Dünya

"Bizim son istifadə tariximiz yoxdur"

28 Fevral 2018 19:05

44 yaşlı alman model Haydi Klum maraqlı açıqlamalar verib.  Məlumata görə, tolk-şouya qatılan model yaşına rəğmən karyerasını davam etdirməsinə riad bildirənlərə bu cavabı evrib: “Mənim yaşda olan xeyli qadın var.

"Sarışın idim, əqrəb sancdı, rəngim dəyişdi"

28 Fevral 2018 19:00

Radio verilişlərindən birinə qonaq olan müğənni İntizar açıqlamaları ilə gündəm olub.  43 yaşlı ifaçı balacalıqdan sarışın və göy göz olduğunu, ancaq əqrəb sancmasından sonra rənginin dəyişdiyini deyib: “Uşaq ikən sarışın və yaşıl gözlü idim. Birinci sinifdə əqrəb sancdı. Aylarla müalicə olundum.

Süni intellektlə təchiz edilmiş videokamera artıq satışa çıxarılıb

28 Fevral 2018 18:40

“Google” şirkəti geyimdə bəzək qismində daşınıla bilən “Clips” adlı yığcam kameranın satışına start verib. Sözügedən cihazın əsas özəlliyi avtomatik çəkiliş funksiyasına malik olmasıdır: cihaz komanda verilmədən şəkillər çəkə bilir, yaxud kadr üçün maraqlı görüntü olan kimi özü videoçəkilişə başlayır.

Ayda mobil rabitə şəbəkəsi yaratmaq planlaşdırılır

28 Fevral 2018 18:35

Dünyada ən böyük mobil rabitə operatorlarından biri olan “Vodafone” şirkəti 2019-cu ildə Ayda “4G” mobil rabitə şəbəkəsi yaratmağı planlaşdırır.

Tarixdə ilk “5G” zəngi edilib

28 Fevral 2018 18:30

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı və “Vodafone” mobil operatoru avtonom olmayan “Non Stand-Alone [NSA] 3GPP 5G NR” (“yeni radio”) arxitekturası standartı əsasında beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) tarixdə ilk zəngi həyata keçiriblər.   

Dünyada milyarderlərin sayı artıb - Çin I yerdə

28 Fevral 2018 18:20

2017-ci ildə dünyada milyarderlərin sayı 437 nəfər artaraq 2 694 nəfərə çatıb. Məlumata görə, bu barədə “Hujun” tədqiqat institutunun hesabatında deyilir. Hesabata əsasən, dünyanın ən varlı şəxsi “Amazon” şirkətinin təsisçisi və rəhbəri Ceff Bezos olub. Onun varidatı 123 milyard dollar həcmində dəyərləndirilir. İkinci və üçüncü yerlərdə ABŞ-lı sahibkar Uorren Baffet (102 milyard dollar) və “Microsoft” şirkətinin təsisçisi Bill Geyts (90 milyard dollar) qərarlaşıb.

Özünə qəbir aldı, 150 min ödədi

28 Fevral 2018 18:09

“Yeşilçam” ulduzu Serdar Gökhan özünə qəbir yeri alıb. Aktyor Zincirlikuyuda məzar yeri üçün 150 min lirə (təxminən 75 min manat) ödəyib. Məzar 4 nəfərlikdir. 

Polşada 5 nəfər donvurmadan ölüb

28 Fevral 2018 18:02

Son sutka ərzində anomal soyuqlar Polşada 5 nəfərin ölümünə səbəb olub. Bir gün əvvəl də Polşada 5 nəfər donvurmadan dünyasını dəyişmişdi. Beləcə, son iki sutka ərzində 10 nəfər soyuq hava səbəbindən ölüb. Bu xəbəri hökumətin təhlükəsizlik mərkəzi yayıb. “Son sutka ərzində 5 nəfər havaların kəskin soyuması səbəbindən ölüb”,- deyə məlumatda qeyd edilib.

Məmurun qıza yazdığı əxlaqsız mesajlar İFŞA OLUNDU: Aparım dağda ... 

28 Fevral 2018 17:56

Türkiyənin Diyarbəkir Təhsil İdarəsinin müdiri M.Y. (51) 24 yaşlı gənc qadın işçisi C.K.-nı (24) gizli nömrədən göndərdiyi SMS-lərlə təhdid edib. Müdirin qıza "Səni dağa qaldıracağam. Aparım dağda ..." kimi ifadələrlə əxlaqsız təkliflər etdiyi məlum olub.  

Qaşsız, kirpiksiz qadın makiyajla inanılmaz dərəcədə dəyişdi - VİDEO

28 Fevral 2018 17:45

Sosial şəbəkələrdə maraqlı video yayılıb. Qaş və kirpiksiz qadın makiyaj etdirdikdən sonra inanılmaz dərəcədə dəyişib.

Kseniya Sobçak canlı yayımda Jirinovskiyə su atıb

28 Fevral 2018 17:43

Rusiyada prezident seçkiləri ərəfəsində davam edən kampaniya zamanı qalmaqal qeydə alınıb. Məlumata görə, “Rossiya 1” telekanalında debatlar zamanı Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak başqa namizəd Vladimir Jirinovskinin üzərinə su atıb.

İslam ölkəsində GÖZLƏNİLMƏZ YENİLİK

28 Fevral 2018 17:38

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ölkəsinin radikal imicini dəyişmək üçün daha bir yeniliyə imza atıb. Şahzadə Ər-Riyadda ilk dəfə qadınların kişilərlə birlikdə olduğu caz festivalı təşkil edib və onlarla birgə musiqi dinləyərək əylənib.

Güclü qar Çində nəqliyyat sistemini iflic etdi

28 Fevral 2018 17:36

Çinin şimalında güclü qarın yağması nəqliyyat sistemini iflic edib.  Məlumata görə, yerli vaxtla saat 17:30-dan (Bakı vaxtı ilə 13:30) sonra bütün avtomobil yolları bağlanıb. Həmçinin Çançun şəhərinin hava limanı da bağlanıb.