İraqda terror aktları törədilib, ölən və yaralananlar var
7 Yanvar 2019 11:37 Dünyaİraqın şimalında, Kərkük vilayətində törədilən iki partlayış nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.
Xəbərdə bildirilir ki, partlayıcı qurğuların İŞİD terrorçularıtərəfindən işə salındığı ehtimal edilir.
İraqın Daxili İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Məcid"Anadolu"ya bildirib ki, partlayıcı qurğulardan biri Kərkük şəhərindən şimal-qərbdəki Hübeydə kəndində işə salınıb. Partlayış ərazidən mülki şəxslərin olduğu avtomobil keçərkən törədilib. Nəticədə 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.
İkinci partlayış isə Zap qəsəbəsində törədilib. Nəticədə 6 nəfər yaralanıb. Ərazidə terrorçuların tapılması məqsədilə iri miqyaslı əməliyyata başlanılıb.
Daha əvvəl İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31