlarında iştirak etməyə çağırıb. Məlumata görə, Ə.Qəni bu çağırışı 20-dən çox ölkə və beynəlxalq təşkilatın iştirak etdiyi 2-ci Kabil Sülh Konfransı zamanı edib. Prezident elan edib ki, hökumət danışıqlarda iştirak etmək niyyətində olan "Taliban" nümayəndələrinin təhlükəsizliyini təmin edəcək.

Həsən Ruhani: “Heç bir dövlət İranı tutduğu yoldan döndərə bilməz”

28 Fevral 2018 17:08

İran milli maraqlarını qoruyaraq ordusunu inkişaf etdirəcək və bunun üçün heç kimdən icazə almayacaq.

Azərbaycan vətəndaşı Ukraynada insan alverində ittiham olunub

28 Fevral 2018 17:06

Kiyev Şəhər Prokurorluğu insan alveri ilə məşğul olmaqda ittiham edilən 33 yaşlı Azərbaycan vətəndaşı barəsində məhkəməyə ittiham aktı göndərib. Bu barədə "İnterfaks" xəbər verib.

Türkiyə Suriyada terrorçuların qazdığı tunelləri ləğv edir

28 Fevral 2018 17:04

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsinin azad edilmiş ərazilərində PYD və YPG terrorçularının çəkdiyi tunellərin ləğv edilməsinə başlayıb.

"Balıq Nastya" ABŞ-dan siyasi sığınacaq istədi: "Bizdə çox mühüm informasiyalar var..."

28 Fevral 2018 17:02

Rusiya KİV-lərinin yaydığı son məlumata görə Tailandda saxlanılan eskort qız “Nastya Rıbka” və onun “seks-məşqçisi” Aleksandr Kirillov (“Aleks Lesli”) ABŞ-dan sığınacaq istəyiblər. Xəbər verilir ki, bu qalmaqallı cütlük ABŞ-ın Tailanddakı konsulluğuna məktub yazaraq onlara siyasi sığınacaq verilməsini xahiş edirlər. Məktubda bildirirlər ki, Tailand hakimiyyəti onları Rusiyaya ekstradisiya etmək istəyir, orada isə onları real təhlükə gözləyir.

Misirdə iki sərnişin qatarı toqquşdu - 10 ölü

28 Fevral 2018 16:55

Misirin Boheyra əyalətində iki sərnişin qatarı toqquşub. Məlumata görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub.

İstanbulda əhaliyə çağırış edildi: "Qorxudan mənzərə” 

28 Fevral 2018 16:28

İstanbulda havanın kəskin soyuyacağı gözlənilir. Meteoroloqlar şəhərdə temperaturun gecədən etibarən aşağı düşəcəyini və mənfi 3-5 dərəcə arası dəyişəcəyini bildirib. Kəskin hava şəraiti ilə bağlı şəhər əhalisinə xəbərdarlıq edilib. Hava şəraitinin gecə saatlarında daha da pisləşməsi ilə əlaqədar yolların buz bağlaması təhlükəsinə qarşı əhali ehtiyatlı olmağa çağırılıb.

Putin Rusiya üçün artan təhlükədən danışdı

28 Fevral 2018 16:26

Rusiya Prezidenti Vladimir Putinlə Daxili İşlər naziri Vladimir Kolokoltsev arasında keçirilən görüşdə narkotiklərin qanunsuz dövriyəsi məsələsi müzakirə edilib. Bu barədə RİA informasiya yayıb. “Narkotiklərin qanunsuz dövriyəsi dövlətimiz və cəmiyyət üçün ciddi təhlükə olaraq qalır. Biz hazırda nazirimizlə bu məsələ barəsində danışdıq. Bu cinayətlərin həcmi əhəmiyyətli dərəcədə olmasa da, artır”, - Putin bildirib.

Gürcüstan prezidenti bir nəfər Azərbaycan vətəndaşını əfv edib

28 Fevral 2018 16:14

Gürcüstan prezidenti Qeorgi Marqvelaşvili əfv fərmanını imzalayıb. Dövlət başçısının fərmanı ilə 116 nəfər məhbus əfv olunub. Əfv olunanlardan biri də Azərbaycan Respublikasının vətəndaşıdır.

Sibel Canın evsiz qoyduğu nənəsi öldü

28 Fevral 2018 15:56

Sibel Canın alzeymer xəstəsi olan nənəsi 92 yaşında dünyasını dəyişib. Məlumata görə, məşhur müğənni Sibel Canın nənəsi bu gün torpağa tapşırılacaq. Sibel Can Qaragömrükdə yerləşən əmlakını satışa çıxarıb. Buna görə xəstə nənəsi və dayısı da evsiz qalıb.

ABŞ-ın Suriya kürdlərini dəstəkləməsinin arxasındakı gizli məqamlar

28 Fevral 2018 15:40

İkinci dünya müharibəsindən sonra ötən dövr ərzində Amerika Birləşmiş Ştatları ilə Türkiyə çox yaxın dostluq münasibətlərində olmuş və demək olar ki, bütün sahələr üzrə səciyyəvi əməkdaşlıq nümunəsi göstərmişlər. Amerika ilə münasibətlər Türkiyənin xarici siyasətində mühüm yer tutaraq iqtisadi, hərbi, təhlükəsizlik və hümanitar sahələri əhatə etmişdir.