Dünya

Tramp: "Meksika ilə sərhəd divarı poladdan olacaq"

7 Yanvar 2019 12:22

ABŞ prezidenti Donald Tramp bildirib ki, Meksika ilə sərhəddə divarın betondan yox, poladdan tikilməsi planlaşdırılır. Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"səhifəsində yazıb.

Tramp ən çox axtarılan "Əl-Qaidə" döyüşçüsünün zərərsizləşdirildiyini təsdiqləyib

7 Yanvar 2019 12:14

ABŞ prezidenti Donald Tramp "Əl-Qaidə" terrorçusu Camal Əhməd Məhəmməd Əli əl-Bədəvinin zərərsizləşdirilməsini təsdiqləyib. Bu barədə Amerika lideri özünün "Twitter"səhifəsində yazıb.

Misturanı bu şəxs əvəz etdi: BMT Suriyanı ona tapşırdı

7 Yanvar 2019 12:10

Norveçli diplomat Geyr Pedersen BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsinin səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə məlumatı BMT-nin mətbuat xidməti yayıb.

Rusiya bu müqaviləni qorumaq istəyirsə... - Almaniyadan şərt

7 Yanvar 2019 12:03

Yaxın və orta mənzilli raketlərin məhvi anlaşmasının qüvvədə qalması Rusiyadan asılıdır. Bu sözləri Almaniya Xarici İşlər naziri Hayko Maas deyib.

MKİ sədri əsas vəzifələri qadınlara verdi

7 Yanvar 2019 11:58

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel Sindiya Repi özünə müavini təyin edib. Bu məlumatı “NBC Nyus” televiziyası yayıb. Məlumata görə, Rep bu təyinat sayəsində MKİ baş analitiki statusunu qazanıb.

Bu ölkədə hərbi çevriliş baş verdi

7 Yanvar 2019 11:53

Afrika ölkəsi Qabonda hərbi çevriliş baş verib. Bu barədə “Yeni akit” məlumat yayıb.

İspaniya xilasediciləri Aralıq dənizində 549 miqrantı xilas edib

7 Yanvar 2019 11:48

İspaniyanın Dəniz Xilasetmə Xidmətinin xilasediciləri Aralıq dənizini gəmilərlə üzüb keçməyə çalışan 549 miqrantı xilas edib.

Fransa paytaxtının əhalisi hər il 12 min nəfər azalır

7 Yanvar 2019 11:45

Fransa paytaxtının əhalisi hər il 12 min nəfər azalır. Fransanın Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutunun yeni ildə dərc etdiyi son hesabatda hər il paytaxtdan minlərlə insanın Parisətrafı şəhərlərə yaxud Fransanın digər regionlarına köçdüyü bildirilir.

Yaponiyada turistlər ölkədən gedişə görə ödəniş edəcəklər

7 Yanvar 2019 11:43

Bu gündən - bazar ertəsindən başlayaraq, Yaponiyanın bütün ərazisində xarici turistlərin ölkədən getməsinə görə 1000 ien və ya təxminən 9 dollar məbləğində yenivergi tətbiq olunacaq. Yenilik səyahətçilər üçün nəzərə çarpmayacaq. Çünki bu məbləğ təyyarə və ya gəmi biletinin qiymətinə daxil ediləcək.