Dünya
Dünyanın 10 ən varlı şəhəri - SİYAHI
"New World Wealth" araşdırma mərkəzi dünyanın ən varlı şəhərlərinin siyahısını açıqlayıb. Sakinlərinin gəlirlərinə, sərvətlərinə əsasən tərtib olunan siyahıda ABŞ-ın əhalisi 8,5 milyon nəfərdən çox olan Nyu York şəhəri 3 trilyon dollarla ilk sıradadır.
Ağ Evin Suriyadakı çirkin sirri açıldı
Suriyanın şimalında və Afrində nəzarəti əlində saxlayan kürd ünsürlər PKK-nın Suriya qolunu təşkil edir. ABŞ ordusunun istəyi ilə adını YPG-dən SDQ-ə çevirib və bu təşkilat tabeliyindəki bütün ünsürlər Qəndildə yerləşən PKK rəhbərliyinə hesabat verir. Bu barədə məşhur ABŞ yazıçısı Roy Qatmanın “ABŞ-ın Suriyadakı kirli sirri: Əsədlə de-fakto ittifaq” adlı məqaləsində yazılıb.
Qonşunun arvadına aşiq olanı daşqalaq etdilər
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Əfqanıstandakı bölməsi növbəti edam görüntülərini yayıb. İŞİD-in "Xorasan vilayəti" adlandırdığı "əraziyə daxil bölgə" elan etdiyi Əfqanıstanda bir qrup terrorçu "qonşunun arvadına aşiq olan və zinakarlıq edən"i daşqalaq edərək qətlə yetiriblər.
İnsanlar bu tarixdə yadplanetlilərlə əlaqə yaradacaq
Bəşəriyyət cari yüzillikdə yadplanetlilərlə əlaqə yaradacaq. Bu iddia ilə əslən yaponiyalı olan nəzəriyyəçi-fizik Mitio Kaku çıxış edib. Fizikin fikrincə, insanlar radiosiqnalları dinləyərək əsrin sonuna yaxın yadplanetli sivilizasiyanı aşkar edəcəklər. Ancaq alim düşünür ki, ünsiyyəti qaydaya salmaq ağır olacaq.
Türk ordusuna ağır zərbə
Türk ordusunun ağır zərbələr endirdiyi YPG terrorçuları üçün ABŞ və İsrail aviasiyası havadan dəstək verməyi planlaşdırır. Bu barədə “Yerusalem Post”da Raçel Avraham imzalı yazı dərc olunub. Müəllif İrandan Aralıq dənizinə açılacaq yolun bağlanması üçün Türkiyənin varlığına baxmayaraq, YPG-nin dəstəklənə biləcəyini bildirib.
Kim Çenin saxta pasportu üzə çıxdı - Foto
Şimali Koreya lideri Kim Çen İnin Qərb ölkələrindən viza ala bilmək üçün saxta Braziliya pasportu düzəltdirdiyi üzə çıxıb. Kim Çen İn və atası Kim Çen İl 90-cı illərdə viza almaq üçün saxta pasport düzəltdirib.
Lavrov: "Rusiya bunun uğrunda vuruşacaq!"
Rəsmi Moskva Suriya ordusunu dəstəkləməyə davam edəcək. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Yavuz Bingöl xəstəxanaya yerləşdirilib
“Zerda”, “Karagül” filmləri ilə məşhurlaşan türkiyəli aktyor, musiqiçi Yavuz Bingöl xəstəxanaya yerləşdirilib. Bu barədə aktyor özü jurnalistlərə açıqlama verib: “Dünən axşam evdə ağrılarım məni rahatsız etdi.
İranda genişmiqyaslı fəhlə etirazları, azərbaycanlılar da küçələrə çıxdılar
İranın bir sıra əyalətlərində, o cümlədən Mərkəzi Azərbaycan və Loristan bölgələrində işçilər əmək haqlarının gecikdirilməsinə etiraz olaraq tətilə, habelə küçə aksiyalarına başlayıb.
“İki Suriya” və 5 HƏDƏF - ABŞ-ın yekun planı BƏLLİ OLDU
Yeddi ildir qanlı qarşıdurmaların davam etdiyi Suriyada proseslərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi aydın olmağa başlayıb. Amerikanın döyüş təyyarələrinin Fərat çayının qərbindən şərqinə keçməyə çalışan Rusiya gücləri və Suriya hökumətinə bağlı qüvvələri vurmasından sonra Fəratın şərqi ilə qərbi arasında “iki Suriya” yaradacaq “qırmızı xətt” faktiki olaraq çəkilmiş olub.
Hatayda əhali terrorçu ovuna çıxdı
Hatayın Kırıkhan rayonunda Amanos dağlarından mərkəzə keçmək istəyən terrorçularla jandarma arasında baş vermiş silahlı qarşıdurmada bir terrorçu öldürüldü. Olaydan xəbərdar olan yerli camaat ov tüfəngləri ilə rayonun mühüm nöqtələrində terrorçu axtarışına çıxdı. Hüquq mühafizə orqanlarının bölgədə genişmiqyaslı əməliyyat başladılmasından sonra insanlar evinə dönüb.
Türkiyə Səudiyyə Ərəbistanına İHA SATACAQ
Türkiyənin STM hərbi təyinatlı texnika istehsalçısı ilə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi arasında bu ölkəyə İHA (İNSANSIZ UÇAN APARAT) satışı haqqında danışıqlar yekunlaşmaq üzrədir. Kamikadze İHA-ların satışına ən yaxın zamanda start verilə bilər. STM müdiri Davut Yılmaz hal-hazırda Səudiyyə Ərəbistanı Krallığı ilə bir çox hərbi texnika istehsalı və satışı ilə əlaqədar danışıqların yekunlaşmaq üzrə olduğunu ifadə edib.
Etdiyi zarafata görə həbs edildi
Misirin ən məşhur qadın müğənnilərindən olan Şirine Əbdülvahab, Nil çayı ilə bağlı zarafat etdiyinə görə 6 aylıq həbsə məhkum edilib. Məlumata görə, konsertlərin birində pərəstişkarları xanım müğənnidən "Heç Nil suyundan içdinizmi?" deyə soruşublar.
Əfqanıstan Talibanı tanımağa hazırdır - Qani
Əfqanıstan Talibanı tanımağa hazırdır. Bunu jurnalistlərə açıqlamasında Əfqanıstan Prezidenti Əşrəf Qani söyləyib. “Hökumət taliblərə və ailələrinə pasport verməyə, onların liderlərinin üzərindən sanksiyaları götürməyə hazırıq.
Suriyada 8 milyard xərclədik, ancaq elə mədən aldıq ki… - İran
İran bütün pullarını İraq və Suriyada xərcləməyib. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzayi söyləyib. “Biz 8 illik savaşda sadəcə 22 milyard dollar xərcləmişik. İranın bütün pullarını Suriya və İraqa göndərdiyi məlumatları yalandır.














