Dünya

ABŞ bazasında müəmmalı bağlama: 11 nəfər zəhərləndi

28 Fevral 2018 12:01

Vaşinton yaxınlığında yerləşən hərbi bazalardan birinə müəmmalı bağlama göndərilib. Bağlama açıldıqdan sonra 11 nəfərin xəsarət aldığı bildirilib. Hərbçilərdən üçündə əl və üz hissədə yanıqlar müşahidə edilib, daha bir nəfərin isə burnundan qan açılıb. Xəstəxanaya çatdırılan hərbçilərin vəziyyətinin stabil olduğu bildirilib.

“Zeytun budağı” əməliyyatı 40 –cı günündə

28 Fevral 2018 11:59

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu  tərəfindən Suriyanın Afrin şəhərində həyata keçirilən “Zeytun budağı” hərəkatının 40-cı günüdür. Olaylar.az bildirir ki, əməliyyat çərçivəsində 2184 terrorçu məhv edilib.

Ermənilər yeni ərazi işğal edir: Qara dənizə çıxış…

28 Fevral 2018 11:49

Abxaziyadakı ermənilərə ABŞ və Rusiyadakı erməni lobbisi böyük dəstək verir. Bu iddia ilə Gürcüstanın “Asaval Dasavali” qəzeti çıxış edib. Məqalədə qondarma rejimdəki ermənilərin Abxaziya iqtisadiyyatının 80%-nə nəzarət etdiyini yazıb: “Üstəlik, burada etnik ermənilərin sayı gözlənilmədən artır.

Başqa kişi ilə görüşən qardaşı arvadını öldürdü - Video

28 Fevral 2018 11:43

Antaliyada boşanma məhkəməsindən 1 gün öncə qırğız əsilli 34 yaşlı qardaşı arvadı Katerina Çetini boğaraq öldürən qaynının ilk ifadəsi alınıb.  Qadın ifadəsində "Qardaşıma xəyanət edirdi" deyib. 

“Rusiya ABŞ-ın havada üstün olmasına mane olur” - Pentaqondan ETİRAF

28 Fevral 2018 11:39

“Rusiyanın Yaxın Şərqdəki zenit-raket kompleksləri ABŞ-a havada üstün olmağa mane olur”. Bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının başçısı, general Cozef Votel Konqresin Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsində bildirib. Votelin təqdim etdiyi sənədə əsasən, ABŞ üçün ən böyük təhdidlər olan İran, Rusiya və Çin Vaşinqtonun lider mövqeyinə zərbə vura bilər. “Regionda Rusiyanın zenit-raket komplekslərinin sayının artırılması bizim hava məkanında üstün olmaq imkanını təhlükə altına qoyur”, - məruzədə deyilir.

Çexiyada qripdən 50 nəfər ölüb

28 Fevral 2018 11:23

Çexiyada son aylarda qripdən 50 nəfər dünyasını dəyişib. 200 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Vəfat edənlərdən 43 nəfərin yaşı 60-dan yuxarıdır. Fevralın əvvəlindən ölkədə qrip epidemiyası elan edilib.

Məşhur aktyordan qadınlarla bağlı İNANILMAZ SÖZLƏR: "Cüt nüvəli..."

28 Fevral 2018 11:20

Tanınmış aktyor Mərd Fərat qadınların kişilərdən daha zəkalı olduğunu deyib.  Star TV-də yayımlanan “Ufak Tefek Cinayetler” serialının sevilən qəhrəmanı və Birləşmiş Millətlər İnkişaf Proqramının Xoşməramlı Səfiri Mərd Fərat Türkiyə Qadın Sahibkarlar Assosiasiyası üzvləri ilə səhər yeməyində görüşüb.

ABŞ elan etdi: "Kosmosdan zərbələr endirəcəyik"

28 Fevral 2018 11:18

Kosmosda müharibə bir neçə il sonra başlayacaq. Bunu ABŞ Hərbi Hava Assosiasiyasının simpoziumunda çıxışı zamanı Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Devid Qoldfeyn söyləyib. Onun sözlərinə görə, amerikalılar təcili kosmik məkanda üstünlük əldə etməlidirlər: “Biz bir neçə il sonra kosmosdan zərbələr endirə biləcəyik. Bu yeni mübahisəli əraziyə biz nəzarət etməliyik. Bunu bizdən ölkə istəyir”.

ABŞ qırıcısı havada buz bağladı: "pilotu don vurdu"

28 Fevral 2018 11:17

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Qrovler təyyarəsi uçuş zamanı şiddətli donvurmaya məruz qalıb. Bu barədə “Defans Nyus” informasiya yayıb. Hadisə Sietl şəhərindən 90 kilometr aralıda 7600 metr yüksəklikdə baş verib. Təyyarə Vaşintondakı Uidbi-Aylend bazasından Kaliforniyadakı Çayna-Leyk bazası istiqamətində hərəkət edib.

Şimali Koreya ilə bağlı ŞOK İDDİA: Suriyanı...

28 Fevral 2018 11:00

Şimali Koreya Suriyaya kimyəvi silah istehsalında istifadə olunacaq materiallar göndərib. Bu iddia “Nyu York Tayms” qəzeti tərəfindən Birləşmiş Millətlər Təşkilatı Sanksiya Komitəsinin hələ ki, yayımlanmayan sənədlərinə istinadən ortaya atılıb.

Tramp İrana görə HƏRƏKƏTƏ KEÇDİ: ərəb şahzadələri ilə...

28 Fevral 2018 10:55

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadələri ilə telefonla danışıb. Bu barədə Ağ Evdən yazılı açıqlama verilib. Açıqlamada Trampın hər iki telefon danışığında İranın regiondakı sabitliyi pozmaq üçün hərəkətə keçdiyinə diqqət çəkib.

Çindən Suriyaya BÖYÜK DƏSTƏK - 40 milyon

28 Fevral 2018 10:41

Çin höküməti tərəfindən Suriyaya humanitar yardım göstərilib. Bu barədə mətbuata Çin Xalq Respublikasının Suriyadakı səfiri Si Syanszin məlumat verib. Səfir bildirib ki, humanitar yardım məqsədilə Çin Suriyaya 5,4 min ton düyü göndərib. Səfir çıxışında rəsmi Pekinin Suriya torpaqlarında ədalətin bərpasında maraqlı olduğunu və bu istiqamətdə fəal rol oynamağa səy göstərdiklərini də qeyd edib: